Ana südü əsas qida olduğundan körpəyə həyatının ilk 2 ili ərzində verilən qalan başqa ərzaqlara əlavə qida adı verilmişdir. Əlavə qida dedikdə, süni qida deyil, müxtəlif meyvə şirələri, meyvə və tərəvəz püreləri, müxtəlif növ sıyıqlar və bu kimi qidalar nəzərdə tutulur. Analar adətən körpələrinə erkən vaxtlarda əlavə qida verməyə can atırlar.
Həvəslə körpələrini müxtəlif növ dadlarla tanış etməyə çalışırlar. Hər şeyin öz vaxtı olduğu kimi körpəyə əlavə qidanın təklif olunmasının da vaxtı var. Körpənin sağlamlığına fayda vermək və zərər yetirməmək məqsədi ilə bu məsələdə tələsməyə dəyməz. Körpəyə bərk qidanın verilməsini təxminən 6-9 aylar arasında başlamaq məsləhət görülür. Bundan daha erkən başlamaq aşağıdakı səhiyyə təşkilatları tərəfindən qəti şəkildə məsləhət görülmür.
Dünya Səhiyyə Təşkilatı (World Health Organization);
UNICEF;
Amerika Pediatrlar Akademiya (American Academy of Pediatrics);
Amerika Ailə Həkimləri Akademiyası (American Academy of Family Physicians);
Avstraliya Milli Səhiyyə və Tibbi Tətqiqat Şurası (Australian National Health and Medical Research Council);
Kanada Səhiyyə (Health Canada);
Əmizdirmə Tibbi Akamediyası (Academy of Breastfeeding Medicine);
Dünya Əmizidirmə Aliansı (The World Alliance for Breastfeeding Action);
Birləşmiş Krallığın Qidaüzrə Məsləhət Komitəsi (The UK’s Scientific Advisory Committee on Nutrition);
Kral Mamaça Kolleci (Royal College of Midwives);
Birləşmiş Krallıq İcma Həkimləri (Community Practitioners);
Birləşmiş Krallıq Səhiyyə Müdavim Assosiasiyası (Health Visitors Association);
Milli Doğum Cəmiyyəti (National Childbirth Trust);
La Leche League International;
Birləşmiş Krallıq Milli Səhiyyə Xidməti (National Health Service);
Əmizdirən Analar Assosiasiyası (The Association of Breastfeeding Mothers) və s.
Fərdi şəkildə Lucy Burney, Becky Flora, Marsha Walker, Ann Calandro, Arlene Jacobs, Nancy Mohrbacher və bir çox digər laktasiya məsləhətçilər həmçinin Jack Newman, Kenneth Todar, William Sears kimi dünya şöhrətli həkimlər və pediatrlar nəinki 6-9 aylarında bərk qidanın təklif olunmasını dəstəkləyirlər, hətta bu mövzuya kitab və məqalələrində ətraflı toxunurlar.
Laktasiya məsləhətçisi Kelly Bonyata körpənin əlavə qidaya hazırlığını göstərən əlamətləri aşağıdakı kimi təsnif edir:
- -Körpə dayaqsız (yəni arxasına bir şey qoymadan) otura bilir.
- -Körpə artıq dillə itələmə refleksinə malik deyil və avtomatik şəkildə ağzına qoyulan bərk maddələri dili ilə itələmir.
- -Körpə çeynəməyə hazırdır və buna can atır.
- -Körpə baş barmağı və şəhadət barmağı ilə əşyaları götürməyə başlayır, bu “maşasayağı tutma” adlandırılır. Barmaqlarının köməyil ilə qidanı ovucuna alması “maşasayağı tutma” deyil.
- -Körpə yemək vaxtı canfəşanlıq edir və yeməyi götürərək ağzına qoymağa çalışır.
Doktor Sears körpənin əlavə qidaya hazır olmasının göstəricilərini aşağıdakı faktlarla açıqlayır və valideynləri tələsməməyə çağırır:
- -Bağırsaqların yetkinləşməsi adətən körpələrdə 6-7 aylar arasında baş verir. Yetkin yəni tam inkişaf etmiş bağırsaq zərərli allergenləri filtrasiya edərək, körpənizi allergiyalardan qoruya bilir.
- -Ağızdan ərzaqları dili ilə itələmək refleksinin azalması ağıza qoyulan qidanın bayıra deyil, qarına getməsinə səbəb olur. Bu refleksin azalması 6-cı aydan sonra baş verir.
- -Udma mexanizminin yetkinləşməsi 6-cı ayda tamamlanr. Bundan öncəki aylarda körpənin udma mexanizmi çeynəməklə deyil, əmməklə birgə fəaliyyət göstərir.
- -Körpənin qida ilə boğulmaması üçün oturması gərəkdir. Sərbəst oturma qabiliyyəti körpələrdə adətən 5-7 aylarında əmələ gəlir.
- -Çevnəmə qabiliyyətinin yaranması adətən 6-7 aylarına təsadüf edir. Çevnəmə isə adətən dişlərin mövcudluğu ilə bağlıdır. Dişi olmayan körpənin əlavə qidaya hazır olmadığını və hələ də yalnız əmmə qabiliyyətinə malik olduğunun sübutudur.
- -6-cı ayından etibarən körpələr gördüklərini yamsılamağa başlayırlar. Bu isə böyüklərin yemək yeməyini təqlid etməklə əlavə qida qəbul etməyə yardımçı olur.
Körpənizin həyatında ana südü ilə qidanlanmağa yeganə şansı var və ilk 2 il ərzində külli miqdarda ana südü qəbul etməsi əsas məqsəd olmalıdır. İlk öncə unutmamalıyıq ki, bərk qidaya başlamaq üçün körpənin fiziki cəhətdən hazır olmasını gözləməliyik.
Müəllif: Səltənət Zülfüqarova