Ana südünün istehlakı üçün kalkulyator

Beynəlxalq ana südü mütəxəssisləri tərəfindən istifadə və tövsiyə olunan körpənin ana südü istehlakını düzgün şəkildə hesablamağa imkan verən kalkulyatoru nəzərinizə çatdırmaq istəyirik. Bu elektron layihənin adı “MilkCalc“-dır. Ana südünün istehlak kalkulyatoru Clair Ashburn adlı tələbə tərəfindən “Mary Rose Tully Təlim Təşəbbüsü” layihəsi çəçivəsində tərtib edilmişdir.

İstifadə olunan hesablamalar “Dietary Reference Intakes: The Essential Guide to Nutrient Requirements” (2006) (Bəslənmə Tövsiyələri: qida maddələri ehtiyacları üçün mühüm bələdçi) kitabından götürülmüşdür. Hesablamalar, həmin xüsusi çəki və yaşdakı körpə üçün lazım olan təxmini enerji ehtiyaclarını ifadə edir.

Bu kalkulyator, körpənin döşdən kifayət qədər süd alıb-almadığını müəyyən edən və çatışmazlıq olduqda sağılmış südün və ya süni qida miqdarını təxmin etmək üçündür. Bu yalnız 1 həftədən çox yaşı olan və heç bir əlavə bərk qida qəbul etməyən körpələr üçün istifadə edilməlidir.

Bu kalkulyator körpənin qidalanma miqdarını təxmin etmək üçün nəzərdə tutulub və mütəxəssis göstərişini əvəz etmir. İstifadəçi bu alətin yalnız istinad məqsədli istifadə olunacağını anlamalı və peşəkar rəyin əvəzi kimi qəbul etməməlidir. İnsan səhvi və ya tibbi elmdə dəyişiklik ehtimalını nəzərə alaraq, istifadəçi kalkulyatordakı məlumatları digər müstəqil mənbələr vasitəsilə təsdiqləməlidir.

Kalkulyatorda verilən ölçü vahidlərinin funt (lbs) və ya unsiya (oz) ilə hesablanması nəzərdən yayınmamalıdır:

1 funt çəki təxminən 453.592 qram

1 unsiya maye 29.5735296875 millilitr

Ana südü istehlak kalkulyatoru ingilis dilində olsa da, saytın onlayn tərcüməsi vasitəsilə ana dilimizdə istifadə etmək mümkündür. Bunun üçün şəkildə göstərilən addımlar atılmalıdır:

Hazırladı: Səltənət Zülfüqarova

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram