Təqvimə yox, uşağınıza baxın!
Əgər körpə əlavə qidalardan imtina edirsə, bir müddət (bir və ya iki həftə) sonra yenə, fərqli bir qida ilə cəhd edin. Qida allergiyalarına meylli olan bəzi uşaqlar, 8-9 ayında və daha uzun müddət əlavə qidalardan imtina edə bilərlər. Körpənin əlavə qidalara hazır olmasına dair daha ətraflı “Əlavə qidalara başlamaq” məqaləsi ilə tanış olun.

Əlavə qidalar ana südünü əvəzləməlidirmi?
Körpənin həyatının ilk ilində əlavə qidaların mahiyyəti ana südünə üstün gəlmək və ya onu əvəzləmək deyil, sadəcə dadmaq və tanışlıq səciyyəsi daşıyır. Bu, daha çox körpənin rasionuna yeni qidalar əlavə etmək, yeni qidaları təcrübədən keçirmək və ona əlləri ilə yemək yeməklə əl/göz koordinasiyasını inkişaf etdirməyə yardım etmək üçündür. Körpə hələ də tələbinə müvafiq olaraq əmizdirilməli və həyatının ilk ilinin sonuna yaxın sizin südünüz onun əsas qidalanma mənbəyi olmalıdır. Həmçinin, körpəyə tələbinə müvafiq olaraq əmməsinə imkan vermək, süd ehtiyatınızı daha yaxşı təmin edir.

Əlavə qidalar hansı tezlikdə və hansı miqdarda verilməlidir?
Körpənizi bərk qidalarla tədricən tanış edin. Əgər körpə onları qəbul etdisə (bu, müəyyən vaxt tələb edə bilər), onu əvvəlki tezlikdə əmizdirin və körpənizin iştahası artdıqca əlavə qidaları artırmağa davam edin. “İlk əlavə qida ərzaqları” haqqında burada. Gün ərzində bir dəfə bir neçə dişlək ilk əvvəl üçün kifayətdir, lakin tədricən qidanın miqdarını artırın. Aşağıda göstərilən cədvəldə bəzi ümumi tövsiyyələr verilibdir. Aşağıda göstərilən tərzdə, körpənin tempinə müvafiq olaraq davam edin.

Qida Mayelər
    0-6 ay Yalnız ana südü Yalnız ana südü
    6-7 ay Ona gündə ən çoxu bir dəfə əlavə qida təklif edin. Bəzi analar körpələrinə bir neçə gündən bir və ya daha az aralıqla bərk qida verirlər. Uşağın tələblərinə uyğun əmizdirməni davam edin. Ana körpəsini fəal şəkidlə süddən kəsmirsə, əlavə qidalar əmizdirməni əvəzləməməlidir.Suyu körpənizə yalnız yemək zamanı fincandan qurtumlarla içizdirin.Körpənin qidalanması üçün şirə vacib deyil. Əgər körpənizə şirə verirsinizsə, yalnız yemək zamanı fincandan qurtumlarla verin və onu da digər yeni qidalar kimi tədricən rasiona yeridin. Şirəni su ilə qarışdırmağınız mütləqdir. Çalışın körpəyə gün ərzində 90-120 ml-dən çox qarışdırılmış şirə verməyəsiniz.
    7 -9 ay Körpənin davranışlarına diqqət yetirin – xüsusən bu, körpə əlavə qidadan əvvəl süd əmdikdə və əlavə qidaların çoxunun (bəzən hamısının) körpənin yeməsi üçün özünə verildiyi halda asan olur. Əgər körpə əlavə qidaya maraq göstərirsə, onun miqdarını tədricən, gün ərzində 2 dəfəyə qədər artırın.
   9 – 12 ay Körpənin davranışlarına diqqət yetirin – xüsusən, körpə əlavə qidadan əvvəl süd əmdikdə və qidaların çoxu (hamısı) körpənin yeməsi üçün özünə verildiyi halda asandır. Körpə maraq göstərirsə, qidaların miqdarını tədricən artırın. Elə edin ki, körpənin 12 ayında bərk qidalardan aldığı kalorilərin, onun qəbul etdiyi ümumi kalorilərin 25%-dən çox olmasın (bəzi körpələr 12 ayından bundan da az yeyir və bu da həmçinin normaldır).

Əgər körpəniz bir yaşdan kiçikdirsə (və siz onu süddən kəsmirsinizsə), ona əlavə qida verməzdən əvvəl həmişə əmizdirin. Bərk qidalara tez başlayan və çoxlu miqdarda əlavə qida (maye) qəbul edən körpələr süddən daha tez ayrılmağa meylli olurlar.

Adətən, ən yaxşı üsul, körpəni əmizdirdikdən təqribən bir saat sonra ona əlavə qidaları təklif etməkdir. Əgər əlavə qidalardan əvvəl onu əmizdirmisinizsə, lakin körpə doyumluluq əlamətləri göstərənə qədər ona əlavə qida verə bilərsiniz. Körpə doymasını başını yellətmək, ağzını tutmaq, qaşığı itələmək, yeməyi tüpürmək və s. kimi əlamətlərlə biruzə verir. Bu məqamda onu zorla yedizdirmək, onun həddən artıq yeməsinə və stresə (hətta iyrənməyinə) səbəb ola bilər. Bu cür qidalandırıldıqda, bir çox körpələr süd qəbulu ilə əlavə qida qəbulunu özləri tənzimləyib balanslaşdırırlar.

Əlavə qidalara keçid barəsində xüsusi bir elm yoxdur. Sadəcə, bərk qidaların miqdarını nə vaxt artıracağınızı bilmək üçün körpənizin davranışlarına diqqət yetirin və ana südünün körpənin həyatının ilk ilində əsas qidalanma mənbəyi olmasını təmin edin.

Əlavə qidaları əmizdirmədən əvvəl yoxsa sonra təklif etməliyəm?
Körpənin həyatının ilk ilində biz əlavə qidaların ana südünü əvəzləməsinə yox, tamamlamasına çalışırıq. Bu o deməkdir ki, körpənin rasionuna qidalar daxil edildikdə, əmizdirmə sessiyaları olduğu kimi qalır, lakin körpəni, iştahası artdıqca tədricən qidaların miqdarını artıraraq qidalandırırıq. Körpə böyüdükcə, eyni miqdarda (bəlkə də daha çox) ana südü alacaq, lakin bununla bərabər əlavə qidanın da miqdarını artırmalıyıq.

Əsas məsələ, ana südünün körpənin həyatının ilk ilində əsas qidalanma mənbəyi olaraq qalmasıdır. Bu, həm körpənin yaxşı qidalanması, həm də sağlamlığı üçün vacibdir. Ana südündəki qidalandırıcı maddələr xüsusilə körpənin həyatının ilk 2 ilində çox əhəmiyyətlidir. Bundan əlavə, əmizdirmənin sağlamlıq üçün faydalarından bəziləri əmizdirmənin məxsusilik dərəcəsi ilə bir başa əlaqəlidir. Yəni körpənin rasionda ana südünün faizi nə qədər çox olsa, sağlamlıq üçün faydası bir o qədər çoxdur.

  • Əlavə qidalar təklif olunmamışdan əvvəl (sonra yox) körpəni əmizdirmək, bərk qidalara tədrici keçid üçün yaxşı üsuldur. Çünki, bu halda ananın süd ehtiyatı qorunur və körpə ehtiyacı olduğu qədər südü alır. Əgər siz körpəni əvvəl əmizdirsəniz, daha sonra ona nə qədər bərk qida verəcəyiniz barədə narahat olmaya bilərsiniz – ona istədiyi qədər bərk qida yeməyə şərait yaradın.

Digər tərəfdən, əmizdirmədən əvvəl körpəyə əlavə qidalar vermək, aşağıdakı hallarda yaxşı olar:

  • Əgər siz əlavə qidaların miqdarını və tezliyini məhdudlaşdırır və hər ikisini tədricən artıraraq əmizdirmənin əsas qidalanma mənbəyi olmasını təmin edirsinizsə.
  • Körpəni süddən erkən (6-12-ci aylar arası) kəsməyi planlaşdırırsınızsa və ya süddən ayırma prosesindəsinizsə.

Körpə bütün əlavə qidalardan imtina edir
Bir çox körpələr, əlavə qidalara gec başlayırlar. Bəzi körpələrə əlavə qidalar təqdim olunduqdan bir neçə ay sonra həmin qidanı yaxşı yeməyə başlayırlar. Gec diş çıxaran və müəyyən qidalara qarşı həssas olan körpələr, adətən əlavə qidalara gec başlayırlar. Bu “gecikmə”, həzm sisteminin yeni qidaları qəbul etməyə daha hazır olana qədər onların bədənini müdafiə üsuludur. Bu haqda ətraflı məlumat üçün “Tələsməyə dəyərmi?” məqaləsini oxuyun.

Əmin olun ki, körpəniz çəkidə artmağa davam edirsə və lazımi şəkildə inkişaf edirsə, sizin südünüz onun ehtiyaclarını tam ödəyir. Yalnız ana südü ilə qidalanan körpələrin artım cədvəlinə baxa bilərsiniz (Qız üçün artım cədvəli – Oğlan üçün artım cədvəli). Körpənin həyatının ilk ilində bərk qidalar istənilən halda sizin südünüzü yalnız “tamamlamalıdır”. Həyatının ilk ilində, sizin südünüz hələ də əsas qidalanma mənbəyi olmalıdır.

Siz sadəcə ona əlavə qidaları təklif etməyi davam edin. Əgər körpəniz qidalara maraq göstərmirsə və ya az miqdarlara yeyirsə, narahat olmayın. Sizin əsas məsuliyyətiniz, körpə yesə də, yeməsə də, ona təklif etməkdir. Qərarı körpə özü verməlidir. Körpənin yeməsi üçün onu məcbur etmək, dilə gətirmək, qılığına girmək və s. məsləhət deyil.

Bəzi körpələr, qaşıqla verilən deyil, əl ilə götürülüb özləri yeyə biləcəkləri yeməklərə üstünlük verirlər. Həmçinin bir çox körpələr qidaları bir başa masadan götürüb yeməyə üstünlük verir. Ailənizlə birlikdə yemək yediyiniz zaman, körpənizə müxtəlif barmaq qidaları təklif edin. “Barmaqla yeyilə bilən qida növləri” haqqında burada.

Həmçinin siz barmaq qidalarını körpənin tez-tez dadması üçün öncədən hazırlaya bilərsiniz. Bəzi valideynlər qidaları uşaqlarına buz qablarında və ya keks bişirmə qablarında təklif edirlər. Kiçik uşaqlar adətən gün ərzində 3 dəfə yemək yeməkdən daha çox, gün ərzində kiçik porsiyalarla yeməyə daha çox üstünlük verirlər. Körpənizin hansı tezlikdə və hansı miqdarda əlavə qida yemək istəməsini müəyyən etmək üçün, onun davranışlarını izləyin.

Müəllif: Kelly Bonyata
Tərcümə edən: Xumar Ərşadlı
Mənbə: www.kellymom.com

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.