Azərbaycandan kənarda südartıran şirniyyat növləri artıq çoxdandır analar tərəfindən fəal istifadə olunur və rəğbət sahibidir. Bunun şahidi olmaq üçün internetdə “breastfeeding cookies”, “lactation cookies” hətta “booby cookies” adı ilə çoxsaylı laktsiyanı dəstəkləyən qurabiyə markaları və başqa növ qənnadı məmulatlar tapmaq mümkündür.
Pearl Bakery Baku, Buta Art Sweets və Süddaş həmin şirniyyatların yerli növünü yaratmaq qərarına gəldi və yaratdı da. ⠀
⠀
Lakto-şirniyyat hazırlanan reseptə südün artmasına səbəb olan təbii vasitələr-ədviyyatlar, meyvə-tərəvəzlər və çərəzlər daxildir. Hazırda lakto-şirniyyatlarımız: ⠀
Südartıran qlutensiz, şəkərsiz Banan Çörəyi⠀
⠀
Südartıran Köklü-Zəncəfilli kekslər
⠀
Südartıran güldəfnəli, xurma- badamlı Biskottilər
Südartıran yulaflı, darçın-razyanalı Qurabiyələr
Güldəfnəli südartıran Qoğallar
Südartıran şirniyyatları sifariş etmək üçün “Süddaşa” müraciət edə bilərsiniz.