Süd döyənəyi, beynəlxalq səviyyəli laktasiya mütəxəssisi Kelly Bonyatanın izahatında tutulmuş gilə məsaməsi kimi verilir. O qeyd edir ki, süd döyənəyi, gilə döyənəyi və ya sadəcə olaraq gilənin dərisinin altında qalmış süddür. Bu adətən gilənin ucunda dərinin cüzi şəkildə bitməsi və açılan gilə kanalının üstünü örtməsi nəticəsində baş verir. Çıxışı olmayan süd həmin nahiyyədə yığılaraq qatılaşmağa və bərkiməyə başlayır. Bəzən görünüşünə görə irinli sızanağa oxşayır, lakin həmişə belə müşahidə olunması mütləq deyil.

Milk Blebs – More than Milk

Süd döyənəyi ağrılı, şəffaf və ya sarımtıl kiçik bir nöqtə kimi gilənin üzərində və ya gilə ətrafında görünür. Ağrı həmin nöqtədən və ya onun arxasından yayıla bilir. Gilənin ətrafına basarkən, bütün digər məsamələrdən süd çıxdığı halda süd döyənəyi qabarır lakin ordan heç bir maye çıxmır. Cüzi olmasına baxmayaraq üzərindəki dəri soyulana və deşilənə kimi kifayət qədər ağrılı olması bir neçə gün və hətta həftə çəkə bilər.

Nəzərə almaq lazımdır ki, süd döyənəyi gilənin zədələnməsi ilə eyni deyil, gilə zədələnməsi zamanı siyrilmiş, qopmuş, soyulmuş qırmızımtıl, qəhvəyi çatlar görmək mümkündür. Həmçinin gilədə müşahidə olunan herpes də süd döyənəyində yaraların sayının çoxluğuna və ölçüsünə görə fərqlənir.

Süd döyənəyi süd kanalının daxilində hər hansı bir maneə ilə əlaqədar ola bilər. Bu mane də gilənin üstünü tutmuş dəri kimi südün sərbəst şəkildə döşdən çıxmasına imkan vermir. Maneə qismində yağlı, yarımbərkimiş dənəvər süd qalığı ola bilər. Bu cür maneəni körpəni fəal əmizdirmək, əl ilə döşü sağmaq, ehmalca ovuşdurmaq və kənarlarına zərif basmaqla çıxarmaq mümkündür. Tutulmuş kanala qarşı tədbirlər görülməzsə, iltihab prosesi baş verər və mastit kimi problem yaranar. Digər tərəfdən süd yarası da süd döyənəyinin yaranmasına səbəb ola bilir.

Süd kanalında südün bu cür qatlaşmasının təkrar qarşısını almaq üçün əmizdirən analara qida rasionlarındakı doymuş yağların (kərə yağı, kokos yağı, piy, əridilmiş yağ, yağlı süd, qaymaq, pendir vəs.) miqdarını azaltmaq tövsiyə olunur.

Həmçinin qeyd etmək lazımdır ki, kanalların tez-tez tutulması analarda vitamin D və kalsiumun çatışmazlığı səbəbilə yara bilir. Bunun üçün ana bədənində vitamin D və ionlaşmış kalsiumun səviyyəsini yoxlamaq üçün analiz verməyi tövsiyə olunur.

Ümumi qayda olaraq, süd döyənəyini üzərinə gün ərzində bir neçə dəfə ( 4 və daha çox) isti duz-su məhlulu qoymaqla yumşaqltmaq və boşaltmaq mümkündür. Bunun üçün aşağıdakı məhlullardan istifadə etmək olar:

  • 2 fincan suya 1 çay qaşığı duz qatmaqla 10%-li duz-su məhlulu hazırlamaq olar. Bu məhlula bir çimdik soda da əlavə etmək olar.
  • 1 fincan suya 2 çay qaşığı ingilis duzu (maqnezium duzu, maqnezium sulfat, epsom duzu) qarışdırmaqla məhlul hazırlamaq.
  • 5 damcı qreypfrut tumu extraktının yağı, 1/4 fincan sirkə və 2 fincan su məhlulunu hazırlayaraq gündə bir neçə dəfə həmin nahiyyəyə fırqırtmaq.
  • Təcrübəmdə tətbiq etdiyim “Sodalı kokos skrabını” (hazırlanması və istifadəsi videoda göstərilir) həmin nahiyyədə istifadə etmək.

Yuxarıdakı metodlar həyata keçirildiyi halda süd döyənəyində və ya tutulmuş kanalda dəyişikliklər baş verməzsə, qızdırma, şişkinlik, qızartı, sızıldama, titrətmə müşahidə olunarsa həkimə müraciət etmək gərəkdir. Steril mühitdə həmin ağrılı nahiyyənin yarılaraq təmizlənməsi həyata keçiriləcəkdir.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.