- Həqiqətənmi, süd əmizdirməcox çətin, daim problemlər və narahatçılıqlara səbəb olan bir prosesdir?
Cavab: Ana və uşaq üçün, düzgün təşkil olunmuş süd əmizdirmədən asan, rahat, zövqverən və yeri gəlmişkən ucuz bir proses yoxdur. Bu işdə ən yaxşı müəllim, valideynlər üçün kitab və jurnal yox, öz uşağını uzun müddət, bir ildən çox əmizdirmiş və bundan müsbət emosiyalar almış qadındır. - Süd əmizdirmə döşün formasını korlayırmı?
Cavab: Döşün forması hamiləlik zamanı dəyişir. Məhz onda döş böyüyür, ağırlaşır və əgər forması imkan verirsə, necə deyərlər “sallanır”. Döşün forması ilə nə baş verir?
Laktasiya zamanı döşün forması dəyişir. Doğuşdan 1-1,5 ay sonra, stabil süd əmizdirmə ilə döş yumşalır, demək olar ki, yalnız uşaq əmdikdə süd əmələ gəlir. 1,5-2, 2,5-3 ildən sonra isə süd vəzilərinin involyusiyası baş verir, bununla da laktasiya tədricən başa çatır. Süd vəzisi “növbəti dəfəyədək yatır”. Təbii şəraitdə bu, uşağın süd əmmək və süddən kəsilmək tələbi ilə üst-üstə düşür. Döş yumşaq, qeyri-elastik olur. Əgər qadın uşağı əmizdirmirsə, süd vəzilərinin involyusiyası doğuşdan sonrakı bir ay ərzində baş verir. Lakin döşün forması yenə də hamiləlikdən əvvəlki formasına qayıtmır. Gəlin düşünüb anlamağa çalışaq: qadına döş nə üçün verilib? Körpəsinə süd əmizdirmək üçün. - Süd əmizdirmə bədən formalarını korlayırmı?
Cavab: Bir çox qadınlar süd əmizdirmə zamanı kökəlməkdən qorxurlar. Lakin qadının çəkisi əsasən hamiləlik zamanı artır, süd əmizdirmə zamanı yox. Özü də, əgər hamiləlikdən əvvəl qadın hansısa dəb standarlarına, məsələn 90-60-90 standartına uyğunlaşmağa çalışırdısa, hamiləlik zamanı o öz çəkisinə, genetik cəhətdən ona xas olan fizioloji normaya qayıdır. Bundan əlavə, hamıya məlumdur ki, hamiləlik zamanı uşaqlıq, döl, dölyanı su, dövr edən qanın artan həcmi və bəzi xırdalıqlarla ümumi çəkiyə 7-10 kilo əlavə olunur. Hamliləlik zamanı çəki artımı daha çox ola bilər. Qadın süd əmizdirmədən 6-8 ay sonra arıqlamağa başlayır və tədricən 1,5-2 il ərzində o yığdığı çəkini “atır”. Belə məlum olur ki, süd əmizdirmə əksinə bədəni yaxşılaşdırır.
Adətən qadın doğuşdan 1,5-2 ay sonra uşağı süddən kəsəndə kökəlməyə başlayır. Ola bilsin ki, bu baş verən hormonal disbalansla əlaqəlidir. Çünki heç bir qadının fitrətində süd əmizdirməni belə tez başa çatdırmaq yoxdur. - Hamiləlik zamanı, döşü körpənin əmməsinə hazırlamaq lazımdırmı?
Cavab: Döşü süd əmizdirməyə hazırlamaq lazım deyil. Məsələn, əskilər dərini qıcıqlandıra bilər. Hamiləliyin sonunda döş giləsinə edilən bütün manipulyasiyalar, oksitosin refleksinin stimulyasiyası səbəbilə xoşagəlməz nəticələr verə bilər: döş giləsinin stimulyasiyası nəticəsində, oksitosinin təsiri altında uşaqlığın əzələ qatının sıxılması – uşaqlığın “tonusu” – və ən pis halda, vaxtından əvvəl doğuş fəaliyyətinin stimulyasiyası baş verə bilər. Ümumiyyətlə, heç siz döşünü əmizdirməyə hazırlamaq üçün büsthalterində əski gəzdirən pişik və ya döşünü isti-soyuq duşla massaj edən meymun görmüsüz? - Həqiqətənmi, yastı, özü də içəri batmış gilələrlə uşağı əmizdirmək mümkün deyil?
Cavab: Heç vaxt süd əmizdirməmiş insanlara qəribə də gəlsə, döş giləsi uşaq üçün sadəcə südün axdığı bir nahiyyədir. Əgər uşaq düzgün vəziyyətdə süd əmirsə, döş giləsi yumşaq damağın səviyyəsində olur və əslində süd əmmədə iştirak etmir. Körpə döş giləsini deyil, masaj edərək, onu dili ilə sağaraq giləətrafı dairəni – areolanı əmir.
Lakin körpə yastı və ya içəri batmış döş giləsini süd əmmə zamanı çətinliklə ağzında saxlayır və ona yapışması çətinləşir. Odur ki, ana uşağın doğulmasından sonra ilk günlər səbrli və inadkar olmalıdır. Fikrimizcə, hər bir uşaq ən narahat döşü də əmməyi yaxşı öyrənir. 3-4 həftə ərzində döş giləsi süd əmmə zamanı formasını dəyişir, dartılır və uşağın əmməsi üçün daha rahat şəkli alır. Həmçinin “döş giləsini şəkilləndirən” müxtəlif vasitələr mövcuddur. O vasitələri döş giləsi uşağın cəhdlərindən sonra dartılandan sonra, hər süd əmmənin ardınca döş giləsinə taxır və digər süd əmməyə qədər saxlayırlar. Döş giləsini şəkilləndirən vasitələr, döş giləsini dartılmış vəziyyətdə saxlayır. Amma bu vasitələr olmadan da keçinmək olar.
Döş giləsi yastı və ya içəri batmış olan ana üçün çox vacibdir ki, körpəsi doğulandan sonra döşdən başqa heç nə əmməsin. Belə ananın körpəsi, əmzikli şüşə və ya əmzik əməndən sonra dərhal anlayır ki, bu əmmək üçün daha rahat əşyadır və döşdən imtina edir. Belə vəziyyətdə ana daha çox səbrli və inadkar olmalıdır. - Doğrudurmu ki, təzə doğulmuş körpəni döşdə 5 dəqiqədən artıq saxlamaq olmaz, yoxsa döşdə çatlar əmələ gələcək?
Cavab: Körpəni döşdə ona lazım olan qədər saxlamaq lazımdır. Süd əmizdirməni, uşaq özü döşü buraxdıqda bitirmək lazımdır. Əgər çatlaqlardan danışsaq, onların əmələ gəlməsinə 2 qrup səbəbləri var:
Ana hər süd əmizdirmədən əvvəl döşünü yuyur.
Əgər ana hər süd əmizdirmədən qabaq belə edirsə (özu də sabunla, həmçinin süd əmizdirmədən sonra “zelyonka” sürtərsə. Bu, bir çox doğum evlərinin ən sevimli məşğuliyyətidir) – o daim areolanın, döş giləsinin ətrafında yerləşən xüsusi vəzilərin buraxdığı qoruyucu qatı yuyub aparır və dərini qurudur. Bu qoruyucu qat, elə məhz döş giləsinin incə dərisinin nən itirməsinin qarşısını almaq üçündür. O bakterisid xüsusiyyətlərə malikdir və patogen mikroorqanizlmlərin böyüməsinin qarşısını alır. Uşaq üçün xüsusi əhəmiyyət kəsb edən odur ki, onun iyi dölyanı suların iyinə çox bənzyəyir.
2. Körpənin döşə düzgün qoyulmaması və körpənin döş əmərkən etdiyi hərəkətlərdən qaynaqlanan səbəblər: körpə döşə düzgün qoyulmayıb və düzgün əmmir. Əgər bu həqiqətən belədirsə, onda körpə 3 saat döş əmdikdən sonra 5 dəqiqə də kifayətdir ki, döşdə siyriklər, daha sonra isə çatlaqlar əmələ gəlsin. Körpə döş giləsini düzgün tuta bilər, lakin əmmə prosesi zamanı, əgər ana bilmirsə ki bu hərəkətləri düzəltmək və körpənin özünü belə aparmasının qarşısını almaq lazımdır, o, çatlaqların əmələ gəlməsinə səbəb ola biləcək müxtəlif hərəkətlər edə bilər.
Yadda saxlamaq lazımdır ki, uşaq əvvəllər döş əmməyib və bunu necə etməyi bilmir (o ancaq ümumi əmmə prinsipini bilir). Təəssüflər olsun ki, bir çox analar uşağın döş əmərkən özünü necə aparmasını da bilmirlər. Onlar bunu ya heç vaxt, ya da demək olar ki heç vaxt görməyiblər.
Uşağın nəyi eləməsinə icazə vermək olmaz? Döş giləsinin “ucuna” sürüşməyə. Bu əsasən uşaq süd əmərkən burnunu anasının döşünə sıxmayanda baş verir. Əgər ana hiss eləsə ki, uşaq döş tutmanı dəyişir, o uşağı burnu ilə döşünə sıxmalıdır.
Adətən uşağın döşü düzgün tutması kifayət edir. Əgər bu kömək etmirsə, döş giləsini körpədən alıb təzədən onun ağzına düzgün şəkildə salmaq lazımdır. Körpə bir dəqiqə də olsun döşü qeyri-düzgün formada əmməməlidir. Onun üçün necə əmməyin fərqi yoxdur, o axı bilmir ki, anasını incidir və ya xoşagəlməz hisslər yaşadır, bilmir ki, qeyri-düzgün əmməklə o kifayət qədər süd əmə bilmir. Bilmir ki, qeyri-düzgün əmmə zamanı ananın döşü kifayət qədər stimulyasiya olunmur və bu da o deməkdir ki, kifayət qədər süd əmələ gəlmir.
Körpənin döşlə oynamasına icazə vermək olmaz. Döş giləsinin ucuna sürüşməyi öyrənən körpə, bəzən döş giləsini ağzının içində ora bura keçirir. Bu ananı incidir və xoşuna gəlmir, amma bir çox hallarda analar buna imkan verir ki, “Təki körpə əmsin…”. Amma niyə?!
Adətən burnu ilə döşu hiss etməyən və ya çox da yaxşı hiss etməyən körpələr, döş giləsi ağızlarında olanda axtarış hərəkətləri edirlər. O zaman körpəni döşə sıxmaq lazımdır ki, o başa düşsün ki o artıq yerindədir və daha heç nə axtarmaq lazım deyil.
Bəzən, xüsusilə əgər ananın uzun və böyük döş gilələri varsa, körpə döşü bir neçə dəfəyə tutur və bir neçə hərəkətlə yuxarı “dırmaşır”. Körpə artıq əmzik əmdikdə və ağzını pis açdıqda da belə hallar baş verir. Döş giləsi çox tez zədələnir. Bundan qaçınmaq üçün, döş giləsini körpənin GENİŞ açılmış ağzına salaraq, döş giləsini çənədən içəri, mümkün qədər dərinə salmaq lazımdır.
Analar körpəni döşdən düzgün ayıra bilmirlər. Körpə və ananın ayrı-ayrılıqda qaldıqları doğum evlərində səciyyəvi mənzərə budur: əgər uşağı 30 dəqiqəlik anaya gətiriblərsə, uşaq döş giləsini düzgün tutub və 30 dəqiqə ərzində süd əmibsə, yenə əmə bilər, amma onu götürməyə gəlirlər və ana döş giləsini onun ağzından cıxarır (yavaş-yavaş və ya tez). Sutkada 6 dəfə dö giləsi körpənin ağzından belə çıxarılsa, bu, siyriklərin əmələ gəlməsi üçün kifayətdir. Döş giləsini ancaq əvvəlcədən çeçələ barmaqla çənəyə basmaqla çıxarmaq olar (barmaq ucunu cəld şəkildə ağızın kənarına aparıb çevirmək heç ağrıdıcı deyil və heç kimi incitmir).
- Həqiqətənmi, körpə süd əmmənin ilk 5-10 dəqiqəsində özünə lazım olan qədər süd əmir?
Cavab: Daha böyük uşaqlar həqiqətən də əmmənin ilk 5-10 dəqiqəsində südün çox hissəsini əmə bilər. Lakin bu ümumiləşdirməni bütün uşaqlara şamil eləmək olmaz. Təzəcə əmməyə öyrənməyə başlayan təzə doğulmuş körpələr bunu heç də effektiv şəkildə etmirlər. Adətən onlara doymaq üçün daha çox vaxt lazım olur. Həmçinin körpənin lazımi qədər süd əmməsi, anada süd axınının səviyyəsindən asılıdır. Bəzi analarda, süd axını dərhal baş verir, bəzilərində isə əmmənin başalamasından müəyyən müddət sonra. Kiminsə südü bir əmizdirmə zamanı bir neçə dəfə kiçik porsiyalar şəklində əmələ gəlir. Ən yaxşısı əmizdirmənin vaxtını saymaq yox, körpənin doyduğunun əlamətlərini görənə qədər onun süd əmməsinə imkan verməkdir. Məsələn, körpə özü əllərini boşaldaraq döşü buraxdıqda. - Körpənin süd əmməyə ehtiyacı necə təyin etmək olar?
Cavab: Ehtiyac olduqda əmizdirmə o deməkdir ki, uşaq hər dəfə ciyildədikdə və ya döşü axtardıqda o əmizdirilsin. Uşaq hər yuxu ərəfəsində süd əmməyə ehtiyac duyur, döş əmərkən yuxulayır və oyandıqda ona süd əmizdirilir. Yeni doğulmuş körpəyə, həyatının ilk həftəsində həqiqətən də az hallarda, sutkada 7-8 dəfə döş verilə bilər. Lakin həyatının ikinci həftəsində, süd əmizdirmələr arasındakı intervallar həmişə azaldılır. Oyaq ikən uşaq saatda 4 dəfə, yəni hər 15 dəqiqədən bir döş istəyə bilər! Həyatının 10-14-cü günü süd əmmənin kulminasiya nöqtəsi – sutkada 60 dəfəyədək süd əmmə ola bilər. Bu nadir hallarda olur, lakin bu da normadır. Çox hallarda, uşaq tez-tez döş istədikdə, ana elə bilir ki uşaq ac qalır və ona əlavə süni qida verir. Uşaq isə döşü ac olduğu üçün istəmir. O daim anası ilə fiziki təmasda olmaq ehtiyacı duyur! - Süd gələnə qədər körpəyə əlavə olaraq su vermək lazımdırmı?
Cavab: Doğuşdan sonrakı 1 sutka ərzində, qadının döşündə maye “ağız südü” əmələ gəlir, ikinci sutka qatılaşır, 3-4-cü sutka isə artıq keçid südü əmələ gələ bilər. 7-10-18-ci gün, ananın döşündən yetkin süd gəlir. “Ağız südü” az olur və o süddən daha qatı olur. Bu, bir çox doğum evlərində uşağa əlavə su və qida verilməsinin əsas bəhanəsidir (guya görpə aclıqdan və susuzluqdan əziyyət çəkir).
Əgər doğulandan dərhal sonra körpənin böyük miqdarda mayeyə ehtiyacı olsaydı, onda qadın elə Yaradılardı ki, doğuşdan dərhal sonra döşlərdə “ağız südü” aşıb-daşardı. Lakin körpənin əlavə suya ehtiyacı yoxdur. Körpə özünə nə lazımdırsa hamısını “ağız südü” və süddən alır! Anada “ağız südü” gələn zaman uşağa verilən su, sözün əsl mənasında “ağız südünü” onun mədə-bağırsaq traktından “yuyub” apararaq, körpəni ona zəruri olan “ağız südü” faydasından məhrum edir. Suyu əmzikli şüşədən vermək isə, körpənin çaş-baş qalmasına və döşdən imtina etməsinə səbəb ola bilər. Su yalançı doyma hissi oyadır və körpənin əmmə ehtiyacını azalda bilər. Əgər biz körpəyə sutka ərzində 100 qram su versək, o 100 qram daha az süd əmir (bu təkcə yeni doğulmuş körpəyə aid deyil). Yeni doğulmuş körpənin böyrəkləri su ilə çox yüklənməyə hazır deyil və yüklü şəkildə işləməyə başlayır. - Süd gələnə qədər körpəni süni qida ilə qidalandırmaq lazımdırmı?
Cavab: Körpə ağuz südü və süddən başqa heç bir qida ilə qidalandırılmamaq üçün planlaşdırılıb. Doğulandan bir neçə gün sonra ona ağuz südü kifayət edir. Həyatının ilk sutkasında körpənin çəki itirməsi fizioloji normadır. Bütün uşaqlar həyatlarının ilk günü doğulduqları çəkinin 8-10%-ni itirirlər. Körpələrin çoxu həyatlarlnın 5-7-ci günü çəkilərini bərpa edir və ya çəkiləri artmağa başlayır. Həyatının ilk günləri körpəyə əlavə olaraq süni qida vermək – onun orqanizminin fəaliyyətinə kobud bir müdaxilədir. Bu müdaxiləni metabolik fəlakət də adlandırmaq olar. Lakin doğum evlərinin çoxunda buna heç əhəmiyyət verilmir!
Bundan əlavə, süni qida əmzikli şüşə vasitəsilə verilir, bu da körpənin çaş-baş qalmasına və tezliklə döşdən imtina etməsinə gətirib çıxarır! Bəzən əmzikli şüşədən 1-2 dəfə qidalandırma kifayətdir ki, körpə döşdən imtina eləsin!
Süni qida doyumluluq hiss yaradır, mədədə çox qalır, uşağın süd əmmə ehtiyacı azalır, bu isə döşün stimulyasiyasının və süd əmələ gəlməsinin azalmasına səbəb olur.
Ana südü – körpənin həzm sistemi üçün təbii və fizioloji məhsuldur. Əgər körpə süd əmmə zamanı reaksiya əlamətləri göstərirsə, buna adətən ana südünün özü yox, ana südünə qarışmış yad zülal səbəb olur. Bu problemi, ananın rasionundan allergen məhsulu müvəqqəti olaraq çıxarmaqla asanlıqla həll etmək olur. - Südverən ana, döşün dolması üçün əmizdirmələr arasında fasilə verməlidirmi?
Cavab: Hər bir “ana-bala” cütlüyü fərqlidir. Süd verən ananın orqanizmində süd fasiləsiz olaraq əmələ gəlir. Süd vəzisi bir növ “süd sisternası” funkisyasını oynayır – bəzilərinin döşündə daha çox, bəzilərinin döşündə daha az süd əmələ gələ bilər. Döşdə süd nə qədər az olarsa, orqanizm onun əmələ gəlməsi üçün daha çox işləyir; döş nə qədər dolu olsa, süd əmələ gəlmə prosesi bir o qədər yavaş gedir. Əgər ana süd verməzdən əvvəl həmişə döşün “dolmasını” gözləsə, orqanizm bunu südün çox əmələ gəlməsi siqnalı kimi qəbul edə və laktasiyanı azalda bilər.
Araşdırmalar göstərir ki, ana süd əmizdirməyə tez başlayanda və körpəyə tez-tez süd verəndə – orta hesabla həyatının ilk 2 həftəsində 9.9 dəfə – körpənin çəkisi daha yaxşı artır və süd əmmə daha uzun olur. Sübut olunub ki, süd əmələ gəlməsi süd əmizdirmələrin tezliyi ilə əlaqələidir və ana körpəsini nadir hallarda əmizdirəndə və ya heç əmizdirməyəndə südə mələ gəlmə prosesi zəifləyir. - Süd – yeməkdir, uşaq su və ya çay da içməlidir. Bu fikir doğrudurmu?
Cavab: Ana südü 85-90% sudan ibarətdir və hətta isti iqlim şəraitində də, uşağın mayeyə olan ehtiyacını tam ödəyir. Siz hələ ki uşağa bərk qida verməyə başlamamısınızsa, ona əlavə olaraq su, şirə və ya xüsusi uşaq çayı verməyin. Bütün bu mayelər ana südündən daha gec həzm olunur, böyrəklərin işini çətinləşdirir və uşağın qarnının pozulmasına və bağırsaq problemlərinə səbəb ola bilər. Çünki bu mayelər mədə-bağırsaq traktının selikli qişasından, ana südünün sayəsində əmələ gəlmiş faydalı mikrofloranı “yuyub” aparır. Bundan əlavə, bütün bu mayelərin tərkibində infeksiya törədiciləri ola bilər və körpədə allergiyaya səbəb ola bilər. Süd əmizdirmə təzəcə qaydasına düşəndə, körpə su içərək yalançı doyma hissinə qapıla bilər. Bu halda o daha az süd əməcək və bunun nəticəsində daha az süd alacaq. Bu isə süd əmələ gəlmənin stimulyasiyasının pisləşməsi ilə nəticələnəcək. Əlavə su verildiyi üçün daha az ana südü alan körpələrin çəkidə pis artdığı halları da az deyil. - Həqiqətənmi, körpənin ehtiyacına görə əmizdirilməsi çox dözülməz bir prosesdir?
Cavab: Düzgün təşkil olunmuş əmizdirmə zamanı, ana dincəlir! O uzanır, sakitləşir, körpəni qucaqlayır, körpə süd əmir. Ana və körpə üçün bundan yaxşı nə ola bilər? Qadınlarn çoxu isə rahat əmizdirmə mövqeyi seçə bilmir, otururlar, körpəni narahat tuturlar, belləri və ya əlləri keyiyir. Uzanıb süd əmizdirdikdə isə adətən dirsəyinə söykənərək uşağın üzərinə “sallanır”, nəticədə dirsəyi və beli keyiyir. Hələ üstəlik əgər körpə döşü düzgün tutmursa, ana ağrı hiss edir…burda hansı həzzdən danışmaq olar? Doğuşdan 1-1,5 ay sonra, uşaq necə gəldi, xüsusi rejimsiz döşə qoyulursa, tez-tez və uzun müddət süd əmirsə, ana özünü yalnız süd əmizdirmə düzgün təşkil olunduğu halda yaxşı hiss eləyə bilər. Onda süd əmizdirmə ona rahat olur, ana həm ayaq üstə, həm uzanılı şəkildə və hətta hərəkətdə ikən süd əmizdirə bilir. - Körpənin süd əmizdirmələr arasındakı fasilələrə dözümlülüyü hansı göstəricilərə əsasən müəyyən olunur?
Cavab: Süd əmən körpələrin mədəsi təqribən 1,5 saat sonra boşalır. Süni qida ilə qidalanan uşaqlarda isə bu proses 4 saata qədər çəkir. Süni qida daha ağırdır və molekullarının ölçüsü böyük olduğuna görə ana südündən daha gec həzm olunur. Bir dəfə süd əmmə zamanı əmilən südün miqdarı süd əmizdirmənin tezliyinə təsir etsə də, qidanın keyfiyyəti də az əhəmiyyət kəsb eləmir. Məməlilərin südünün antropoloji araşdırmaları sübut edir ki, insan balası tez-tez əmizdirilməyə öyrəşib və insanlar tarixin çox hissəsini də məhz bu şəkildə qidalanıblar. - Uşağın hər ehtiyac olduqda süd əmməsi, ana ilə uşaq arasında yaxınlığa necə təsir göstərir?
Cavab: Körpəni rejimlə qidalandırma, ana və körpənin sistemlərinin sinxronizayisasına mane olur, bu isə onların fiziki və emosional əlaqələrini əhəmiyyətli dərəcədə zəiflədir. - Həqiqətənmi, körpənin hər ehtiyacı olduqda süd əmməklə qidalanmanı idarə altına alması, ərlə arvad arasındakı münasibətlərə mənfi təsir göstərir?
Cavab: Təcrübəli valideynlər bilir ki, yeni doğulmuş körpələr çox diqqət tələb edir. Lakin zaman keçdikcə onların bu ehtiyacının intensivliyi azalır. Əslində isə, yeni doğulmuş körpəyə birlikdə qayğı göstərmək valideynləri daha da yaxınlaşdırır – axı onlar körpəyə birlikdə tərbiyə verməyi öyrənirlər. - Əgər uşağı qucaqda çox saxlasan, o ərköyünləşəcək?
Cavab: Qucaqda az tutulan körpələr daha çox ağlayır və nəticədə özlərinə inamı daha az olur.
Ana qarnındakı həyatı zamanı, körpələr aşağıdakılara öyrəşirlər: istiyə, darlığa, ananın ürək döyüntüsünə, nəfəs almasına, bağırsaqlarının səsinə, dölyanı suların qoxusuna və dadına (bu su körpənin burnuna və ağzına dolur). Demək olar ki həmişə yumruğumu və ya göbək ciyəsinin ilmələrini əmir (əmməyi öyrənir). Yalnız bu şəraitdə körpə özünü rahat və təhlükəsizlikdə hiss edir. Doğulduqdan sonra o bu şəraitə yalnız ana onu qucağına götürdükdə, süd əmizdirdikə düşə bilər.
O yenə darlıq, istilik hiss edir, tanış ritmləri eşidir, əmməyə başlayır və tanış qoxunu və dadı hiss edir (südün qoxusu və dadı, dölyanı suların dadı və qoxusuna bənzəyir). Və yeni doğulmuş körpə, mümkün qədər tez-tez bu şəraitdə olmaq istəyir. Müasir ana isə səbrsizliklə gözləyir ki, süd əmizdirmələr arasında fasilə çoxalsın, körpə 3,5-4 saatdan bir süd istəsin, gecələr oyanmasın !!! “Bu günlər nə vaxt gələcək axı!?” – deyə səbrsizlənir! Adətən isə uşağın cəsarətsiz şəkildə süd istəmə cəhdlərinə, ana ona əmzik və ya çınqıraqlı oyuncaq, su verməklə və ya söhbət etmək, onu əyləndirməklə cavab verir.
Belə vəziyyətdə körpəyə ən çoxu yalnız yuxudan oyananda süd verilir. Və o bu vəziyyətlə tez razılaşır… körpə həmişə ananın mövqeyini qəbul edir…lakin bu vəziyyətdə ananı və körpəni TƏHLÜKƏ gözləyir – döşün kifayət qədər stimulyasiya edilməməsi, südün miqdarının azalmasına səbəb olur !!! - Hər süd əmizdirmədən sonra, südün qalıqlarını sağmaq lazımdırmı?
Cavab: Xeyr. Düzgün təşkil olunmuş süd əmizdirmədən sonra, hər dəfə südü sağmaq lazım deyil.
Əgər körpəni sutkada 6 dəfə əmizdirib daha sonra süd sağılmasa, həqiqətən süd çox tez yoxa çıxa bilər. Əgər hər südvermədən sonra döş sağılsa, laktasiyanı müəyyən müddət saxlamaq olar. Müddətlər fərqlidir, lakin bu nadir hallarda yarım ildən çox davam edir. Bu cür yolla əmizdirmələrin bir il davam etməsi halları isə tək-tükdür.
Körpəni ehtiyac olduqda əmizdirdikdə, ananın südü həmişə körpəyə lazım olan qədər olur və hər süd əmizdirmədən sonra döşü sağmağa ehtiyac qalmır. Yeni doğulmuş körpənin döşü tam əmməsi üçün, onu 2-3 saat bir döşə, növbəti 2-3 saat isə o biri döşə qoyurlar.
Hardasa 3 ay sonra, körpə artıq nisbətən az-az süd əmdikdə, o bir əmmədə ikinci döşü də əmə bilər. O zaman npövbəti dəfə o son əmdiyi döşə qoyulur.
Süd əmizdirmədən sonra müntəzəm şəkildə döşu sağdıqda, bir çox həkimlərin də xəbərdar olmadığ bir təhlükə ortaya çıxır. Buna laktaza çatışmazlığı deyirlər. Ana süd əmizdirmədən sonra südü sağdıqda, o, süd şəkəri olan laktoza ilə nisbətən az zəngin olan “arxa”, yağlı südü sağır. Körpəni isə əsasən az-az əmizdirmələr arasında döşdə yığılan “ön” süd porsiyası ilə qidalandırır.
Körpə yalnız “laktoza” ilə qidalanır, bir müddət sonra onun mədə-bağırsaq traktı laktozanın bu qədər miqdarının öhdəsindən gəlməkdə çətinlik çəkir. Və laktaza çatışmazlığı meydana gəlir. (Laktaza – süd şəkəri olan laktozanın parçalanması ilə məşğul olan fermentdir və onun çatışmazlığı meydana gəlir). Bu laktaza çatışmazlığının əmələ gəlməsinin səbəblərindən biridir; ikinci səbəb isə, məsələn ana bir əmizdirmədə körpəyə hər iki döşu verdikdə ola bilər. - Bir əmizdirmədə körpəyə hər iki döşü vermək lazımdır?
Cavab: Yox, hər iki döşu vermək lazım deyil. Yeni doğulmuş körpə 2-3 saat ərzində bir döşə qoyulur. Sonra 2-3 saat o biri döşə qoyulur (məsələn, 3 saat ərzində 5 dəfə – sağ döşə, südün hamısını əmdikdən sonra sol döşə qoyulur). Bu ona görə lazımdır ki, körpə döşü sonacan əmsin və həm “ön”, həm də “arxa” südü balanslaşdırılmış miqdarda alsın. Əgər körpəni əmizdirmənin ortasında digər döşə keçirsəniz, o yağlarla zəngin “arxa” südü kifayət qədər almayacaq.
O bir döşdən əsasən ön porsiyanı alacaq, sonra da o biri döşdən eynilə “ön” südü alacaq. “Ön” süd laktoza ilə zəngindir və müəyyən müddət sonra körpə artıq miqdarda laktozanın öhdəsindən gələ bilmir. Və bu da laktaz çatmamazlığının əmələ gəlməsinə səbəb olur.
Körpənin bir döşdən digərinə qoyulması bəzi qadınlarda hiperlaktasiyaya səbəb ola bilər. Özü də əgər ana hər əmizdirmədən sonra hər iki döşünü sağırsa…belə analar da olur. Artıq südün öhdəsindən gəlmək, bəzən çatmayan südü əlavə etməkdən daha çətin olur. - Həqiqətənmi, uşağın, döşü qidalanmaqdan başqa səbəblə əmməsinin elmi əsası yoxdur?
Cavab: Təcrübəli süd əmizdirən analar bilir ki, müxtəlif vaxtlarda müxtəlif uşaqların əmməyə olan tələbi müxtəlif rejimə əsaslanır. Bəzi uşaqlar südlə qidalanan zaman bu tələblərini ödəyir, digərləri isə ac olmasalar da, südlə qidalanmadan dərhal sonra yenə döş tələb edə bilərlər. Bundan əlavə, əmmə, körpə bir yeri ağrıdıqda, özünü tənha hiss etdikdə və ya qorxduqda onu sakitləşdirir. Ananın döşünü əmməklə sakitləşmək və tələbini ödəmək – insan fitrətinə xasdır. Əmziklər isə əksinə, ana olmadıqda onun “əvəzləyicisidir”. Döş əvəzinə əmzikdən istifadə etməkdən çəkinmək üçün digər səbəblər də mövcuddur: ağız boşluğunun və üz sümüklərinin inkişaf anomaliyası riski, laktasion amenoreyanın daha qısa keçməsi, körpənin döşlə əmziyi səhv salması və südün kifayət miqdarda əmələ gəlməsinin qarşısının alınması. Bütün bunlar isə nəticə etibarilə süd əmizdirmənin uğurlu həyata keçirilməsinə mane olur. - Uşaq əmzik tələb edə bilərmi?
Cavab: Körpənin fitrətində ana döşündən başqa bir şeyi əmmək yoxdur (uzaq başı yumruğunu sorur). Əmziyə isə uşağı öyrədirlər. Bəzi körpələr hətta əmzik ağzına qoyulan kimi onu dili ilə itələyir. Bəziləri isə onu əmməyə başlayır. Bəzi analar əlləri ilə əmziyi körpənin ağzına sıxırlar ki, körpə onu ağzından çıxarmasın. Adətən körpə narahatlıq keçirəndə ona əmzik verirlər və ana körpəsini başqa necə sakitləşdirəcəyini bilmir. Körpəyə sakitləşmək üçün sadəcə döş əmmək lazımdır. Ona döş verməyəndə isə, o məcbur qalaraq ağzına nə salınsa onu əmir. - Körpə döşlə əmziyi səhv sala bilərmi?
Cavab: Döşü və əmzikli şüşəni əmmək, uşaqdan müxtəlif oral-motor vərdişlər tələb edir. Rezin əmziklər yumşaq döş giləsindən fərqli olaraq, körpənin əmmə refleksində dərin izlər qoya biləcək bir “superstimulyatordur”. Nəticə etibarilə, bəzi körpələr döş giləsi ilə əmziyi səhv salırlar. Onlar əmzikli şüşədən döşə keçdikdə, reflektor olaraq döşü rezin əmzik kimi əmməyə başlayırlar. - Körpənin yumruğunu sorması çox zərərlidirmi?
Cavab: Hamiləliyin son aylarında körpə yumruğunu soraraq əmməyi öyrənir. Yumruğunu sorması – körpənin hələ ana bətnində ikən öyrəndiyi bir vərdişdir. Doğulduqdan sonra körpə, yumruğu ağzına keçən kimi onu sormağa başlayır. Əgər körpənin bu sorma ehtiyacı ona döş verməklə tam ödənilirsə, onda o 3-4 aylığında daha yumruğunu sormur (daha sonra, 6-7 aylığında o “dişlərini axtarmağa” başlayır. Amma bu artıq tamamilə başqa bir davranışdır).
Körpə yumruğunu döşü əmdiyi kimi sorur. Bəzi körpələr isə, süd əmdikdə, ananın döşü ilə birlikdə yumruqlarını da ağızlarına salmağa çalışırlar. - Körpə tez-tez döş əmmək istəyirsə, deməli o acdır və süd ona kifayət etmir?
Cavab: Yeni doğulmuş körpənin tez-tez döş istəməsinin səbəbi, heç də ac olması deyil. O döş əmmək istəyir, anasına yaxın olmaq istəyir. O daim anası ilə psixo-emosional və fiziki təmasda olmaq istəyir!
Körpələr təkcə ac olduqları zaman döş əmmirlər. Ac olduğu vaxtlarda olduğu kimi, yaxınlığa, rahatlığıa və həzzə ehtiyacı olduğunda da körpəni əmizdirmək lazımdır. Bir çox analar hesab edir ki, əgər körpə tez-tez və çox döş əmirsə, deməli o acdır və onlar körpəyə əlavə süni qida verməyə başlayırlar. Körpənin buna qətiyyən ehtiyacı yoxdur. Rahatlıq üçün döş əmməklə əmzikli şüşə əmmək arasında fərq əhəmiyyətli dərəcədə böyükdür. Rahatlığa olan ehtiyacını ödəməklə bərabər, körpə həm də özünə lazım olan qədər süd əmir. Süd axır, lakin nisbətən yavaş-yavaş. Əgər körpə döşü əmməyə davam edirsə, o az süd əmir.
Əmzikli şüşədən isə süd tez-tez axır. Ona görə, əgər körpə əmməyə olan ehtiyacını əmzikli şüşə ilə ödəsə, çox yemiş olacaq və sonra da artıq çəkidən əziyyət çəkəcək.
Lakin əgər körpə həqiqətən acdırsa və ya susuzdursa, döş əmmək əksinə südün axmasını çoxaldacaq və körpənin ehtiyacını ödəyəcək. - Körpənin mədəsi süd əmməkdən dincəlməlidirmi?
Cavab: Körpənin mədəsi o qədər də çox işləmir. Süd sadəcə çürüyür və tez bir zamanda bağırsaqlara evakuasiya olunur. Həzm və sorulma prosesləri isə məhz burda baş verir. Mədənin dincəlməli olması isə, 3 saatdan bir əmizdirmə rejimindən qalma köhnə fikirdir. Yeni doğulmuş körpənin xüsusi qidalanma saatı yoxdur. Heç bir südəmər canlı öz körpəsini bərabər aralıqlarla qidalandırmır. Körpənin orqanizmi ana südünün aramsız axınına hazırdır və onun dincəlməyə ehtiyacı yoxdur.
Ana südü körpəyə özü-özünə həzm olmağa kömək edən unikal qidadır. Həyatının ilk günlərində körpənin öz fermentlərinin aktivliyi yüksək olmur. Ana südündə orqanizmə zülalları, yağları və karbohidratları mənimsəməyə kömək edən fermentlər var. Körpə demək olar ki həmişə sağlamlığına heç bir zərər gəlmədən döş əmə bilər. Yeni doğulmuş körpələrin uzun müddət və tez-tez ana südü əmməsi bacarığı da bununla izah olunur. - Nəzarət süd əmizdirməklə, südün körpəyə kifayət edib-etmədiyini öyrənmək olarmı?
Cavab: Nəzarət əmizdirmədə (körpəni əmizdirmədən əvvəl və sonra tərəzidə çəkirlər, fərqi hesablayırlar və onun bir əmizdirmə zamanı nə qədər süd əmdiyini yoxlayırlar) heç nə öyrənə bilmərik. Çünki:
a) Ehtiyac olduqda əmizdirlən körpə, daim fərqli porsiyalarda süd əmir. Bir əmizdirmədə 5 ml, o birində 50 ml, birində isə 150 ml. Bəlkə çəkdiyiniz gün 5 ml içidyi vaxta təsadüf edib. (Bir dəfə mən körpəm 30 dəqiqə süd əməndən sonra onu çəkdim. O cəmi 14 q ağırlaşmışdı. Həyatının ilk bir ayını 1200 q kökəlmişdi – bəs əgər bu yoxlama əmizdirməsi poliklinikada həyata keçirilsəydi, sahə pediatrı mənə nə deyərdi!?)
b) Yeni doğulmuş körpə tez-tez lakin az porsiyalarla süd almalıdır. Yeni doğulmuşların əksəriyyəti sutka ərzində 6-7 dəfə əmizdirildikdə, onsuz da az porsiyalarla süd əmir. Hər 6 dəfə də 120 ml əmmir. Və təbii ki doymurlar. Çəkiləri az artır və ya artmır, ya da çəki itirməyə başlayırlar. Südün körpəyə kifayət eləyib eləmədiyini 2 yolla öyrənmək olar:
1. Yaş əskilərin yoxlanılması ilə (məhz əskilərin, birdəfəlik uşaq bezlərinin yox, çünki körpənin məhz neçə dəfə sidiyə çıxdığını bilmək lazımdır). Əgər 7 gündən böyük körpə sutkada 6-8 dəfədən çox sidiyə çıxırsa, sidiyi açıq rəngli, şəffaf, qoxusuzdursa, deməli o kifayət qədər süd əmir. Adətən körpə oyaq olduqda, hər 15-30 dəqiqədən bir sidiyə çıxır. Əgər ana birdəfəlik uşaq bezlərindən istifadə edirsə, lakin körpənin kifayət qədər süd əmdiyini bilmək istəyirsə, birdəfəlik uşaq bezini 3 saatlıq körpənin əynindən çıxarmalıdır. Əgər körpə 3 dəfə və ya daha az sidiyə çıxıbsa, 6 saata qədər gözləyirik. Əgər 6 saat ərzində körpə 4-5 dəfə və daha çox sidiyə çıxsa, daha saymağa ehtiyac yoxdur. Əgər 4 dəfədən az sidiyə çıxsa, saymağa davam edirik.
2. Bir həftə ərzində çəki artımı (7 gündən böyük uşaq üçün) 125 qramdan 500 qrama qədər olmalıdır. - Körpəni tez-tez döşə qoyanda, o südü tez əmir, döş daim yumşaq olur – süd olmur. Əmizdirməyə qədər döşə “süd yığmaq” lazımdırmı?
Cavab: Körpəni ehtiyac olduqda qidalandırdıqda, ana əmizdirməyə başlayandan təqrbiən bir ay sonra döş yumşaq olur, çünki laktasiya stabilləşir. Süd yalnız körpə əmdikdə əmələ gəlir. Döş heç vaxt “boş” olmur, körpə döş əmdikdə, süd mütləq gəlir.
Əgər ana əmizdirməyə qədər döşün dolmasını, südün axmasını gözləyirsə, o bu yolla tədricən südün miqdarını azaldır. Ana körpəni nə qədər çox əmizdirsə, o qədər çox süd əmələ gələcək. Əksi qeyri-mümkündür. Körpəyə ehtiyacı olduqda əmmək imkanı verildikdə, südün miqdarı körpənin ehtiyacına uyğun gəlir. Südün əmələ gəlməsi refleksi ən yaxşı südün güclü axını zamanı olur, bu isə məhz körpəni ehtiyacı olduqda əmizdirməklə mümkün olur. - Yeni doğulmuş körpəni rejimlə qidalandırmaq lazımdırmı?
Cavab: Körpə doğulan andan bəri yemək, yatmaq və bəzən oyaq qalmaq qabiliyyətinə malik olur. Bu məsələlərdə heç bir nizamsızlıq ola bilməz. Bu, yeni doğulmuş körpələrin unikal ehtiyaclarının normal təzahürüdür. Vaxt keçdikcə, körpə təbii şəkildə özü üçün yeni olan aləmdə həyat ritminə uyğunlaşmağa başlayacaq və bunun üçün nə stimulyasiyaya, nə də xüsusi təlimə ehtiyac yoxdur. - Həqiqətənmi, 8 həftəyə qədər körpəni sutkada 6-8 dəfə, 3 ayında sutkada 5-6 dəfə, 6 ayında isə sutkada 4-5 dəfədən çox əmizdirmək olmaz?
Cavab: Südəmər körpəyə zəruri olan qidalandırma ananın döşündəki südün miqdarından, döşün süd toplama qabiliyyətindən, həmçinin verilən zamanda körpənin fərdi ehtiyaclarından asılıdır. “İnkişaf sıçrayışları” və ya xəstəliklər körpənin vərdiş etdiyi qidalandırma rejimini dəyişə bilər. Araşdırmalar göstərir ki, ehtiyac olduqda südəmən körpələr özlərinə təkrarolunmaz, vəziyyətə müvafiq bir rejim müəyyən edirlər. Bundan əlavə, südün enerji dəyəri qidalandırmanın sonuna yaxın artır, odur ki, süd əmizdirmələrin tezliyinin və ya müddətinin süni şəkildə azaldılması, körpənin zəruri kalori miqdarını almamasına gətirib çıxara bilər. - Hər süd əmizdirmədən sonra körpəni 20 dəqiqə şaquli vəziyyətdə saxlamaq lazımdırmı?
Cavab: Hər süd əmizdirmədən sonra körpəni şaquli vəziyyətdə tutmaq lazım deyil. Özü də əgər o yatıbsa. Körpə çox vaxt böyrü üstə uzanır. Əgər içdiyi süddən bir balaca qaytarsa, sadəcə olaraq yanağının altına qoyduğunuz örtüyü dəyişin. Süni qida yeyən körpəni şaquli vəziyyətdə saxlamaq lazımdır ki, mədəsinə “tökülmüş” 120 qram yeməyi geri qaytarmasın. Biz isə hər ehtiyac olduqda əmizdirilən və ana südünü kiçik porsiyalarla alan südəmər körpələrdən danışırıq. Bundan əlavə, mədənin kardial sfinkterinə yalnız uşaq uzanılı ikən etdiyi məşq zəruridir. - Əsəbdən ana südü yox ola bilərmi?
Cavab: Südün əmələ gəlməsi prolaktin hormonundan asılıdır. Prolaktinin miqdarı isə yalnız və yalnız körpənin döşə neçə dəfə qoyulmasından asılıdır. Ananın hər hansı bir məsələ ilə bağlı narahatlıq keçirməsi südün miqdarına təsir etmir.
Lakin döşdə süd əmələ gəlməsi oksitosin hormonundan asılıdır. Oksitosin hormonu süd vəzilərinin ətrafındakı əzələ hüceyrələrinin yığılmasına və südün axmasına səbəb olur. Bu hormonun miqdarı isə qadının psixoloji vəziyyətindən çox asılıdır. Əgər qadın süd əmizdirmə zamanı qorxursa, yorulursa, ağrı və ya hər hansı bir narahatlıq hiss edirsə – oksitosin fəaliyyətini dayandırır və döşdən süd axmır. Onu nə körpə əmə bilmir, nə südsoran sora bilmir, nə də əllə sağmaq olmur…
“Oksitosin refleksinin” əmələ gəlməsini hər bir süd əmizdirən qadın hiss edir: ana körpənin ağlama səsini eşidəndə (özü də bu onun öz körpəsi olmaya da bilər), onun südü axmağa başlayır. Orqanizm anaya bildirir ki, körpəni döşə qoymaq vaxtıdır. Ana stressli olduqda və ya qorxduqda, bu baş vermir. (Bu insanın fitrətində olan özünümüdafiə instinkti ilə əlaqədardır: əgər qadın arxasınca düşmüş pələngdən qaçırsa və ondan axan südün iyi gəlirsə, pələng onu daha tez tapır və yeyir. Odur ki, ana qucağında körpəsi qorxu içində cəngəlliklərin arası ilə qaçdıqda, südü axmır. Lakin o təhlükəsiz bir mağaraya çatdıqda və rahat şəkildə yerləşdikdə, südü yenə axacaq)
Müasir dövrdə stressli vəziyyətlər də pələngi əvəzləyir. Südün yenidən axması üçün, süd əmizdirmə zamanı rahatlaşmaq və yalnız körpəni düşünmək lazımdır. Sakitləşdirici otlar içmək, çiyinləri massaj etmək, xoş söhbət etmək olar. Sizi rahatlaşdıracaq və sakitləşdirəcək hər bir vasitə faydalıdır.
Müasir anaların çoxu isə süd əmizdirmə zamanı rahatlaşa bilmir. Ya süd əmizdirmə zamanı oturmaqda və uzanmaqda narahatlıq çəkir, ya süd əmizdirdikdə sinəsi ağrıyır – bütün bunlar oksitosin refleksinin əmələ gəlməsinə mane olur. Süd döşdə qalır və bu da laktasiyanın azalmasına səbəb olur.
Körpəyə südün kifayət etməməsinin ən geniş yayılmış səbəblərindən biri – körpəni az-az əmizdirmək və ya döşə düzgün qoymamaq, körpənin döşü düzgün tutmamasıdır.
Bütün bunlar, ana süd əmizdirmə barəsində kifayət qədər məlumata malik olmadıqda baş verir. Körpənin əmməsində yaranan problemlər də südün miqdarına mənfi təsir göstərə bilər.
Stress, yorğunluq və ya kifayət qədər qidalanmamaq nadir hallarda südün azalmasına səbəb olur, çünki insan güclü “sağ qalma” mexanizminə malikdir. Bu mexanizm sayəsində hətta aclıq dövrlərində də analarda laktasiya prosesi qorunur. - Kifayət miqdarda südün istehsalı üçün gecələri yatmaq lazımdırmı?
Cavab: Gecə təkcə yatmaq yox, “məməş” də əmmək lazımdır :)
Yeni doğulmuş körpələrin əksəriyyəti axşam saat 10-11-dən səhər 3-4-ə qədər yatır, daha sonra oyanıb süd əmmək istəyir. Körpə həyatının ilk ayının səhər saatlarında adətən 4-6 dəfə döşə qoyulur. Gecə əmizdirmələri düzgün təşkil olunduqda təqribən bu cür olur: körpə narahat olur, ana onu sinəsinə sıxır, körpə döş əmə-əmə yatır, ana da yatır. Müəyyən müddət sonra körpə döşü buraxır, daha bərk yuxuya dalır. Gecə ərzində bu 4-6 dəfə baş verir. Əgər ana körpəsi ilə yatırsa, bunu təşkil eləmək çox asandır. Bunun üçün ana özünə rahat mövqedə süd əmizdirməyi bacarmalıdır.
Əgər körpə anasında ayrı, öz çarpayısında yatırsa, o səhər saatlarında süd əmmək üçün yuxudan oyanmır. Bu bəzən doğumdan 1 həftə sonra, bəzən isə 1,5-2 ay sonra baş verir. Müasir anaların əksəriyyəti bunu rahatlıq kimi qəbul edir, çünki nəhayət ki gecə ora-bura qaçmaq qurtarır, kürsüdə və ya körpənin çarpayısı üzərində mürgüləmək qurtarır, bəziləri üçün isə gecələri süd sağmaq da qurtarır…lakin burda onları prolaktinin kifayət qədər stimulyasiya olunmaması kimi təhlükəli bir məqam gözləyir. Bu isə nəticə etibarilə ifraz olunan südün miqdarının azalmasına səbəb olur.
Ana və onun körpəsi – özü nizamlanan mükəmməl bir sistemdir. Səhər saatlarında körpənin döş əmmə ehtiyacı olduqda, anada prolaktinin maksimal miqdarı əmələ gəlir. Prolaktin həmişə qadın orqanizmində kiçik miqdarda mövcud olur, lakin körpə döş əmməyə başladıqda onun qanda konsentrasiyası əhəmiyyətli dərəcədə artır. Bu isə ən çox səhər saatlarında, 3-lə 8 arası baş verir. Səhərə yaxın əmələ gələn prolaktin, günorta saatlarında süd əmələ gətirir. Nəticə etibarilə, gecə süd əmən körpə, anasında prolaktinin əmələ gəlməsini stimullaşdırır və günorta özünü kifayət qədər südlə təmin edir. - Həqiqətənmi, yatan uşağı heç vaxt süd əmmək üçün oyatmaq olmaz?
Cavab: Körpələrin çoxu ac olduqda bunu bildirirlər. Lakin yeni doğulan körpə bəzən süd əmmək üçün kifayət qədər tez-tez oyanmır. Odur ki, zərurət olduqda onları oyatmaq lazımdır ki, sutka ərzində əmizdirmələrin sayı 8-dən az olmasın. Körpənin süd əmmək üçün az-az durması, doğuşun dərman preparatları vasitəsilə aparılması və ya ananın qəbul etdiyi dərmanlar, körpənin sarılığı, doğum zədələri, əmizklər və/və ya aclıq əlamətlərinə zamanında cavab almadığı üçün əyləclənmiş davranışlar səbəb ola bilər. Bundan əlavə, laktasion amenoreyadan təbii kontraseptiv üsul kimi istifadə etmək istəyən analar diqqət yetirirlər ki, körpə gecələri süd əmdikdə, menstrual sikl yenilənmir. - Əgər körpənin çəki artımı azdırsa, bunun səbəbi ananın südünü keyfiyyətinin aşağı olmasıdırmı?
Cavab: Araşdırmalar göstərir ki, hətta qida çatmamazlığından əziyyət çəkən qadınlar da öz körpəsini əmizdirəcək qədər miqdarda və keyfiyyətdə süd ifraz etməyə qadirdirlər. Körpənin çəkidə az artması hallarının çoxu, onun az miqdarda süd əmməsi və ya hər hansı bir tibbi nasazlığının olması ilə əlaqədar olur. - Körpənin piylənməsinin qarşısını almaq üçün, süd əmizdirmələrin sayını məhdudlaşdırmaq və körpəyə su vermək lazımdırmı?
Cavab: Südəmər körpənin çəkisi həftədə 125-500 qram və ya ayda 500-2000 qram artır. Adətən 3-3,5 kq çəki ilə doğulmuş körpə 6 ayında təqribən 8 kq çəkiyə malik olur. Artım tempi fərdidir, “artıq süd əmmədən” söz belə gedə bilməz. Çəkisi aktiv şəkildə artan körpələrin boyu tez uzanır və bədən quruluşları proporsional olur. Həyatının ilk yarım ilində çəkisi hər ay 1, 5-2 kq artan körpələrin, ikinci yarım ildə qəflətən çəki artımı azalır və onlar 1 yaşlarında 12-14 kq çəkiyə malik ola bilərlər.
Süd əmizdirmələrin sayını məhdudlaşdırmağa heç bir ehtiyac yoxdur. Südəmər körpəyə su verməyə isə heç ehtiyac yoxdur. Araşdırmalar göstərir ki, hər tələbi olduqda süd əmən körpələr, onların fərdi ehtiyaclarına müvafiq optimal miqdarda süd qəbul edir. Gələcəkdə piylənmə riski, körpənin tələbinə uyğun süd əmizdirdikdə yox, körpəyə süni qida verildikdə və əlavə qidaya tez keçildikdə əmələ gəlir. - Həqiqətənmi, körpəni tez-tez əmizdirmək, doğuşsonrası depressiyaya səbəb ola bilər?
Cavab: Əslində hesab olunur ki, doğuşsonrası depressiya doğuşdan sonra hormon dəyişikliyi ilə əlaqədardır və yorğun olduqda, sosial dəstək olmadıqda güclənir. Lakin bu da adətən, hamiləlikdən öncə psixoloji problemlərlə üzləşmiş qadınlarda baş verir. - Doğrudurmu ki, əgər ana gecə körpəni əmizdirsə, elə yorulacaq ki, tezliklə ümumiyyətlə süd verə bilməyəcək?
Cavab: Əgər davamlı yuxuya ehtiyacı olan ana tez-tez körpəni əmizdirək üçün qalxırsa, onun yorulub süd verə bilməməsi həqiqətən mümkündür.
Bəzi körpələr doğulandan bəri gecə süd istəmirlər, lakin belə körpələrin sayı çox azdı. Pediatrların körpənin mədəsinin dincəlməsi və 6 saatlıq fasiləyə ehtiyac duyması barədə təsəvvürlərinin yalnış olduğu sübut olunub.
Bəzi analar üçün gecə 2 saatdan bir oyanaraq körpəsini əmizdirmək asandır. Əksər analar gecə yatmaq istəyir, körpələrin çoxu isə gecə əmməyə ehtiyac duyur – və məlum deyil onlar üçün vacib olan nədir: növbəti süd porsiyası və ya ana ilə daimi təmasda olmaq.
Körpə ilə birgə yatmaqla, ana ilə körpənin tələblərini uyğunlaşdırmaq olar. O özünü qorunmuş hiss edəcək, sizin isə südün əmələ gəlməsini dəstəkləyən prolaktin hormonunuz ifraz olunacaqdır. Bu əsasən gecə daha yaxşı baş verir. - Körpələrin çoxunun 4 ayında özlərinin döşdən imtina etməsi nə ilə əlaqədardır?
Cavab: Niyə məhz 4 ayında? Rəfiqəm deyirdi ki, körpəsini 4 ayında süddən kəsib. Pediatr israrla ondan xahiş edib ki, heç olmasa 4 ayına qədər körpəsini südlə əmizdirsin! Hətta elmi konfransın sənədlərində yazılıb: “80% körpələrin 4 ayına qədər ana südü yeməsinə nail olmaq, – çətin, əlçatmaz bir məqsəddir”. Görəsən axı körpənin 4 ayında nə baş verir ki?
Südəmər körpələrin davranışını öyrənən perinatal psixoloqların bildirdiyinə görə, 3-4 ayında körpənin anadan ayrılmasının birinci mərhələsi müşahidə olunur – körpə əvvəlcə bir şəxsiyyət kimi öz kimliyini bildirir. Körpə bunu öz ehtiyaclarına uyğun edir: anasının qucağında olduqda, əlləri və ayaqları ilə anasını sinəsindən itələyir; ana süd verdikdə o çevrilir və müqavimət göstərir; döşü götürdükdən sonra bir neçə əmmə hərəkəti edir və daha sonra qışqırır; bir döşü götürür, o birisindən imtina edir. Körpə sanki anasını provokasiya eləyir: ana özünü bu vəziyyətdə necə aparmalıdır? Həqiqətənmi ana körpəsi üçün etibarlı müdafiəçidir?
Əgər körpənin bu cür rəftar dəyişikliyinə (bu dəyişikliyi “döşdən yalançı imtina” adlandırırlar) cavab olaraq ana ona öz etibarının əlavə “sübutlarını” göstərərsə – israrla ona döş təklif edərsə, gecə körpəni əmizdirərsə, əmzikli şüşə və əmziklərdən istifadə etməsə, su və əlavə qida verməsə, körpəni ona rahat müxtəlif vəziyyətlərdə əmizdirməyə hazır olarsa – 3-4 ay böhranı tez keçib gedər inşəaALLAH. Ən əsası odur ki, bu vaxt ərzində körpəyə yalnız anası qayğı göstərməlidir, ailənin digər üzvləri isə anaya qayğı göstərməlidirlər. Bu ana ilə körpə arasında təmasın möhkəmlənməsinə səbəb olur. Bu dövr ərzində, ana ilə təmasa körpənin çox ehtiyacı var.
Lakin əgər ananın 3-4 ay böhranından xəbəri yoxdursa, o körpənin davranışlarını anlamırsa və ya lap əvvəldən süd əmizdirmədə çətinlik çəkibsə, süd əmizdirmə düzgün təşkil olunmayıbsa, körpənin döşdən “yalançı” imtinası, həqiqi imtinaya səbəb ola bilər. Bəzən bu dövr körpədə hər hansı bir nasazlıqla müşaiət olunur (həzm problemləri, disbakterioz, Perinatal Ensefalopatiya və sairə). Lakin körpə ilə psixoloji təması yaxşılaşdırmadan, müalicə çox da effekt verməyə bilər. Uşaq həkimləri heç də həmişə südəmər körpənin psixologiyası ilə yaxından tanış olmurlar. - Körpəni bir ildən artıq əmizdirməyə ehtiyac varmı?
Cavab: Bir il laktasiyadan sonra, südün keyfiyyəti heç də azalmır. Süd hələ də körpə üçün bütün zəruri maddələrin mənbəyi olaraq qalır. Bundan əlavə, ana südü körpəyə əlavə qidanı həzm etməyə kömək edən fermentlər ifraz edir, tərkibində körpənin immun müdafiəsi vasitələri və nə süni qidalarda, nə digər uşaq yeməkləri və əlavə qidalarda mövcud olmayan digər bir çox maddələr (hormonlar, toxumaların böyümə amilləri, bioloji aktiv maddələr və sairə digər faydalı maddələr) mövcuddur.
Süd vəzilərinin involyusiyası dövründə (1 il ərzində düzgün təşkil olunmuş süd əmizdirmə zamanı süd vəzilərinin involyusiyası nadir hallarda baş verir) süd öz tərkibi etibarilə “ağzı südünə” yaxın olur. Çox güman ki bu, körpə üçün çətin olan süddən kəsilmə dövründə, ana orqanizminin körpəyə maksimum qidalandırıcı, energetik və immun dəstəyi vermək istəmək cəhdi ilə əlaqəlidir. Həyatının ikinci ilində körpəni süddən məhrum etməklə, qadın onu bu dəstəkdən də məhrum edir. İnsanın da aid olduğu böyük primatlar, öz balalarını 3-4 yaşa qədər əmizdirirlər.
Ana südünün tərkibi zamanla dəyişərək, böyüyən körpənin tələblərinə uyğunlaşır. Körpə bərk qida yeməyə başladıqda, süd yenə də bir yaşa qədər əsas qida mənbəyi olaraq qalır. Həyatının ikinci ilində isə, süd əsas qidanın – bərk qidanın əlavəsinə çevrilir. Bundan əlavə, körpənin immun sistemi tam olaraq 2-6 yaşlar arası formalaşır. Ana südü, bütün əmizdirmə dövrü ərzində, immun sisteminin normal formalaşması və müdafiəsinə səbəb olmağa davam edir. - Süd əmizdirən ana ciddi pəhriz saxlamalıdırmı?
Cavab: Süd əmizdirən ananın yeməyi adi olmalıdır. Yaxşı olar ki, ana rasionunda yaşadığı ərazinin iqliminə uyğun olmayan ekzotik qidalardan istifadə etməsin. Eynilə hamilə qadın kimi, süd verən anada da maraqlı qida tələbləri əmələ gələ bilər və o bu tələblərini ödəməlidir. Qadın iştahası olduqda yeməlidir, güclə 2 nəfərlik yeməyi qarnına doldurmamalıdır. - Həqiqətənmi, əmizdirən ananın daim döşlərindən süd axır?
Cavab: Həqiqətən də, bəzən süd döşdən az miqdarda axır. Lakin, bir qayda olaraq, bu süd əmizdirmə zamanı yaxınlaşanda, döş südlə dolu olanda və ya gecə baş verir. Həmçinin süd axmasına, döşü çox sıxan, düzgün seçilməmiş büsthalter səbəb ola bilər. Bəzi hallarda, döş gilələri zəif olduqda, süd daim döşdən sıza bilər. İndi satışda süd əmizdirən analar üçün geniş çeşiddə müxtəlif örtüklər və xüsusi alt geyimləri var. Əgər sizin südünüz daim axırsa, büsthalterin içinə südü kiçik başlıqlara yığan südyığan içlikləri qoymaq çox rahatdır. Sonra bu südü şüşəyə tökmək və ehtiyac olduqda körpəyə vermək olar. - Doğrudurmu ki, körpəni uzanıqlı şəkildə əmizdirmək, qulağın iltihabına səbəb olur?
Cavab: Ana südü anti-cisimlər və immunoqlobulinlərlə zəngin canlı məhsuldur. Odur ki, ana südü əmən körpə istənilən vəziyyətdə süd əmizdirmə zamanı qulağın iltihabı riskinə məruz qalmır.
Elmi şəkildə sübut olunub ki, süni qida yeyən körpələr doğulandan 1 yaşına qədər, süd əmən körpələrdən 2 dəfə çox müxtəlif ağırlıqlı otit xəstəliyinə tutulurlar. - Körpə ilə yaxın təmas qurmaq üçün əmizdirilmə prosesinə ailənin digər üzvlərini də cəlb etmək lazımdırmı?
Cavab: Körpə ilə yaxın əlaqələrin əsası təkcə süd əmizdirmə zamanı qoyulmur. Süd əmizdirmədən başqa, körpəni qucaqda tutmaq, qucaqlamaq, çimizdirmək və onunla oynamaq olar. Bütün bunlar onun böyüməsi, inkişafı və ailə üzvləri ilə yaxın təmasda olması üçün çox vacibdir. - 1 yaşından sonra körpəni əmizdirməyin ziyanı varmı?
Cavab: Əgər öz 1 yaşlı uşağınıza diqqətlə fikir versəniz, onu süddən kəsmək üçün bircə səbəb belə tapa bilməyəcəksiz. 1 yaşlı uşaq həqiqətən də 11 aylıq və ya 1 yaş 2 aylıq uşaqdan o qədər də çox fərqlənmir. Ola bilsin ki, o daha yaxşı və ya daha pis yeriyir, müxtəlif əlavə qidalar yeyir, lakin o hələ də əvvəlki tək anasına bağlıdır və onu bu yaş dövründə süddən ayırmaq – ana ilə arasındakı bu əlaqəni qəfil kəsmək, onun anasına olan etibarını qəfil qırmaq, onların münasibətlərinin təbii inkişafına mane olmaq deməkdir. Südün bioloji aktiv maye kimi əhəmiyyəti, 1 yaşdan sonra da azalmır. Südün qoruyucu maddələri sayəsində, körpə bir çox infeksiyalardan əziyyət çəkmir. Halbuki, o yeriməyi öyrənəndə, onun əllərini daim təmiz saxlamaq çətin olur. Həmçinin o ağzına müxtəlif natəmiz əşyalar salır.
Ana südünün tərkibindəki komponentlər, körpənin sinir sisteminin və beyninin formalaşmasında iştirak edir. Bu proses tam olaraq yalnız 3 yaşda başa çatır.
Körpənin immunitetini zəiflədən və onun narahatlığına səbəb olan süd dişlərinin çıxması, təqribən 2 yaş yarımlığına qədər davam edir və bütün bu vaxt ərzində ana südü körpənin immun sistemini dəstəkləyir, əmmə prosesi isə körpənin ağrısını azaldır.
Həyatının ikinci ilində, ana südünün tərkibi körpənin yeni qidaya adaptasiyasına (uyğunlaşmasına) səbəb olur. Bundan əlavə, əgər ana və körpə eyni qidanı – “bir boşqabdan” – yeyirlərsə, ana südündə məhz bu qidanı həzm etməyə kömək edən fermentlər əmələ gəlir.
Süd əmizdirmə, şübhəsiz ki, ana orqanizmi üçün yükdür, lakin süd əmizdirməni ana üçün ziyanlı adlandırmaq olmaz. Ziyan ananın dişlərinə dəyə bilər. Çünki hamiləlik və süd əmizdirmə zamanı, körpə ananın kalsiumunu “alır”. Odur ki, 3 aydan bir stomatoloqa müraciət edin. Reproduktiv sferanın orqanları isə əksinə dincəlir. Süd əmizdirmə, xüsusilə gecə əmizdirmələri, adətən menstrual siklin yenilənməsinə mane olur.
Süd əmizdirmə ananın sağlığı üçün bir çox müsbət amillərə malikdir: doğuşdan sonra ilk saat ərzində körpənin döş əmməsi, doğuşsonrası qanaxmanın qarşısını almağa kömək edir. Körpəni 9 aydan çox əmizdirdikdə, ana hamiləlik zamanı formalaşmış piy qalıqlarından azad olur; ən az 3 ay ərzində süd əmizdirmək, kilmaksöncəki yaşda olan qadınlarda xərçəng əmələ gəlməsi riskini 50% azaldır; gəncliyində süd əmizdirmiş qadınlarda, 65 yaşdan sonra osteoporoz xəstəliyinin əmələ gəlməsi faizi azalır; 2 aydan çox süd əmizdirmək, yumurtalıqlarda xərçəngin əmələ gəlməsini 25% azaldır.
Müasir araşdırmalar təsdiq edir ki, körpənin fizioloji şəkildə süddən kəsilməsi, hər ana-körpə cütlüyü üçün fərdi zaman kəsiyində baş verir. Bu, təqribən 1, 5-2,5 yaş arasında baş verir. - Əmizdirmə əsnasında ananın bütün xəstəlikləri körpəyə keçirmi?
Cavab: Birincisi, südəmər körpənin orqanizmi, istənilən virusa qarşı yüksək şəkildə müqavimət göstərir. İkincisi isə, ana südü ilə, körpə məhz bu infeksiya ilə mübarizə aparmaq üçün güc alır.
Ana südü sterildir və tərkibində bakteriyalar yoxdur. Odur ki, o körpənin xəstələnməsinə səbəb ola bilməz. Ana südünün tərkibində, infeksiyanın yayılmasının qarşısını anti-infeksion amillər mövcuddur. Bunlara aşağıdakılar daxildir: leykositlər (bakteriyaları öldürən); anti-cisimlər (körpəni xəstəliklərdən qoruyan bir çox xəstəliklərin immunoqlobulinləri) – əgər ananın orqanizminə infeksiya düşürsə, ana südündə tez bir zamanda körpəni bu infeksiyalardan qoruyan xüsusi anti-cismlər əmələ gəlir; körpənin bağırsağında, zərərli bakteriyaların əmələ gəlməsinin qarşısını alan, körpəni ishaldan qoruyan xüsusi bakteriyaların çoxalmasına səbəb olan bifidus-faktor; dəmir istehlak edən bir sıra bakteriyaların çoxalmasının qarşısını alan laktoferrin.
Əlbəttə ki, güclü antibiotiklərin istifadəsi zəruri olan ciddi xəstəliklər zamanı, həqiqətən süd verməyə davam eləmək tövsiyyə olunmur. Adi soyuqdəymə və ya hətta yüngül infeksion xəstəliklər zamanı süd əmizdirməyə davam etmək olar. Lakin müalicə üsulunu seçən zaman bu nəzərə alınmalı və ana südünə keçərək körpəyə zərər verə biləcək dərmanlardan imtina edilməlidir. - Doğrudurmu ki, körpənin dişləri çıxanda, o döşü dişləməyə başlayır?
Cavab: Körpələr çox nadir hallarda ananın döşünü dişləyirlər. Döşü düzgün tutduqda, hətta körpənin dişləri olsa belə o sizi dişləyə bilməz. Axı o südü dişləri və damaqları ilə yox, dili ilə əmir. Döşü düzgün götürmədikdə, körpə hətta dişləri olmadan da döşü çox zədələyə bilər. Düzdür, bəzən körpə döşlə oynamağa və onu dişləməyə başlayır. Bu, körpə yeyib qurtardıqda, lakin döşü buraxmaq istəmədikdə baş verir. Bu halda sadəcə körpəni döşdən götürmək, lakin qucaqdan yerə qoymamaq lazımdır. - Süd əmizdirmə aybaşı qanaxmalarının gəlməsinə mane olaraq kontrasepsiya ilə problemlər əmələ gətirə bilərmi?
Cavab: Qorunmada problem, yalnız əvvəllər mayalanma üçün “təhlükəli” və “təhlükəsiz” günlərin hesablanması ilə “təbii üsuldan” istifadə edən qadınlarda meydana gəlir. Həkim-ginekoloqların bir çoxu “təbii üsulun” əleyhinədirlər. Çünki, birincisi, bu üsul bütün qaydalara əməl etdikdə və müntəzəm menstrual sikllə 50%-dən artıq effektivlik vermir. İkincisi isə, onun istifadəsi üçün müəyyən bacarıqlara malik olmaq və orqanizmin cüzi dəyişikliklərini izləmək lazımdır. Süd əmizdirmə zamanı demək olar ki, bütün kontrasepsiya üsullarından (nadir üsullar istisna olmaqla) istifadə etmək olar və həkim asanlıqla sizə ən effektiv üsulu seçəcək. Düzdür, hələ ki, körpə döş əmir, hamilə qalma ehtimalı hardasa azalır. Lakin, bir qayda olaraq, menstrual sikl yalnız laktasiya başa çatandan bir ay sonra tamailə bərpa olur. Yeri gəlmişkən, bu cür “tətil”bir çox qadınların xoşuna gəlir. - Süd əmələ gəlməsi üçün çoxlu su və süd içmək gərəkdirmi?
Cavab: Elə analar var ki, çoxlu maye içməyə – bəzən gündə 5 litrə qədər – can atırlar. Süd əmizdirən ana, sadəcə susuzladıqca istədiyi qədər maye içməlidir. Süd əmizdirən ana susuzluq hiss etməməlidir. Lakin o xüsusi olaraq su içməyə başlayırsa – özü də sutkada 3-3,5 litrdən çox – laktasiya azala bilər.
Anaya bütün zəruri elementlərə malik süd əmələ gətirmək üçün sadəcə tərəvəz, meyvə, dənli bitkilər zülallardan ibarət qidalar yemək lazımdır. Yaşıl tərəvəzlər, qoz-fındıq, toxumlar və sümüklü balıq kimi bir sıra digər qeyri-süd məhsulları kalsium mənbəyidir. Təbiətdə, heç bir məməli canlı öz südü əmələ gəlsin deyə digər məməli canlının südünü içmir.
Cavabları hazırlayan: Alisa İlyina
Tərcümə edən: Ərşadlı Xumar
2 Comments
Ayna
Mənim uşaqımın nəcisi yaşıl rəngdədi və artıq 6 aydı belədir. Nəcisinənanaliz verdik heç bir problem yoxdur uşaq sağlamdır. Bəsniyə yaşıl gedir
anasüdü.az
Ayna xanım, sualınıza cavab vermək üçün körpəniz ətraflı müayinədən keçməlidir. Lütfən körpənin həkimi ilə məsləhətləşin.