Bəzən analarda doğuşdan sonra ilk həftələr əmizdirmə zamanı ürəkbulanma halları müşahidə olunur. Əksər qadınlarda (lakin hamısında yox) bu xoşagəlməz hal doğuşdan 6-8 həftə sonra keçib gedir. Əgər əmizdirərkən ürəkbulanma hissi daha böyük körpələrin əmizdirilməsi zamanı baş verirsə, bu ananın yenidən hamilə olması ilə əlaqədar ola bilər.

Ümumiyyətlə, südün gəlişi zamanı anada ürəkbulanmanın müşahidə olunması oksitosin hormonu ilə əlaqədar ola bilər. Oksitosin südün gəlişini təmin edən hormon olmaqla yanaşı həmçinin, həzm prosesinin yaxşılandırır və mədə-bağırsaq sisteminin digər hormonları ilə qarşılıqlı təsir əsnasında ürəkbulanma meydana gələ bilər. “Breastfeeding: A guide for the medical professional” kitabının müəllifi  Dr. Ruth Lawrence-in fikrinə görə bu cür ürəkbulanmanı hamilə qadının toksikoz vaxtı “dalğavari” ürəkbulanması ilə müqayisə etmək mümkündür. Həmçinin simptomlar qanda şəkərin düşməsi ilə eyni xüsusiyyətlərə-ürəkbulanma, baş ağrısı, aclıq hiss və s. malikdir.

Südün gəlişi əsnasında digər hisslər:

Döş və ya qoltuqaltı nahiyyədə yandırıcı ağrılar qan dövranının güclənməsi və ya oksitosinin qana atılması ilə əlaqədar ola bilər.

Baş ağrıları, əhvalsızlıq (narahatlıq, qıcıqlanma) hissləri də südün ifraz olunması ilə əlaqədar ola bilər.

Cinsi zorakalığa məruz qalan qadınlar əmizdirmə zamanı bir sıra xoşagəlməz hisslər yaşaya bilər.

Əmizdirmə zamanı ürəkbulanmanı necə dəf etmək olar?

  • Bu cür haldan əziyyət çəkən anaların əksəriyyəti əmizdirmədən öncə və ya əmizdirmə əsnasında nəyi isə içmək və ya yemək ürəkbulanmanı azaltdığını qeyd edir.
  • Bir halda ki, əmizdirmə vaxtı ürəkbulanma hamiləlik ürəkbulanmasına bənzəyir hamilələrə tövsiyyə olunan qaydalara riayət etməyə çalışın.
  • Qanda şəkərin düşməsinin qarşısını almaq üçün qısa fasilələrlə sağlam çərəzlər yeməyə cəhd edin.
  • Qəbul etdiyiniz mayenin miqdarını artırmağa çalışın. Analardan biri suyun qəbulunu artırdıqdan sonra ürəkbulanmanın keçməsinin şahidi oldu.
  • Ürəkbulanma halının keçməsini gözləyin. Adətən bu hal əmizdirməyə başlayandan bir neçə ay sonra tamamilə keçib gedir.

Südün gəlişi ilə əlaqədar olmayan ürəkbulanması bədəndə yüngül susuzlaşma, qanda şəkərin düşməsi və ya sadəcə yorğunluq ilə əlaqədar ola bilər.

Kifayət qədər içirsinizmi? Əmizdirən analara susuzluq hiss etdikdə maye qəbul etmək tövsiyyə olunsa da, əksər anaların uşaqların qayğısına başları o qədər qarışıq olur ki, vaxtı-vaxtında su içməyi belə unuda bilirlər. Bu səbəbdən anaların əllərinin altında bir neçə su ilə dolu şüşə saxlayıb ara-sıra onu içməyi məsləhətdir.

Vaxtında qidalanırsınızmı? Əgər vaxtında yemək yeməyə imkanınız olmursa, qanda şəkərin miqdarı düşərək ürəkbulanma yarana bilir. Bu səbəbdən nə yediyinizə və nə vaxt yediyinizə ciddi nəzarət edin.

Yuxunuzu alırsınızmı? Əlbəttə hamıya məlumdur ki, yeni ana olmuş xanımlar yuxusuzluqdan əziyyət çəkirlər. Yuxusuzluq və yorğunluq ürəkbulanmanın səbəbi ola bilər. Bu səbəbdən nə qədər çətin olsa da imkan daxilində dincəlməyə cəhd edin.

Müəllif: Kelly Bonyata 

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.