Bağla

Süd gəlişinin iti axının idarə edilməsi

Xüsusən ilk həftələrdə əmmə təcrübəsi az olan və əmmə qabiliyyəti zəif olan körpələr üçün ən çox rast gəlinən və ən böyük narahatçılıqlardan biri də ana südü ilə bağlı südün döşdən gəlişinin iti axınıdır. Bu yalnız iri ölçülü döşlərdə deyil, həmçinin kiçik ölçülü döşlərdə də baş verə bilir.

Əlamətləri

  • Körpə döşə qoyulandan bir neçə dəqiqədən sonra südün axını baş verir
  • Südün gəlişinin iti axını zamanı körpə döşdə narahat olur.
  • Körpədə su ilə çeçələmələr, boğulmalar ola bilir.
  • Körpə əmməni dayandırıb öskürməyə başlayır.
  • Bəzi hallarda döşü yenidən götürməkdən imtina edir.

Südün döşdən gəlişinin iti axını zamanı nə etməli?

Bunun üçün bir neçə üsul var:

  1. Gilənin və ya areolanın qayçıvari tutulması. Ananın şəhadət və baş barmaqlarının gilə ətrafında qayçıvari yerləşdirməsinə, həm də “V” hərfi şəkilli tutma da deyilir. Əksər adi hallarda biz analara qayçıvari tutmanı tövsiyə etmirik, çünki bu cür tutmaq süd axının qarşısını alır. Lakin əgər süd axını itidirsə, südün gəlmə refleksi güclüdürsə bu zaman qayçıvari tutmaq çox effektivdir. Buna görə də analar südün gəlişini hiss etdikdə və ya təxmin edəndə ki, süd iti gələcək bu zaman qayçıvari tuta bilərlər. Sadəcə əmizdirmənin əvvəlini belə qayçıvari tutmaqla başlaya bilərlər, sonra isə əllərinin mövqeyini yenə də “U” və ya “C” hərfi formasında saxlaya bilərlər.
  2. Südün gəlişinin iti axınını azaltmaq üçün biz yer kürəsinin qravitasiya qüvvəsindən istifadə edə bilərik. Bunun üçün ana daha çox uzanıqlı və yaxud yarı oturaqlı vəziyyətdə əmizdirməyə cəhd etməlidir. Yəni ana maksimal dərəcədə arxaya söykənir ki, döşün ağırlığı və döşdə olan maye (həm süd, həm hüceyrəarası maye) körpə tərəfə deyil, ananın bədəninə, arxaya doğru çəkilsin. Nəticədə bu axını normal, effektiv idarəetməyə və iti axınla körpənin səmərəli qidalanmağına kömək edir.

Arxaya söykənərək və yaxud yarımoturaqlı vəziyyətdə əmizdirməyə bioloji əmizdirmə mövqeyi də deyilir. Bu metoddan həmçinin iri döşlərdən əmizdirmə zamanı da istifadə etmək olar. Bu mövqedə körpənin də ağırlığı ananın üzərinə tökülür və körpə döşdən demək olar ki, üzü üstə, üzüqoylu vəziyyətdə əmizdirilir. Bu mütəxəssislər tərəfindən körpə üçün kifayət qədər rahat bir mövqe kimi qiymətləndirilir.

Müəllif: Səltənət Zülfüqarova

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram