6 ayından etibarən südlə əmizdirəndən sonra (və ya əmizdirmə arasında) körpənizə bişmiş tərəvəz, yumşaq meyvələr və ya az miqdarda əzilmiş tərəvəzlər, meyvələr və ya ana südlə qarışdırılmış dənli bitkilərdən hazırlanmış sıyıqlar kimi qidaları verməyə başlayın! Bərk qidalara başlamaq həm siz, həm də körpəniz üçün dönüş mərhələsidir. Bu, dünyada olan ən gözəl qidaları və dadları kəşf etmək üçün körpələrin ilk imkandır. Bu zaman qida və qidalanma təhlükəsizliyi çox önəmlidir.
♦ Körpəniz yemək yeyərkən həmişə onun yanında olun, belə ki, o boğulmaq ehtimalı ola bilər
♦ Yeməyə toxunmaqdan və onu tutmaqdan həzz almaq üçün körpənizə fürsət verin.
♦ Körpənizə izn verin ki, öz barmaqları ilə özü-özünü yedizdirsin, belə ki, bu zaman yeməyə qarşı onda maraq oyanacaqdır.
♦ Uşağınız yeməyə maraq göstərməsə, onu məcbur etməyin – növbəti dəfəyə qədər səbr edin.
♦ Əgər siz qaşıqdan istifadə edirsinizsə, körpənizə qaşıqla yeməyi uzatmamışdan öncə o, ağzını açana qədər gözləyin. Körpəniz həm də, qaşığı ağzında saxlamağı da xoşlaya bilər. Başlanğıcda gündə 1 dəfə olmaqla bir neçə çay qaşığı miqdarında yemək verin.
♦ Əgər yemək istidirsə, onu soyumağa qoyun və körpənizə verməmişdən öncə yoxlayın.
♦ Uşağınızın yeməyinə duz, şəkər və ya bulyon tabletləri əlavə etməyin.
Diqqət edilməli məsələlər!
1 yaşından kiçik körpənizə qoz, yer fındığı, quru çərəz məhsulları, toxumlar, ciyər, balıq, dəniz məhsulları, inək südü, yumşaq və ya pazterizə edilməmiş pendir tərkibli qidalar verməkdən çəkinin.
Allergiyalar
Körpənizin pəhrizində müxtəliflik böyük bir əhəmiyyət kəsb etdyi halda, onun bir sıra qidalara qarşı allergiyasının olması da bir reallıqdır. Buna görə inək südü, yumurta, buğda, qoz, fındıq, cərəz məhsulları, toxumlar, balıq və dəniz məhsullarını vaxtında və 6 aydan öncə uşağa verməmək kifayət qədər önəmli hesab edilir. 12 aydan öncə inək südünü içəcək kimi vermək olmaz, lakin 6 aydan etibarən bişmiş məhsulun tərkibində və ya yeməyə qarışdırılmış formada istifadə etmək olar.
Allergik məhsulları uşağınıza çox az miqdarda verin və onda hər hansı bir əlamət və ya allergik reaksiyanın simptomlarının olub olmamasına diqqət yetirin:
♦ Nəfəsalmada çətinlik
♦ Dəridə reaksiya: ləkələnmə, qırmızı səpkilər, qaşındırıcı ləkələr, ağız ətrafı və bəzən isə gözətrafı şişkinlik
♦ Burunaxması
♦ Mədədə rahatsızlıq
Əgər ailənizdə qidalara qarşı allergiya, eqzema, astma varsa, qoz və fındıq məhsulları verərkən xüsusilə diqqətli olmalısınız. İlk əvvəl həkiminizlə, sağlamlıq mütəxəssisi və ya allerqoloqla məsləhətləşin.
Qida gigiyenası
Yeməyin hazırlanması və verilməsi zamanı körpənizin qida təhlükəsi ilə qarşılaşmamasını təmin etməyə çalışın.
♦ Uşağınız üçün yemək hazırlamamışdan öncə əllərinizi daim yaxşı-yaxşı yuyun.
♦ Uşağınızı yedizdirməmişdən öncə onun əllərinin təmiz olub-olmadığını yoxlayın.
♦ Masaların üstünü təmiz saxlayın və körpənizin yeməyə və ya yemək hazırladığınız masaya yaxınlaşmasına imkan verməyin.
♦ Mətbəx taxtasını tam təmiz saxlayın
♦ Soyuducuda bişmiş və çiy əti üstü örtülü şəkildə digər ərzaqlardan ayrı saxlayın.
♦ Yeməkdən öncə bütün boşqabları və qaşıqları isti su ilə yuyun.
♦ Körpənizin qabağından qalmış yeməkləri saxlamayın və yenidən ona verməyin. Bu, ishal və qusma ilə nəticələnə bilər.
♦ Bişmiş ərzaqları bir dəfədən artıq isitməyin.
♦ Bütün ərzaqları tam bişirin və körpənizə verməmişdən öncə ilıq olana qədər soyudun.
♦ Alma və kök kimi meyvə və tərəvəzləri yuyun və qabığını soyun.
♦ Çiy yumurta və çiy dəniz məhsullarından uzaq durun.
Yeməklərin saxlanılması və isidilməsi:
♦ Yeməyi bacardığınız qədər tez soyudun (ideal olaraq, bir-iki saat ərzində), onu soyuducuya və buz dolabına qoyun. Soyuducuya qoyulmuş yemək iki gün ərzində yeyilməlidir.
♦ Dondurulmuş yeməyi isitməmişdən öncə onun buzunun tam açılmasına əmin olun. Bunun üçün ən təhlükəsiz üsul həmin yeməyi buz dolabından çıxardıb soyuducuya gecə boyu qoymaq və ya mikrodalğalı sobanın “don açma” funksiyasından istifadə etməkdir.
♦ Yeməyi elə qızdırın ki, o tamamilə isti olsun. Körpənizə verməmişdən öncə soyudun.
♦ Yeməyi tez soyutmaq üçün onu hermetik qida konteynerinə yerləşdirin və onu soyuq suyun altında saxlayın və vaxtaşırı qarışdırın ki, qabın içindəki yemək tam soyusun.
Mənbə: “Bərk Qidalarla Tanışlıq: həyata daha yaxşı başlanğıc” UNİCEF
Tərcümə edən: Mirzəyeva Ülviyyə