Körpələrin qucaq aşiqi olduqları heç bir anaya sirr deyil. Əslində körpənin qucaqda olmasının körpənin emosional durumuna və fizioloji inkişafına müsbət təsir etməklə yanaşı, ananın evdaxili və evdənkənar həyatını asanlaşdıra biləcək bir vasitədir.
Slinq – kiçik uşaqların gəzdirilməsi üçün ən qədim daşıma vasitəsidir. Uşaqların gəzdirilməsi üçün parça sarıqdan istifadə etmiş qadın şəkli eramızdan əvvəl ikinci minilliyə aiddir. Bir çox xalqların öz etnik slinqi mövcuddur və uşaqların gəzdirilməsi üçün müasir vasitələr öz kökünü qədim slinqgəzdirmə ənənələrindən götürür.
Slinqin valideynlər üçün praktiki faydaları:
- Ananın hər iki əlləri boşalır, rahat hərəkət və fəaliyyət göstərməyə imkandır.
- Bədən-bədənə təmas nəticəsində ananın süd istehsalına köməkdir.
- Başqa işlərlə məşğul olmaqla yanaşı, körpəni asanlıqla yatızdırmaq mümkündür.
- İctimai yerlərdə, gəzinti zamanı gözlərdən gizlin əmizdirmək mümkündür.
- Uşaq arabalarının çətinliklə keçdiyi yollardan və səkilərdən rahatlıqla hərəkət etməkdir.
- Körpənin ağırlığını hiss etmədən fiziki məşqdir və ananın tezliklə artıq kiloları atmağa səbəbdir.
Slinq- təkcə körpəni daşımaq üçün vasitə deyil, həm də zövqlü bir geyim elementidir. Müxtəlif çeşidlər və tərkiblərdə və istənilən zövqə uyğun slinqlər mövcuddur. Slinqdə gəzdirmə dövrü başa çatdıqda, şərfdən həm uşaqlar, həm də böyüklər üçün qamak düzəltmək olar: brend şərflər bu cür yüklərə asanlıqla davam gətirir.
Müəllif: anasüdü.az