Koronavirusun xüsusiyyətləri, ondan qorunma, bu virusa həssas olan risk qrupu haqda ətraflı məlumatı koronavirusinfo.az saytından əldə etmək olar.

Bu virusun tüğyan etdiyi bir dövrdə hamilələr və əmizdirən analar narahatlıqlara qapılırlar. Sözsüz ki, koronavirusa yoluxma hallarında istənilən yaş qruplarının nümayəndələrini sezmək olur. Təəssüflər olsun ki, virusun təsir dairəsindən birmənalı olaraq heç kim sığortalanmayıbdır. Lakin tibbə virusa yoluxmanın riskinin azaldılma yolları məlumdur:

No photo description available.

Artıq bildiyimiz kimi koronavirusdan qorunmanın ən başlıca üsulu profilaktikadır. İcbari Tibbi Sığorta Agentliyinin hazırladığı maarifləndirici posterdə verilən profilaktik tədbirlər hər kəsə aid olduğu kimi hamilə və əmizdirən anaları da əhatə edir.

Image may contain: text that says 'neca qorunaq? Macbur olmadıqca evdan çıxmayın. Olduğunuz makanları tez-tez havalandırın. Dasmal kimi şaxsi aşyalarınızı heç kasla paylaşmayın. Gündalik istifada etdiyiniz sathlari su va dezinfeksiya edici mahlulla tamizlayin. its. gov İCBARİ TİBBİ SIĞORTA'

İstənilən yoluxucu xəstəlik riskləri yarandıqda profilaktik tədbirlərlə yanaşı sosial məsafənin güdülməsi mütləqdir. Sosial məsafəni saxlamaqla yoluxmanın qarşısını tam, qismən almaq və ya virusun yayılmasını ləngitmək mümkündür.

No photo description available.

Laktasiyaya qarğı dəstək sistemi olan LactaMap resursu hazırda Covid-19 ilə bağlı məlumatların bütün dünya üzrə toplanması ilə məşğuldur. Adı çəkilən resurs Qərbi Avtraliya Universiteti (The University of Western Australia) tərəfindən analara 2 il müddətində əmizdirməyi təşviq edən peşəkar tibbi heyətlər üçün yaradılmışdır.

Məlumdur ki, ana südü özlüyündə körpəni müxtəlif növ – tənəffüs yolları və ağciyər, mədə-bağırsaq xəstəliklərindən qorunmasına çox güclü ünsürdür. Lakin covid-19 infeksiyasına qarşı ana südünün təsiri müəyyən vaxt çərçivəsində hələ də öyrənilməlidir. Unutmayaq ki, ana südü həmçinin immunoqlobulinlər kimi tanınan anti-cisimlər- IgG, IgA, IgM, IgD və IgE ilə zəngindir. Mikrobların selikli qişaya yapışmasının qarşısını alan bir sıra faydalı molekkular, həmçinin güclü immunitet dəstəkləyiciləri olan leykositlər-ağ qan hüceyrələri, laktoferrin, lisozim, oliqosaxaridlər, immun və kök hüceyrələri, mikrobiota üçün faydalı bakteriyalar və s. ana südünün tərkibində mövcuddur.

Kaliforniya Universiteti San Dieqo Tibb Məktəbi (UC San Diego School of Medicine) koronavirusa yoluxmuş anaların südü üzərində müştərək araşdırmalara başlamışlar. Bu araşdırmalar iki istiqamətlərdə aparılır:

  1. Covid-19 ana südünə keçirmi?
  2. Ana südü körpəni covid-19 virusundan qorunmasına səbəbdirmi?

Araşdırmalar davam etsə də, analara körpələrini əmizdirmək tövsiyələri verilir. Bu tövsiyələri aşağıdakı qurumlar da təsdiq edir:

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən: Koronavirusun hamilə qadınlara təsiri hələ araşdırılmaqdadır. Buna görə də hamilələr məlum profilaktik yollarla özlərini qorumalı, müəyyən simptomlar hiss etdikdə onları nəzarət edən tibbi personal ilə məsafədən əlaqə yaratmalıdırlar.

No photo description available.

Koronavirusa yoluxmuş hamilə qadının dölyanı sularında, körpənin göbəkciyəsi qanında, zahının isə südündə virus aşkarlanmamışdır. Koronavirusa yoluxma hamilə qadının qeysəriyyə edilməsi üçün göstəriş deyil. O da, digər sağlam qadınlar kimi təbii doğuş edə bilər. Koronavirusa yoluxmuş qadının körpəsini əmizdirməyə əks göstəriş mövcud deyil. Sadəcə ana aşağıdakı tədbirləri həyata keçirməlidir:

  1. Əmizdirmə zamanı respirator gigiyenaya riayət etməli, maska taxmalıdır.
  2. Körpəyə yaxınlaşmamışdan öncə və sonra əllərini yumalı.
  3. Mütəmadi olaraq, toxunduğu səthləri dizenfeksiya etməlidir.

Koronavirusa yoluxmuş ana yenidoğulmuş körpəsini qucağına ala bilər. Bunun üçün ana yuxarıdakı gigiyenik tədbirləri həyata keçirməlidir.

UNİCEF verdiyi məlumata əsasən koronavirusa yoluxmuş ana məlum gigiyenik tədbirləri həyata keçirməklə, körpəsini əmizdirməyə davam etməlidir. Əgər ana körpəsini əmizdirməyə kifayət qədər halı yoxdursa, bu zaman südünü körpəsi üçün sağa və körpə həmin südü stəkan və ya qaşıqdan ala bilər. Körpələri doğuşdan sonra analarından ayırmağa ehtiyac yoxdur və tövsiyə olunmur.

Image may contain: text

The Lancet jurnalı dərc etdiyi Çində koronavirusla xəstələnmiş hamilələr üzərində aparılan araşdırmaya əsasən məlum olmuşdur ki, doğulan körpələrdə həmin xəstəlik aşkarlanmamışdır. Doğulan körpələr sağ və sağlam doğulmuşlar. Körpələrin burun və boğazlarından, göbəkciyəsi qandan, dölyanı sudan və ananın südündən götürülən nümunələrdə adı keçən virus aşkarlanmamışdır.

Əmizdirmə Tibbi üzrə Akademiya ( Academy of Breastfeeding Medicine) qeyd edir ki, adı çəkilən virus haqqında hələlik məlumat kifayət qədər məhduddur. Aparılan araşdırmalar məhdud saylı qadınlar üzərində aparılmışdır. Xəstələnmiş anaların südünün tərkibində virus tapılmamışdır, lakin buna baxmayaraq ananın körpəni xəstələndirə bilməsi haqda məlumatları yoxdur. Ana südü körpənin sağlamlığı üçün önəmlidir və bir sıra xəstəliklərə qarşı effektiv mühafizədir. Çox nadir hallar mövcuddur ki, analara əmizdirməni dayandırmaq tövsiyə edilsin.

Xəstəliklərə Nəzarət Mərkəzi (Center for Disease Control) hamilə və zahıları virusla bağlı narahat edən bir sıra geniş yayılmış suallara işıq salmışdır. Mərkəzin tövsiyələrinə əsasən hamilələr özlərini qorumalı, ümumi gigiyena tədbirlərinə riayət etməlidirlər.

Hamiləlik zamanı virusun hamilə qadına və ya körpəsinə yetirəcəyi zərər haqda hələlik bilik əldə edilməyibdir. Mərkəz virusa yoluxmuş anaları əmizdirməyi davam etməyə çağırır. Əgər həmin ana südsağandan istifadə edirsə, ciddi gigiyenik qaydalara riayət etməyi mütləqdir: ana südsağana toxunmamışdan öncə əllərini sabunla yumalı, südsağanın hər istifadəsindən sonra onu düzgün sterilizasiya etməlidir.

Erkən doğulmuş körpələrin cari vəziyyətdə qidalanması ilə bağlı bütün ciddi qurumlar (World Health Organization, Centers for Disease Control, American Academy of Pediatrics, Academy of Breastfeeding Medicine) Covid-19 müddətində körpələrin ana südü almasını tövsiyə edirlər. Mütəxəssislər dönə-dönə ana südünün müxtəlif növ infeksiyalara qarşı körpə bədəninə mühafizə olunmağa əsas hesab edilər.

Laktasiya məsləhətçisi Rachel O’Brien əmizdirən anaların virusa yoluxub-yoluxmamaları aid şübhələrinə aydınlıq gətirmək məqsədilə Covid-19 simptomlarını mastit, fəsli qripdən ayırd etmək üçün cədvəl hazırlamışdır. Bu cədvəl vasitəsilə ana özündə sezdiyi simptomları tutuşdura və ehtiyac duyduğu halda həkimi ilə əlaqə qurmalıdır.

Əmizdirirsiniz və özünüzü qriplənmiş kimi hiss edirsiniz? Simptomlarınızı yoxlayın!

Simptomlar Mastit Covid-19 Fəsli qrip
Hərarət Bəli Bəli   Bəli
Bədəndə ağrı Bəli Nadir hallarda   Bəli
Öskürək Xeyr Bəli   Bəli
Tutulmuş, axan burunXeyr Nadir hallarda   Bəli
Nəfəsin daralması Xeyr Bəli Xeyr
Üşütmə, tərləmə Bəli Xeyr   Bəli
Döşdə: ağrı, şişkinlik,
istilik, qızartı-tündləşmə,
düyün, bərkimə
Bəli Xeyr   Xeyr

Hazırladı: Səltənət Zülfüqarova

2 Comments

  • Nigar
    Posted 30 Mart 2020 21:19 0Likes

    Chox gozel melumat idi. Bir sud veren ana kimi chox suallarima cavab tapdim. Bu namelumluqda bize aydinliq getirdiyinize gore chox sagholun.. :)

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.