Ana südünü azaldan vasitələrdən adətən süddən ayırma zamanı istifadə olunur, lakin onlardan həmçinin süd ehtiyatının çoxaldığı fövqəladə hallarda, ənənəvi tədbirlər effektiv olmadığı zaman istifadə oluna bilər. Əgər siz süddən kəsmə prosesində deyilsinizsə, bu vasitələrlə ehtiyatlı olun! Əgər nəticəni görməyə başladınızsa, həddi aşmayın.

Ada çayı. Süd ehtiyatını azaltmaq üçün, ¼ çay qaşığı qurumuş adaçayını (Salvia officinalis) 1-3 gün ərzində, gündə 3 dəfə qəbul edin. Təzə adaçayını tərəvəz şirəsinə qarışdıra bilərsiniz. Siz həmçinin onu digər qidalara da qarışdıra bilərsiniz. Məsələn, şorbanıza qata bilərsiniz.

Süd ehtiyatını azaltmaq məqsədilə adaçayı çayı hazırlamaq üçün, 1 çay qaşığı qurumuş adaçayını 1 fincan qaynar suda (və ya 20 qram qurumuş adaçayını 50 ml qaynar suda) dəmləyin. 5-15 dəqiqə dəmləndikdən sonra, gündə 2-6 dəfə 1 fincan için.
Çayın əvəzinə, gündə 3-6 dəfə, 30-60 damcı adaçayı cövhəri də içə bilərsiniz.

Kələm
Süd ehtiyatını azaltmaq üçün, kələm yarpaqlarını da döşün üzərinə qoymaq olar. Bir daha təkrar edirik, əgər süddən ayırma prosesində deyilsinizsə, ehtiyatlı olun.

Jasmin
Süd axınını azaltmaq üçün digər effektiv müalicə üsulu, əzilmiş jasmin (Jasminum sambac) çiçəklərini döşlərin üstünə çəkməkdir. Araşdırmalar bu üsulun effektivliyini göstərmişdir.

Digər bitkilər
Süd ehtiyatını azalda bilən digər bitkilər: yarpız (Mentha piperita), nanə, cəfəri (Petroselinum crispum), cincilim, dalayan gicitkən (süd ehtiyatını artıran gicitkən yox), boymadərən, Robert ətirşahı (Geranium robertianum), müalicəvi melissa, oreqano, cəzayir bənövşəsi (Vinca minor), turşəng (Rumex acetosa).

Adaçayı, yarpız, nanə, melissa, oreqano və kələm yarpaqlarının sıxılmasından alınan cövhərlərin hamısını yağlarla qarışdıraraq, südün azalması üçün massaj yağları hazırlamaq olar. Yarpız efir yağı, ənənəvi olaraq süd ehtiyatının azaldılması üçün istifadə olunub. Yarpızlı çay yalnız böyük miqdarlarda içildikdə, süd ehtiyatını azalda bilər. Bəzi qadınlar, süd ehtiyatını azaltmaq üçün güclü nanə və yarpız konfetlərindən uğurla istifadə ediblər.

Müəllif: Kelly Bonyata
Mənbə: www.kellymom.com

3 Comments

  • ayka
    Posted 03 Avqust 2015 16:26 0Likes

    salam,

    oglumun iki yashi olmasina 28 gun qalib, mende iki gun olar ki sudu kesmeye bashladim, ama bir anda kesdiyim ucun ciddi agrilar hiss edirem, hem de sud cox gelib shishkinlik var hem de agri. ne ede bilerem , deye bilersinizmi zehmet olmasa

  • Revane
    Posted 26 Noyabr 2018 0:54 0Likes

    Salam eziz xanimlar menim 19 yawim var 1 yawindada qizim indi men onu sudden kesmek isteyirem ama bacarmiram qizim dow emiyende sud gelir ve cox agri verir xaiw eliyirem mene ne edeceyimi deyin😦

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.