Bağla

Zahılığın psixoloji çətinlikləri

Alimlər hesablamışdırlar ki, körpə doğulduğu ilk ilində minimal olaraq 7 dəfə müxtəlif həkim, pediatrik, kliniki müayinələrdən keçirlər. Həmin körpələrin anaları isə sadəcə 1 dəfə kliniki müayinəyə cəlb olunur. Zahıların yalnız 40%-indən daha azı həmin müayinələrə gedirlər. Bu kliniki müayinə də adətən yalnız fiziki səhhətin müayinəsinə ayrılır. Ana olarkən fiziki dəyişikliklər aysberqin yalnız cüzi görünən hissəsidir. Qalan hissəsində isə mənəvi, ruhi, emosional, hormonal və s. kimi gözə çarpmayan amma çox mürəkkəb hadisələrin burulğanıdır. Analar isə öz növbəsində zahılıq dövründə-xüsusən analığın ilk ilində gözlənilməz qorxular, paranoya, özünün və öncəki həyatın itirilməsi hissi, boşluq, körpənin qəbul edilməsi, ifrat həyəcan, narahatlıq, yuxusuzluq, tənhalıq, beynin dumanlanması, təcrid olunmuş və hətta ən qorxulusu intihar fikirləri ilə üzləşirlər. Sirr deyil ki, doğuşdan sonra 1 il ərzində dünyasını dəyişən qadınların 50%-i müxtəlif cür doğuşsonrası psixoloji narahatlıqlardan əziyyət çəkirmişlər. Anaların rifahına olan etinasızlıq həmçinin qadınların özünə də güzgülənir. Alimlərin hesablamalarına görə 80% yeni analar doğuşdan sonra ilk 2-3 həftə ərzində əhval dəyişikliyi və gəmginlik yaşayırlar. Həmçinin məlum olmuşdur ki, daha kəskin hal olan doğuşsonrası depressiyadan əziyyət çəkən qadınların 50%-i depressiya simptomları haqda danışırmırlar. Zahılıqda anaların üzləşəcəyi psixoloji problemlər yalnız yuxarıdakılar ilə tamamlanmır.

Zahılar arasında geniş yayılmış Perinatal Əhval və Həyəcan Pozuntulara (ingilis. Perinatal Mood and Anxiety Disorders-PMADS) aiddir :

Jabina Coleman araşdırmalarında qeyd edir ki, təcili Qeysəriyyə əməliyyatına girənlər, doğuşsonrası qanaxma ağırlaşmaları yaşayanlar, erkən doğulmuş körpə dünyaya gətirənlər, neonatal intensiv qayğı şöbəsində körpəsi olanlar daha çox posttravmatik stres pozuntusu riskindədirlər. Qadınların hamiləlikdən etibarən müəyyən psixoloji narahatlıqlarını nəzərə alaraq mütəxəssislər Perinatal Əhval və Həyəcan Pozuntusu çətiri altında qiymətləndirməyi tövsiyə edirlər. Nəzərinizə çatdıraq ki, son zamanlar həmçinin ataların da PDAS-dan əziyyət çəkdikləri faktları aşkarlanmaqda və müzakirə olunmaqdadır. Bunun üçün bir sıra testlər mövcuddur ki, qiymətləndirmə, müayinə və müalicə ilə sıralanmalıdır:

Bütün sadalananlar vaxtında müayinə, diaqnoz və müalicə olunan bilən narahatlıqlardır. Həmçinin zahılıqda yaşanacaq potensial problemlər öncədən hamilələrə çatdırılarsa, daha az psixoloji gərginliklə toqquşmaq ehtimalı var. Zahılıqda qadınların üzləşə biləcəyi narahatlıqlara sancılar, vaginal ağrılar, nifas (loxiya və ya doğuşdan sonra qanlı ifrazat), diastaz, gecə tərləmələri, saç tökülmələri, episiotomiya kəsiyi və ya qeysəriyyə tikişlərindən sağalma, sidik saxlama çətinlikləri, qəbizlik, vaginal şişkinlik, döşlərdə qəfil dolğunluq və bir neçə gündən sonra ifrat boşalma aiddir.

Ana südünü işıqlandıran bir mənbə olaraq, həmçinin qeyd etməliyik ki, ananın doğuşsonrası psixoloji, emosional və fiziki rifahı nə qədər tarazlanmış olarsa, bir o qədər əmizdirmə prosesi də rahat başlaya və davam edə bilər. Digər tərəfdən, aparılan bir sıra araşdırmalara əsasən məlum olmuşdur ki, əmizdirmə bir proses olaraq özlüyündə ana və körpənin mənəvi və emosional rifahı üçün faydalı və uzunmüddətli müsbət təsirə malikdir. Əmizdirmə məsləhətçiləri əmizdirmə kontekstindən valideynlərin və körpələrin psixoloji səhhətini tanımalı və müvafiq mütəxəssislərə yönləndirməlidirlər.

Müəllif: Səltənət Zülfüqarova

1 Şərhlər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram