Bağla

Əmzikdən fasiləli qidalandırma nəyə yarayır?

Əmizdirən analarımıza, xüsusən bir başa döşdən əmizdirə bilməyən və yaxud körpələrini ana südü ilə bərabər əmzikli şüşədən, yəni qarışıq yedizdirən analara bir metod haqqında bəhs etmək istəyirik. Bu metodun (ingiliscə Paced feeding) bir sıra üstünlükləri var.

Birincisi, körpə qarışıq (həm əmzikli şüşədən, həm döşdən) qidalandığı halda fasiləli qidalandırmanı tətbiq etmək çox faydalı olar. Körpədə gilə çaşqınlığı ehtimalı daha az olur. Əgər körpə yalnız əmzikli şüşədən yeyirsə, ana isə onu tamamilə döşdən əmizdirməyə keçirtmək və yaxud döşü də götürməyə həvəsləndirmək istəyirsə, bu halda döşdən əmizdirildiyi kimi körpəni böyrü üstə uzandırmaq, körpəyə əmzikli şüşəni verərkən döşlə əmizdirərkən olduğu kimi əmziyi burnuna və ya üst dodağına yönləndirmək və körpənin ağzını geniş açmağını gözləyib əmziyi yerləşdirmək lazımdır. Adəti üzrə körpəyə əmzikli şüşəni verənlər, şüşəni qaldırıb tuturlar, yəni bütün maye əmziyin ucunda olur, amma fasiləli əmizdirmədə nə baş verir – əmzik körpənin ağzına yerləşdiriləndən sonra körpənin əmmə refleksinin biruzə verməsi gözlənilir. Körpə əmməyə başlayandan sonra artıq qaldırılır ki, ağzına axın getsin. Düzdür, bu, bir qədər vaxt tələb edir, adi şüşədən əmizdirmək qədər asan deyil, amma bu da çox gözəl effekt verir. Əmmə fəaliyyəti olanda körpə əgər əmməyi dayandırsa, əmzik aşağı salınır, davam edərsə, şüşə yenə qaldırılır (şüşə, içindəki mayenin əmziyə daxil olacaq qədər qaldırılır). Buna görə bu proses fasiləli qidalanma adlandılır. Bu əmizdirmə metodu, döşdən əmməyə daha çox oxşayır deyə körpələrdə daha az “gilə çaşqınlığı” yaranır və daha çox döşdən əmməyə meylli olurlar. Həmçinin uşağın ifrat qidalanmasının, daha çox hava udmasının və körpünün olmasının profilaktikası kimi fasiləli qidalandırma metodundan istifadə etmək olar. Əgər mümkündürsə, bunu ətrafınızda olan və sizə uşağa baxmağa kömək edən insanlara başa salın.

İlk belə əmizdirmə çətin olmasa da, adət etdiyimizdən daha fərqlidir. Burda körpəyə bir neçə mesaj ötürülür. Birincisi, ağzını geniş açmalısan, çünki biz giləni buruna yönləndirəndə körpə istər istəməz başını geriyə atıb ağzını geniş açmalı olur, və eynilə bu əmziklədə baş verəndə, uşaq mesaj alır ki, mən ağzımı geniş açmalıyam. Növbəti mesaj odur ki, əgər mən əmmə refleksi göstərməsəm, maye, süd (sağılmış süd və yaxud süni qida) ağzıma getməyəcək. Beləliklə, körpə düzgün mesajlar alır. Əgər əmzikli şüşə ilə qidalanma məcburiyyəti varsa, mütləq şəkildə fasiləli qidalanma metodundan istifadə etmək daha əlverişlidir. Vizual izahat üçün verilən videonu izləməyinizi tövsiyə edirik.

    Hazırladı: anasudu.az

    Video: Julie Matheney,

    Laktasiya məsləhətçisi və loqoped

    Şərh yaz

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Enter düyməsini basın
    Follow Us
    On Facebook
    On Twitter
    On GooglePlus
    On Linkedin
    On Pinterest
    On Rss
    On Instagram