Körpəyə verməli olduğunuz qidalara dair pratik bir məlumatı diqqətinizə çatdırırıq:

0-6 ay arası: Ana südü və ya süni uşaq qidaları.

6 aydan etibarən: kök, kartof, avokado, alma, şaftalı, yemiş, armud kimi əzilmiş və ya yumşaq bişirilmiş meyvə və tərəvəzlər, əlinə ala biləcək ölçüdə banan, ana südü ilə qarışdırılmış düyü sıyığı. Ana südü və ya süni uşaq qidaları ilə əmizdirməyi davam edin, lakin içmək üçün inək südünü körpəyə vermək olmaz.

Həmçinin yumşaq bişirilmiş toyuq əti, makaron, əriştə, tost, bir parça lavaş, mərci, əzilmiş düyü və bərk qaynadılmış və əzilmiş yumurta kimi sağlam qidalar növbəti veriləcək qida qismindədir. Qatıq və kəsmiyi şəkərsiz və tam yağlı halda verməyə çalışın.  (Bəzi körpələr istənilən süd məhsuluna allergiya reaksiyası göstərə bilərlər. Bu səbəbdən diqqətli olun.)

Təqribən 8-9 ayında körpəniz tədricən, gündə 1 dəfə yemək rejimindən gündə 3 dəfə yemək rejiminə keçəcəkdir və daha geniş çeşidli qidalar qəbul edəcəkdir. Bu zaman qidalar əllə yeyə bilinən qidalar, əzilmiş və ya döyülmüş qidalar ola bilər. Həmçinin əl ilə götürə biləcəyi qidalar: bişmiş tərəvəzlər, makaron məmulatları, soyulmuş və bişirilmiş meyvə. Unutmayın yeməzdən öncə bütün qidalar soyudulmalıdır.

Stəkandan istifadə: 6 ayından etibarən körpənizi stəkanla tanış edin və yeməklə yanaşı ona bir neçə qurtum stəkandan içməyi də təklif edin. Ağzı açıq stəkandan və ya qapaqsız sərbəst axımlı stəkandan istifadə etmək körpənizə stəkandan içməyi öyrənməyə yardım edəcəkdir və bu, həm də, onun dişləri üçün faydalıdır.

12 aydan etibarən: gündə 3 dəfə yemək verməlisiniz, əgər ehtiyac olarsa, yeməyi əzmək olar, bundan əlavə 2 növ sağlam qəlyanaltı və ana südü verməlisiniz. (Lakin körpəniz əlavə qidadan imtina edərsə narahat olmayın, biz az fasilə edin. Körpəniz artıq tam yağlı inək südü içə bilər və tam yağlı süd məhsulları qəbul edə bilər – yaşı 2-dən aşağı olan uşaqların daha çox yağa və tam yağlı məhsullarda olan vitaminlərə ehtiyacları vardır.) 2 yaşdan etibarən isə əgər onlar geniş çeşidli sağlam qidalar yeyirlərsə və yaxşı inkişaf edirlərsə, o zaman uşaqlar orta yağlı süd qəbul edə bilərlər. 5 yaşdan isə yağsız və 1%-li südlər daha məsləhətlidir. Həmçinin, uşaqlara sağlam qəlyanaltılardan olan meyvə, tərəvəz, tost və düyü unundan hazırlanmış kekslər vermək məsləhətdir.

Mənbə: “Bərk Qidalarla Tanışlıq: həyata daha yaxşı başlanğıc” UNİCEF
Tərcümə edən: Mirzəyeva Ülviyyə

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.