Bağla

ƏMİZDİRMƏK yüksək qan təzyiqi riskini azaldır!

“American Journal of Hypertansion” tibbi dərgisinində dərc  olunan bir araşdırmaya əsasən, daha çox uşaq əmizdirən və daha uzun əmizdirmə müddəti həyata keçirən qadınların menopauza (klimaks) sonrası dövrdə qan təzyiqindən əziyyət çəkmək ehtimalı azalır.

Yüksək qan təzyiqi xəstəlik və ölüm üçün ən böyük risk faktorlarından biridir. Epidemioloji qaynaqlardan əldə olunan mənbələrə görə, əmizdirmək ananın və körpənin sağlamlığı üçün əvəzolunmaz vasitədir.

Uzun müddət əmizdirməklə -uşaq allergiyası, çölyak (seliakiya) xəstəliyi, piylənmə və şəkər xəstəliyi riskinin azaldığı sübut olunmuşdur. Bəllidir ki, əmizdirmənin, ananın sağlamlığına göstərdiyi təsiri, uşağa göstərdiyi təsiri ilə müqayisədə çox az araşdırılmışdır.

Bir sıra müşahidələr ilə təsdiq edilmişdir ki, əmizdirməyi erkən kəsmək, şəkər xəstəliyi, dislipidemiya, metobolik sindrom, xroniki ürək xəstəliyi və kardiovaskulyar xəstəlik riskini artırır. Buna baxmayaraq, əmizdirmə və qan təzyiqi arasında açıq şəkildə bir əlaqənin olması barədə çox az təcrübələr aparılmışdır.

Bu təcrübə, 2010-2011- ci illərdə, Koreya Beynəlxalq Sağlamlıq və Qidalanma Müayinə Anketində 50 yaş və üzəri 3119 siqaret çəkməyən, menopauza müddətini keçirmiş qadınlar arasında tətbiq olunmuşdur.
Ana südü ilə əmizdirmə müddəti və əmizdirilən uşaq sayının artması, həmin qadınlarda hipertoniya riskini azaltmışdır. Eyni zamanda, piylənmə və insulin müqaviməti dərəcəsi, əmizdirmə-hipertoniya əlaqəsinə təsir etdi.
Əmizdirilən uşaqların sayı çox olan (5-11 uşaq) əmizdirən analar (96-324 ay), daha az əmizdirən (0-1 uşaq) analarla (56 ay və daha az) müqayisə olunduqda 51% daha az hipertoniya riski aşkarlandı. Ana südü ilə əmizdirən qadınalarda hipertoniya riski 45% daha az olmuşdur.

Baxmayaraq ki, xroniki xəstəliklər əmizdirməklə bir başa bağlı deyil, ancaq bu ikisinin arasındakı əlaqələrin əsasını təşkil edən bəzi ortaq mexanizmlər irəli sürülmüşdür.

Birincisi, ananın metabolizmi (məsələn, piyin toplanması, insulin müqaviməti) hamiləlikdən sonra əmizdirmə ilə “sıfırlana bilir” və bu da piylənmə ilə əlaqəli olan xəstəliklərin yaranma riskini azaldır. İkincisi, əmizdirməklə oksitosin hormonunun ifraz olunması, bu xəstəliklərə tutulma riskinin azalmasına səbəb ola bilər.

Məqalənin tədqiqatçısı Nam-Kyonq-Choi, nəticə olaraq, analara, onların daha sonrakı həyatlarında sağlamlıqları naminə əmizdirməni tövsiyə edir.

Hazırladı: Aynur Eyvazqızı

Yenilənmə (2025-ci il):

Südvermə anaların ürək-damar sistemini qorumaqda təbii bir müdafiə rolu oynayır, həmçinin gündəlik həyatın stress və gərginliyinə qarşı bir dəstək mexanizmi yaradır. Hər bir əmizdirmə prosesi nəinki körpənin sağlamlığı üçün bir yatırımdır, əmizdirmə həm də ananın sağlamlığının da qeydinə qalır. Bir neçə böyük tədqiqatların meta-analiz nəticələri bizə göstərir ki, 12 aydan uzun əmizdirmə dövrü analarda şəkər xəstəliyi riskini təxminən 30%, yüksək qan təzyiqi riskini isə 13% azaldır. Bu tədqiqatlarda 200 mindən çox qadının nəticələri izlənilmişdir.

Son illərdə aparılan tədqiqatlar əmizdirmənin qadınlarda yüksək qan təzyiqi riskini azaltdığını göstərsə də, daha yeni araşdırmalar bu mövzunun başqa tərəflərinə də işıq salır.

Yale Universitetində 18 iyul 2025-ci ildə dərc olunmuş tədqiqat göstərib ki, hamiləlikdən əvvəl və ya hamiləlik zamanı yüksək təzyiqi olan qadınların əmizdirmə nəticələri daha zəif ola bilər. Belə qadınlarda əmizdirməyə başlamaq ehtimalı daha az, əmizdirilmənin erkən sonlandırılması ehtimalı isə daha yüksəkdir.

2017–2019-cu illərdə ABŞ-da hamiləliklərin təxminən 16%-i yüksək qan təzyiqi ilə əlaqəli olub. Bu problem daha çox qaradərili və Amerika Yerlisi/Alaska Yerlisi qadınlarda müşahidə edilib. Yüksək qan təzyiqi təkcə hamiləlik dövründə deyil, həm də sonrakı illərdə ürək, böyrək xəstəlikləri və insult riskini artırır. Araşdırmanın müəllifi, Yale Tibb Məktəbinin pediatriya üzrə mütəxəssisi Deanna Nardella bildirib ki, yüksək qan təzyiqi olan qadınlar əmizdirmə zamanı daha çox çətinliklərlə üzləşirlər. Buna görə də, belə qadınlara xüsusi dəstək göstərmək onların həm südvermə, həm də ürək-damar sağlamlığı nəticələrini yaxşılaşdırmağa kömək edə bilər. Süd vermək bu qadınlar üçün sağlamlıq risklərini azaltmaqda mühüm fürsət hesab olunur.

Hazırladı: Həcər Piriyeva

Əmizdirmə məsləhətçisi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram