Bağla

Hansı qida təhlükəli ola bilər?

Boğulma təhlükəsi yaradan 7 növ qida

Valideynlər körpələrinin 6 ayı tamamında əlavə qida mövzusu ilə yaxından tanış olmağa və çoxsaylı suallarına cavablar axtarmağa başlayırlar. Əlavə qida mövzusu deyərdik ki, valideynlikdə ən mübahisəli sahələrdən biridir. Bu səbəbdən hər bir ailə öz qida vərdişlərinə uyğun şəkildə körpənin 6 ayı tamam olandan və əlavə qidaya hazırlıq əlamətləri nümayiş etdirməyə başlayandan sonra körpələrinə əlavə qidanı təklif edə bilər.

Sözsüz ki, körpə dünyaya göz açdığı ailə daha sağlam qida vərdişlərinə yiyələnməli və düzəliş etməlidir. Unutmayaq ki, körpə ailədə gülkələm, qabaq, brokkoli, kələm və s. kimi ərzaqların yeyildiyini görmədikcə ya yeməyəcək, ya da həmin qidalara daha az diqqət yetirəcəkdir. Bu səbəbdən bütün ailə üzvlərinin balanslaşdırılmış və faydalı qidalanması vacibdir.

Artıq qeyd etdiyimiz kimi hər bir ailə yaşayış mühiti, ailə büdcəsini, qida zövqünü və vərdişlərini nəzərə alaraq körpəsi üçün əlavə qidaya keçidi özəl bir şəkildə həyata keçirə bilər. Lakin müəyyən qrup qidalar mövcuddur ki, onların rasionda olmaması daha məqsədə uyğundur. Onlarla aşağıda tanış ola bilərsiniz.

Qidalandırıcı keyfiyyətinə və tərkibinə görə körpələrə verilməməli olan ərzaq qrupu:

  • Kolbasa və sosis məmulatları.
  • Təbii şirələr və hazır meyvə içkiləri.
  • Konservləşdirilmiş hazır məhsullar, çünki onların tərkibində saxlanma müddətini artırmaq üçün müxtəlif kimyəvi əlavələr mövcuddur.
  • Yarımfabrikat məhsullar.
  • Təbii və kimyəvi dadartırıcılar: şəkər və duz, MSG
  • Kaffein
  • Transyağlar
tehlukeli-qida-elaveleri

Forma və teksturasına görə körpələrə verilməməli ərzaq qrupu:

Körpənin nəfəs oluna asanlıqla düşə və hava axınının qarşısını ala bilən qidalar. Bunlara aiddir:

Körpələrə erkən yaşlarından qida ilə düzgün münasibət qurmağı öyrətmək üçün “Sağ yoxsa sağlam” məqaləmizi oxumağı unutmayın.

“Bərk Qidalarla Tanışlıq: həyata daha yaxşı başlanğıc” adlı kitabında UNİCEF qeyd edir:

Sonradan körpənizin yemək vərdişlərini dəyişməyə çalışmaqdansa, onu əvvəlcədən düzgün yolda tutmaq daha çox asandır. Yemək zamanı şirin içkidənsə, həmişə adi su verin. Və bu nə qədər şirnikləndirici olsa da, mükafatlandırma kimi yeməkdən istifadə etməyin. Bunun əvəzinə uşağınızı parka aparın, birgə oyun oynayın və ya onun üçün kitab oxuyun.

Şirin içkilərdən olan dükan şirələri, qazlı içkilər, süd kokteyli və həddən artıq çox şəkər qatılmış meyvə şirələrindən bacardıqca çəkinin və uşağınızın dişlərini qoruyun!

İnək südünü 1 yaşdan tez vermək olmaz. Yemək yeyərkən stəkandan bir neçə qurtum su verin.

Şirin qidalardan olan şokolad, konfetlər, biskvitlər, tortlar və istənilən şirniyyatların tərkibində həddən artıq şəkər və zərərli yağlar vardır.

Şirin yeməklər və içkilər verilmiş uşaqlar heç şirin qida dadmamışlara nisbətən daha çox vərdiş edirlər. Əslində, uşaqların yeməyinə şəkər əlavə etmək aşağıdakı ciddi problemlərə səbəb ola bilər:
♦ Şəkər onların kiçik dişlərini çürüdə bilər, bu da dişə plombun qoyulması və hətta dişin çıxarılması ilə nəticələnə bilər. Uşaqların dişlərinə şəkər əlavə edilmiş içkilər, xüsusilə, pis təsir edir.
♦ Şəkər onların çəkisini və ya köklük riskini artıra bilər ki, bu da gələcək həyatlarında diabet, ürək xəstəliyi və bəzi xərçəng xəstəliklərinə gətirib çıxara bilər.
♦ Şəkər körpənizi şirin məmulat yemək üçün sizi bezdirməsinə məcbur edər və sizin üçün də ona etiraz etmək daha çətin olar. İstədiklərini əldə etmək üçün ağlamaq və bezdirməyin bir vasitə olduğunu onlar çox tez öyrənirlər.

Duz və duzlu qidalardan olan çipsilər, qızardılmış yeməklər, yarımfabrikat yeməklər, fast fudlar, paketlənmiş yeməklər, bulyon tabletləri və ət suyunun tərkibində həddən artıq duz ola bilər və bu da körpəniz üçün pis nəticələnə bilər.

Boğulma bərk qidalar, sümüklər, üzüm və çeri pomidorları kimi kiçik yumru qidalar və sosislər kimi qabıqlı qidalardan baş verə bilər. Bütün qoz-fındıq və çərəz növlərindən uzaq olun.

Bal uşaqları xəstələndirə bilər, buna görə də 1 yaşdan öncə uşağınıza bal verməkdən çəkinin.

Sağlam çərəz – körpənizə ən sağlam olanı verin. Şokolad, dondurma və çipsiləri dadlı və sağlam (şəkərsiz) qəlyanaltılarla əvəz edin:Təzə meyvələr, Yoqurt (şəkərsiz), Düyü pudinqi, Sıyıq, Tost, çörək və ya lavaş, Kiçik ölçüdə pendir.

Müəllif: Səltənət Zülfüqarova

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram