“Südüm hələ gəlməyib” zahılardan ən çox eşidilən narazılıqlardan biridir. Bəzən analar düşünür ki, doğuş ayrı, südvermə isə tamamilə ayrı və bir-birindən asılı olamayam proseslərdir. Əslində isə insan bədəni və orada yerləşən orqanlar vəhdətdə işləməyə nəinki qadirdir hətta, başqa cür heç mümkün də deyil. Nəzərə alsaq ki, hamilə olarkən qadının bədəni artıq süd istehsal etməyə başlayır, demək doğuşdan sonra da körpəni əmizdirmək üçün mütləq şəkildə bir qida tapılacaqdır.

Təxminən ikinci trimesterdən etibarən qadın orqanizmi, körpə istənilən vaxt dünyaya gəlmə ehtimalı olduğuna görə ehtiyat qismində artıq ağuz südünün istehsalına başlayır. Əksər hamilə qadınlar döşlərindən bəzən sızan şəffaf mayeni müşahidə edə bilirlər hətta etməyənlərdə də bu hal mövcud olur. Körpənin bol-bol süd alması üçün ana etməlidir:

  • Ana südünə dost və ya əmizdirməni dəstəkləyən xəstəxanada doğuş etməyə çalışmalıdır.

  • Körpəni doğuşdan sonra ilk saatda və ya imkan olan kimi dərhal əmizdirməyə cəhd etməlidir.

  • Körpə dünyaya əməliyyat səbəbilə gəlirsə, ətrafdakı tibbi personaldan dərhal əmizdirmək üçün dəstək istəməlidir.

  • Körpənin döşdə vaxtına və əmməyinə məhduddiyyət qoymamalıdır.

  • Süni qida və əmziklərdən istifadə etməməlidir.

Bəs əgər zahı yuxarıda sadalananların hamısını edir lakin, südün azlığı və ya ümumiyyətlə olmaması ilə üzləşirsə səbəblər aşağıdakılar ola və bununla çoxazsaylı analar üzləşə bilər :

Doğuş vaxtı ifrat qan itikisi

Cift qalıqlarının uşaqlıqda qalması

Cift (Placenta) — süngərəbənzər, yumuşaq, qan ilə dolu disk şəklində olan, uşaqlığın selikli qişasına bitişmiş olan bir üzvdür. Cift dölə baxan və uşaqlıq divarına bitişik iki səthə malikdir. Dölə baxan səthi basıq və hamardır özüdə su qişası ilə örtülmüşdür. Bunun ortasından göbək ciyəsi başlanır. Ciftin uşaqlıq divarına bitişik səthi qabarıqdır və dərin şırımlar vasitəsilə bir çox paycıqlara bölünmüşdür.

Doğuşdan öncə polikistoz, diabet, qalxanabənzər vəz və digər hormonal problemlər müşahidə edilibdir. Bəzən sadalanan sağlamlıq problemi olan analar südün azlığı ilə üzləşə bilirlər, lakin bu mütləq deyil .

Süd istehsal edən süd vəzlərinin yoxluğu və ya çatışmazlığı müşahidə olunur. Lakin bu hal heç bir halda kiçik ölçülü döş ilə səhv salınmamalıdır. Söhbət sağlam döşlərdən deyil, patoloji bir haldan gedir.

Doğuşdan öncə baş verən döş travmaları və ya cərrahiyə əməliyyatları nəticəsində.

Düzgün aparılan qeysəriyyə əməliyyatından sonra südün gecikməsi üçün heç bir əsas yoxdur. Çünki, körpə dünyaya gələndən sonra ananın bədəninin süd istehsalına başlayır. Əsas odur ki, cift bədəni tərk etsin. İstər təbii yolla-vaginal və ya əməliyyat vasitəsilə ciftin qalıqsız çıxarılması südün istehsalını stimullaşdırır. Anadan tələb olunan körpəni imkan olan kimi sadəcə döşə qoymaq və əmizdirməyə başlamaqdır. Döş və hormonlar isə öz növbəsində işlərini görəcəklər.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.