“Dörd ay və ya daha uzun müddət ana südü ilə qidalanan südəmən körpələrin tərbiyə və davranış ilə bağlı daha az problemlər yaranır” Oxford universitetinin tədqiqatçıları bildirirlər.
10.000 ana və körpələrin iştirakı ilə keçirilən tədqiqatdalara və Archives of Disease in Childhood jurnalından əldə olunan məlumatlara əsasən buna səbəb əmizdirmədir. Bildirilir ki, ana südü ilə qidalanma ana ilə körpə arasında daha yaxşı qarşılıqlıq əlaqəyə səbəb ola bilir.
Əmizdirmənin körpələrin sağlamlığı baxımından üstünlükləri ilə yanaşı, daha yaxşı ana-körpə qarşılıqlı münasibətlər qurmağa yardımçıdır.
Tədqiqatçılar Millennium Cohort Study (Minilliyin Qrup Tədqiqatı) kimi tanınmış iri miqyaslı tədqiqata cəlb olunmuş 10,037 ana və onların körpələrinin əmizdirmə və qidalanma vərdişlərinə nəzərdən keçiriblər.
Tədqiqatda iştirak edən anaların qarşısına beş yaşına kimi uşaqlarında meydana gələn problemləri, o cümlədən narahatlıq, yapışqanlıq, yuxusuzluq, yalan danışma yaxud oğurluq etmə kimi halları qiymətləndirmə tapşırığı qoyulmuşdu.
Süni qida ilə qidalandırılan uşaqlarda davranış ilə bağlı problemlərın 16 % təşkil etdiyi halda, ana südü ilə qidalanan uşaqlarda bu göstərici sadəcə 6% olmuşdur yəni südəmən uşaqların yalnız 6 faizində tərbiyə problemləri aşkar olundu.
Tədqiqat işlərinin müəllifləri qeyd edirlər: “Biz bilmirik ki, bu ana südünün tərkibi ilə, yoxsa uşaqların anaları ilə sıx əlaqə ilə bağlıdır. Döşverən analar uzun ömürlü, yaxşı təhsil almış və yüksək sosial-iqtisadi bazaya malik olurlar ki, bu da uşaqlarının davranışında daha az problemlərin yaşanmasına kömək edə bilir”.
“Biz bilmirik ki, bu ana südünün tərkibi ilə, yoxsa ana ilə sıx əlaqə ilə bağlıdır. Döşverən analar uzun ömürlü, yaxşı təhsil almış və yüksək sosial-iqtisadi bazaya malik olurlar ki, bu da uşaqlarının davranışında daha az problemlərin yaşanmasına kömək edə bilər”.
Əmizdirmə təcrübəsi çox olan, yaxşı tərbiyə edilmiş və yüksək sosial-iqtisadi imkanlara malik olan analar öz uşaqlarının tərbiyəsində daha az problemlərin olması üçün çalışırlar.
Lakin Oxford, Essex, York və University College London Universitetlərinin tədqiqatçıları bu faktları nəzərə alsalar da, yenə də süni qida ilə qidalandırılan uşaqlarda davranış ilə bağlı problem riskinin 30 faiz daha yüksək olduğunu aşkar etmişlər.
Oxford Universitetinin nümayəndəsi, tədqiqatlara rəhbərlik edən Maria Quigley belə deyir: “Bizim nəticələr ana südü ilə qidalanmanın daha da çox faydalarının olmasını göstərdi”.
Onun sözlərinə görə, südün tərkibində xeyli miqdarda xüsusi növ yağlı turşuları, eləcə də, inkişaf faktorları və hormonlar var ki, bunlar beyin və əsəb sisteminin inkişafı üçün önəmlidir.
Lakin, döş verən analar, həmçinin öz uşaqları ilə daha çox qarşılıqlı əlaqədə olmağa meyilli olur. Bu isə o mənaya gələ bilər ki, körpələr məqbul davranış formaları haqqında daha çox öyrənmiş olurlar. Bu analar tərbiyə etmək üçün onlara yaxın ola bilərlər.
Həmçinin, südəmən uşaqlar daha az xəstələnirlər, və bu onların tərbiyəsinə və davranışına mübət təsir göstərir.
Xanım Quigley: “Bu o deməkdir ki, davranış ilə əlaqədar daha az problemələrin olmasını ana südünün digər potensial faydası kimi əlavə etməyi qəbul edə bilərik”.
Royal College of Midwives bildirmişdir ki, ana südü ilə qidalanmanın körpələr üçün daha yaxşı olmasının növbəti bir göstəricisi olduğu təsdiqlənmişdir.
Royal College of Midwives-dan olan Janet Fyle bildirmişdir ki, ana südü ilə qidalanmanı davam etdirməkdə mamaçaların yetərli kömək və dəstəyi qadınlar üçün həyati əhəmiyyət daşıyır.
O, həmçinin, söylədi ki, “Biz, əmizdirmə fürsətini əldən buraxdıqlarına görə anaların özlərini günahkar hiss etdirməməliyik. Biz anaların ruhdan düşməməsi üçün və körpələrini əmzikli şüşədən süni qida ilə yedizdirdiyinə görə özlərini günahlandırmaması üçün onlara mənfi təsir göstərən ismarıc göndərməməliyik”.
Mənbə: www.bbc.co.uk
Tərcüməçi: Elçin Suvarov