Körpələrdə süd vəzlərinin şişkinliyi ana südü ilə qidalanması arasında  əlaqə varmı və bu şişkinlik müşahidə edildiyi zamanı nə ediməlidir ?

Körpələrdə süd vəzilərinin böyüməsi halında ilk növbədə  uşaq endokrinoloquna müraciət edilməlidir, endokrinoloqun təyinatı ilə ultrasəs müayinəsi aparılır və bununla şişkinliyin vəz yoxsa piy toxumasının böyüməsi hesabına baş verdiyi müəyyənləşdirilir. Əgər hər şey norma daxilindədirsə, onda bu hal “izoləedilmiş telarxe “adlanır,  təhlükəsiz bir hal sayılır və hətta heç bir müalicə də tələb edilmir. İzoləedilmiş telarxe 3 yaşa kimi uşaqların 1 %-ində rast gəlinir. Bu hal müşahidə edilən körpələr süd vəzisinin gələcəkdə daha da böyüyüb-böyüməyəcəyini müəyyən edilməsi üçün həkim nəzarəti altında saxlanılırlar. 90% hallarda 3 yaşdan sonra uşaqlarda  reqressiya halı ( şişkinliyin çəkilməsi) müşahidə edilir.

Təəssüflər olsun ki, həkimlərin əksəriyyətinin telarxenin yaranma səbəbi haqda bir sıra  fəziyyələrinə rast gəlinir:

  • Əgər körpə ana südü heç qəbul etmir və süni qidalandırıllırsa,  telarxenin səbəbini məhz süni qidalanmada görürlər.
  • Bəzən telarxeni uşağın süni qidalanmaya  kəskin keçid edilməsi ilə əlaqələndirirlər.
  • Əgər uşaq ana südü ilə qidalanır  və anada menstrual sikl başlayırsa, bu halda telarxeni siklin başlanması ilə əlaqələndirirlər.
  • Əgər uşaq ana südü ilə qidalanır, anada menstrual sikl başlamırsa, bu halda telarxenin yaranması səbəbini ana südü ilə qidalanma və anada prolaktin hormonunun miqdarının artması ilə əlaqələndirirlər.
  • Əgər əmizdirən ana kontraseptiv dərmanlar qəbul edirsə, bu halda telarxeni  bu kontraseptiv dərmanlarla əlaqələndirilər. Çox təəssüf ki, belə hallarda bəzən anaya hətta doğuşdan sonra icazəli olan kontraseptiv dərman qəbulunun dayandırılması deyil, məhz əmizdirilmənin dayandırılması tövsiyə edilir.

Gördüyünüz kimi, telarxenin yaranma səbəbi haqda həkimlərin fikirləri müxtəlifdir, lakin adekvat, konkret fikir yoxdur. Bu fikirlərdən heç biri sübüt edilməmişdir.

ABŞ-da bir müddət telarxe halının artması anaların qidalandığı toyuqlarla əlaqədar olmuşdur. Belə ki,  quşçuluqda toyuqların sürətli artımı üçün onlara cinsi hormon vurulurdu. Nəticədə körpələrdəki telarxe halının bu hormonla əlaqədar olması sübüt edilmişdi.

Beləliklə, əgər körpənizdə süd vəzisinin böyüməsi müşahidə edilirsə, onu vaxtında endokrinoloqa göstərmək və gələcəkdə böyümənin davam edib-etməyəcəyini müəyyən etmək üçün körpəni  həkim nəzarəti altında saxlamaq gərəkir, ana südü ilə qidalanmanın dayandırılmasına isə heç bir əksgöstəriş yoxdur.

Təcümə: Maya Səbzəliyeva

Mənbə: akev.info

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.