Uzun illərdir ki, dünyanın müxtəlif hissələrində hamilələr doğuşa, onların istəklərini əks etdirən doğuş planı ilə girirlər. Bu plan doğuşu aparan həkim və tibb personalına hamilənin istəklərini aydın şəkildə izah edən bir qeyd rolu oynayır. Dünyaca məşhur həkim-mamaça Mişel Oden kitablarında bildirir ki, doğuş və əmizdirməyə ayrı-ayrılıqda baxılmamalıdır. Əmizdirmə doğuşun ayrılmaz bir hissəsidir. Birindən digərinə axıcılığı olan iki təbii prosesdir.

Son illər analar doğuş planından əlavə, artıq əmizdirmə planı da tutmağa başlayıblar. Əmizdirmə planı doğuşdan sonra körpənin qayğısına qalan tibbi personala ananın əmizdirmə niyyətində olduğunu, həmçinin ananın razılığı olmadan süni qida verilib-verilməməsi haqda məlumatlandırıcı qeyddir. Ümumdünya Səhiyyə Təşkilatının “Ana südü ilə uğurlu qidalanmaya 10 addım” standartlarına uyğun “Əmizdirmə Planı” tərtibində hamilələrə xidmət göstəririk.

This image has an empty alt attribute; its file name is Emizdirme-plani-1-1-1-1024x1024.png

Unutmayaq ki, əmizdirmə bacarığı fitri bir bacarıq deyil, müşahidə və təlim əsasında sonradan qazanılan bir qabiliyyətdir. Buna görə də əmizdirmənin ilk saatları və hətta günləri analar pərişan və nə etməli olduqlarını bilmirlər. Məhz bu səbəbdən əmizdirməyə öncədən hazırlıqlı olmaq çox vacibdir. Unutmayaq ki, ana əmizdirməyi öyrənməli, körpə isə döşləri düzgün tutmağı və əmməyi öyrənməlidir.

This image has an empty alt attribute; its file name is Emizdirme-plani-2-1-1024x1024.png

”Əmizdirmə Planı” bir neçə hissədən ibarətdir:

Doğuşdan öncə əmizdirməyə hazırlıq. Lazım olan məlumatların əldə edilməsi və bir sıra vizual materialların gözdən keçirilməsi.

Hamiləlikdə döşlərin müayinəsi. Bəzi hallar olur ki, ananın döş anatomiyası müəyyən qədər əmizdirmə prosesinə mane ola bilir. Bu cür məqamları öncədən bilmək və tədbirlər görmək mütləqdir.

Əmizdirmə hədəflərinin qoyulması və bu hədəfə addım-addım irəliləməyin yollarını təyin etmək. Təəssüflər olsun ki, hazırda zahılar xəstəxanalarda məhz ana südü məsələlərində dəstək qıtlığı yaşayırlar. “Əmizdirmə Planının” əsas hissəsi ananın rast gələ biləcəyi müxtəlif halların öhdəsindən gəlməyə yardım etməkdir.

Körpə dünyaya gələrkən əmizdirmənin uğurlu olması üçün nələr edilməli və nələr təxirə salınamlıdır? Bunlar hamısı hamilə qadınla ətraflı “Əmizdirmə Planı” əsnasında müzakirə edilir.

This image has an empty alt attribute; its file name is Emizdirme-plani-3-1-1024x1024.png

İstər təbii doğuş, istərsə də qeysəriyyə əməliyyatı olunacaq istənilən hamilə qadın “Əmizdirmə Planı” xidmətindən yararlanıb bəhrəsini görə bilər. Bu plan artıq müxtəlif analar tərəfindən sınaqdan keçib və rəğbət qazanıbdır. Bu hamiləlik də, doğuş da, əmizdirmə də sizə məxsusdur. Odur ki, istəklərinizi təyin etməyin və onları bildirməyin zamanıdır. “Əmizdirmə Planı” xidmətindən yararlanmaq üçün bizimlə əlaqə saxlayın.

Məsləhət xidmətimizdən istifadə etmək və yazılmaq üçün:

Telefon: +994 50 5388993

Ünvan: Yasamal, Mirəli Seyidov 20, blok 2, mərtəbə 17.

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.