İnsanın dilinin altında nazik və elastik bağ mövcuddur. Bundan əlavə dodağı üst damağın dib hissəsinə birləşdirən eyni bağın mövcudluğunu görmək olar. Dilaltı qədəh (yüyən) qısa və ya qalın olarsa dilin hərəkətində məhdudiyyət yarana bilər. Xüsusən körpələrdə qısa dilaltı bağ döşü düzgün tutmağa, uzun müddət əmməyə və ana südünü udmağa çətinliklər yarada bilər. Bəzi körpələr dilbağı qısalığı səbəbilə ananın südünü yalnız südgəlmə refleksi zamanı-süd təyziqlə ağıza çiləndikdə normal əmə bilirlər. Belə problemi olan körpələrin əksəriyyəti əmzikli şüşədən rahatlıqla istifadə edə bilirlər, lakin problem daha ciddidirsə, heç bu üsul da onlara uyğun olmur. Südü içərkər asanlıqla boğula, çeçəyə bilirlər və ağızlarının kənarında süd axıntıları görmək olur. Bu hala tibbdə ankiloqlossia deyilir. Dilaltı bağ dölün ana bətnində inkişafının 13-cü həftəsində formalaşmağa başlayır.
Bəzi körpələrdə hətta üst dodaqlarının üst damağa birləşdirən hissəsində dodaqaltı bağın qısalığını da sezmək olur. Bu körpələrə əmmə üçün dodaqlarını büzməyə və düzgün döşü tutmağa mane olur. Nəticədə körpə çoxlu hava udur və qazlılıqdan əziyyət çəkərək kürlük edir. Laktasiya məsləhətçisi Jessica Barton valideynlərə problemi tezliklə aşkar etmək üçün aşağıdakı müşahidələri məsləhət görür.
Körpənin dilinin hərəkətli və normal olmasını necə yoxlamaq olar?
- Körpə ağlayarkən dilinin ucu ağzının künclərinə çatacaq qədər uzundur. Buna dilin qalxma hərəkəti deyilir.
- Körpənin aşağı damağına barmağınızı sürtərkən dili barmağınızı izləyirmi? Buna dilin böyürlərə hərəkəti deyilir.
- Körpənin aşağı çənəsini və ya dodağını ehmalca dartarkən onun dili aşağı damağından və dodağından bayıra çıxacaq qədər uzanırmı? Buna dilin uzanması deyilir.
- Körpənizin dilini yuxarı -ağızının damaq boşluğuna (cıxıntılı, dalğavari olan hissəyə) doğru qaldırdıqda, dilinin altında qaldırmağa mane olan bağı görürsünüzmü? Bu bağ dartınma vəziyyətinə görə ağarmış olmalıdır.
- Körpənizin yuxarı dodağını burnuna doğru qaldırdıqda, dodağı daha çox qaldırmağa mane olan bağı hiss edir və ya görürsünüzmü? Bu bağ dartınma vəziyyətinə görə ağarmış olmalıdır.
Körpə ağız anatomiyası üzrə ixtisaslaşan Dr. Kotlow müayinə prosesinin düzgün formada aparılması haqda tövsiyyələr verir. Həkim qeyd edir ki, müayinə zamanı körpə həkimin qucağında düzgün yerləşdirilməlidir.
Əgər körpəniz yuxarıda deyilən dil hərəkətlərinin və dodaq dartınmalarının etməkdə çətinlik çəkirsə, demək ki, dilaltı və ya dodaqaltı bağın qısalığından və ya qalınlığından əziyyət çəkir və nəticədə anada və körpədə aşağıdakı hallar müşahidə oluna bilər:
Ananda özünü biruzə verən simptomlar:
- Əmizdirəndən sonra yastılaşmış, ağarmış, bürüşmüş gilələr.
- Döyənəkli, çatlamş və qanamış gilələr.
- Əmizdirərkən ağrı və narahatlıq.
- Tutulmuş döş kanalları.
- Südyarası, mastit.
Körpədə özünü biruzə verən simptomlar:
- Döşü tutmaqda və əmməkdə çətinlik, gilənin asanlıqla ağzından çıxması.
- Döşü əmərkən giləni çeynəməsi və ya damaqları ilə əzməsi.
- Qazlılıq
- Çəkini az yığması
- Əmizdirilərkən ağzından südün çox miqdarda axması
- Körpənin döşü tam boşalda bilməməsi
- Əmizdirilərkən çeçəməsi və çırtma səsinə bənzər səsin eşidilməsi
- Əmizdirilərkən döşdə uzun müddət qalması
Dil hərəkəti məhdudiyyəti olan körpə üçün hansı tədirləri görmək olar?
Bəzən dilaltı və ya dodaqaltı bağın yüngül qısalıq və qalınlıq vəziyyətindən asılı olaraq, əmizdirmə prosesinə maneçiliyi olmadığı və ya cüzi olduğu halda həkimlər 3-4 ayına qədər gözləməyi tövsiyyə edirlər. Beləki, cüzi məhdudiyyələrdə əmmə prosesi həmin bağları məşq etdirərək elastikliyini artıra bilir. Bəzi pediatrlar və uşaq stomatoloqları qısa və ya qalın olan bağları kəsmək üçün (frenektomiya) kiçik proseduru həyata keçirə bilərlər. Bu zaman lazerdən istifadə edilə bilər ki, qanaxmanın cüzu miqdarda olması müşahidə olunur. Cərrahi yolla bağın kəsilməsi xüsusi cəhhari qayçı ilə həyata keçirilir. Əksər hallarda sakitləşdiricilərdən, səthi ağrıkəsici və ya yerli anesteziyadan istifadə edilir. Əməliyyatdan sonra əmizdirmə prosesi kəskin formada yaxşılaşa bilər xüsusən körpə 2 həftədən kiçikdirsə. Daha böyük uşaqlara isə yeni məhdudiyyətsiz dilə öyrəşməyə və əmmə qabiliyyətinə nail olmasına alışmağa bir və ya bir neçə həftə tələb olunur. Əməliyyat sonrası tez bərpa üçün laktasiya məsləhətçisi Melissa Cole-un bərpaedici video təlimatı mövcuddur.
Hazırladı: Səltənət Zülfüqarova