Ümumdünya Əmizdirmə Həftəsi 1991-ci ildə Malayziyada yaradılmış WABA (Əmizdirmə Fəaliyyəti üçün Dünya Aliansı) tərəfindən hər il həyata keçirilən maarifləndirici bir tədbirdir. Tədbir hər ilin 1-7 avqustu tarixinə planlaşdırılır və beynəlxalq səviyyədə təşkil edilir.
Alians ana südünü mühafizə, təbliğ edən və dəstəkləyən şəxslərin və təşkilatların qlobal şəbəkəsinin əsasını qoymuşdur. Ana südünü mühafizə, təbliğ və dəstəkləmək səbəbilə dünyada 20 000 ananın ölümü, 823 000 körpə ölümünün qarşısını almaq və 302 milyard dollar məbləğində iqtisadi itkiyə son qoymaq mümkündür.
Həftənin builki mövzusunda Yer kürəmizi qorumağın yollarından daha çox danışılacaqdır:
“DAHA SAĞLAM PLANET ÜÇÜN ƏMİZDİRMƏNİ DƏSTƏKLƏ!”
Hər bir ana əmizdirməklə Yer kürəmizin ekoloji sağlamlığına çox böyük bir töhfə vermiş olacaqdır!!!
Hazırladı: Səltənət Zülfüqarova