Əmizdirmə döş xərçəngi riskini azaldırmı?
Uzunmüddətli tədqiqatlar göstərir ki, ana südü ilə qidalandırma döş xərçəngi riskini azalda bilər. Buraya nüfuzlu “Lancet” jurnalında 2002-ci ildə dərc olunmuş hesabat da daxildir. Hesabatda döş xərçəngi olan 50.000-dən çox qadın və bu xəstəliyi olmayan təxminən 100.000 qadın üzərində aparılan 47 epidemioloji tədqiqatın məlumatları qiymətləndirilmişdir. Hesabatda ana südü ilə qidalanan qadınların hər 12 ayda döş xərçənginin nisbi riskinin 4,3 faiz azaldığı aşkar edilmişdir.
Asia-Pacific Journal of Public Health (jurnalında) 2013-cü ildə dərc olunmuş meta-analizdə ana südü ilə qidalandırma ilə döş xərçəngi arasında oxşar əlaqə aşkar edilmişdir. 32 tədqiqatdakı məlumatları qiymətləndirdikdən sonra tədqiqatçılar ana südü ilə qidalanan qadınların döş xərçənginə tutulma ehtimalının 11 faiz az olduğu qənaətinə gəlmişlər. Bu fayda 12 ay və ya daha uzun müddət ana südü ilə qidalanan qadınlar arasında 28 faizə qədər artmışdır. Tədqiqatçılar 2015-ci ildə aparılan meta-analizdə demək olar ki, eyni nəticəni tapmışlar. Bu meta-analizdə 12 aydan çox ana südü ilə qidalandırmanın döş xərçəngi riskini 26 faiz, yumurtalıq karsinomasını isə 37 faiz azaltdığı qənaətinə gəlmişdir.
Bu əlaqə o qədər güclüdür ki, Lancet 2016-cı ildə bildirmişdi ki, ana südü ilə qidalandırmanın hazırkı səviyyəsi hər il döş xərçəngindən təxminən 20.000 ölümün profilaktikası kimi hesab etmək və dünya miqyasında ana südü ilə qidalandırma təcrübələrini genişləndirməklə hər il əlavə 20.000 insanın həyatını xilas etmək mümkünlüyü ideyasını irəli sürür.
Bununla belə, ana südü ilə qidalandırmanın bəzi döş xərçəngi növlərinə digərlərinə nisbətən daha güclü qoruyucu təsiri olduğu görünür. 2015-ci il meta-analizində ana südü ilə qidalandırma ilə diaqnozların 80 faizini təşkil edən hormon reseptoru-pozitiv döş xərçəngi riskinin azalması arasında heç bir əhəmiyyətli əlaqənin olmadığı qeyd edilmişdir.
“Medicine” jurnalında 2024-cü ildə dərc olunmuş bir araşdırmaya görə, ana südü ilə qidalandırmanın, xüsusən də uzun müddət ana südü ilə qidalananlarda hormon reseptoru (HR) mənfi döş xərçəngi riskini azaltdığı göstərilmişdir.
Lakin, üçqat mənfi döş xərçəngi (triple-negative breast cancer-TNBC) ilə bağlı tapıntılar ardıcıl deyil. Nəticələr qarışıqdır: Bəzi tədqiqatlar ana südü ilə qidalandırmanın TNBC-yə qarşı potensial qoruyucu təsir göstərdiyini, digərləri isə əhəmiyyətli bir əlaqə nümayiş etdirmədiyini aşkar etmişdir. Bu yaxınlarda dərc edilmiş BCRF tərəfindən dəstəklənən bir araşdırma, qaradərili qadınlarda TNBC diaqnozlarının 15 faizinə qədərinin və ağdərili qadınlarda diaqnozların 12 faizinin altı aydan çox ana südü ilə qidalandırılması ilə qarşısını almaq mümkün olduğunu aşkar etmişdir. Bundan əlavə, tədqiqatçılar ana südü ilə qidalanan qadınlarda şişlərin daha kiçik və daha az aqressiv olmağa meylli olduğunu müşahidə etmişlər.
Ana südü ilə qidalandırma döş xərçəngi riskini necə azaldır?
Ana südü ilə qidalandırmanın döş xərçəngi riskini necə azaltması, çox güman ki, laktasiya dövründə və sonrasında bədəndə baş verən bioloji dəyişikliklərin kombinasiyasının nəticəsidir.
“Medicine” jurnalının 2024-cü il tarixli hesabatına görə, hormonal dəyişikliklər ana südü ilə qidalandırmanın xəstəliyə qarşı qoruyucu təsirində xüsusilə güclü rol oynayır. Qadın ana südü verərkən süd istehsalını stimullaşdıran və ovulyasiyanı dayandıran prolaktin hormonunda artım müşahidə olunur. Bu da öz növbəsində müəyyən növ döş xərçəngi hüceyrələrinin böyüməsində birbaşa iştirak edən estrogen hormonunun azalmasına səbəb olur. Oksitosin hormonu da qadın ana südü verərkən südün ifrazına kömək etmək üçün ifraz olunur. Tədqiqatçılar oksitosinlə şişin qorunması arasında əlaqə müşahidə ediblər ki, bu da döş xərçəngi riskini azaltmağa kömək edə bilər.
Ana südü ilə qidalandırma zamanı döş toxumalarında baş verən dəyişikliklər də döş xərçəngi riskini azaltmaqda rol oynaya bilər. Laktasiya prosesi boyunca döş toxuması yenidən qurulduqca, bədən xərçəngə çevrilə biləcək zədələnmiş və ya mutasiyaya uğramış hüceyrələri təmizləyə bilər.
Ana südü ilə qidalandırma zamanı immun sistemindəki dəyişikliklər başqa bir qoruma təbəqəsi təklif edə bilər. Ana südündə qoruyucu elementlər, immun hüceyrələri və sitokinlər kimi anti-cisimlər var ki, bunlar yalnız körpələrdə infeksiyaların qarşısını almağa kömək etmir, həm də əmizdirən qadınların döş toxumasına fayda verə bilir. Alimlər bunun bədənin anormal hüceyrələri döş xərçənginə çevrilməzdən əvvəl müəyyən etməsinə və aradan qaldırmasına kömək edə biləcəyindən şübhələnirlər, lakin bu potensial təsiri anlamaq üçün daha çox araşdırma aparmaq lazımdır.
Döş xərçəngi riskini azaltmaq üçün nə qədər müddət ana südü verməlisiniz?
Müdafiyəyə zəmanət verən “sehrli ayların” sayı yoxdur, lakin tədqiqatlar davamlı olaraq göstərir ki, nə qədər çox ana südü versəniz, potensial faydası bir o qədər çox olar. Xərçəngə qarşı müdafiyə effekti akkulyativ təsir kimi toplanır, yəni hər əlavə ay – hətta aralarında fasilələr olan bir neçə körpəyə yayıldıqda belə – riskinizi bir az daha azaltmağa kömək edə bilər.
Ümumdünya Səhiyyə Təşkilatı həm ana, həm də körpəyı sağlamlıq faydaları təmin etmək üçün körpənin həyatının ilk altı ayında ana südü ilə qidalandırılmasını tövsiyə edir. 2015-ci ildə aparılan meta-analizə görə, 12 aydan çox ana südü verən qadınlarda döş xərçəngi riski 26 faiz azalır. Lancet jurnalında dərc olunan 2002-ci il hesabatında ana südü ilə qidalandırdığınız hər 12 ayda döş xərçəngi nisbi riskinin 4,3 faiz azala biləcəyi göstərilir. 2000-ci ildə American Journal of Epidemiology tərəfindən dərc edilmiş bir araşdırmada, 24 aydan çox ana südü verən qadınlarda ömür boyu döş xərçəngi riskinin 50 faizdən çox, 109 aydan çox ana südü verənlərdə isə 76 faiz azaldığı aşkar edilmişdir.
Ümumilikdə, bu tapıntılar göstərir ki, ana südü ilə qidalandırmanın hər ayı döş xərçənginə qarşı daha yaxşı qorunma təmin edə bilər. Ana südü ilə qidalandırma həmişə mümkün və ya hər kəs üçün uyğun olmasa da, onun faydaları geniş əhali arasında əhəmiyyətlidir və bu, ictimai səhiyyə tövsiyələrinin verilməsində mühüm amildir. Buna baxmayaraq, hər bir fərdin döş xərçəngi riski müxtəlif amillərdən asılıdır və ana südü ilə qidalandırmayanlar yenə də sağlamlıqlarını başqa yollarla dəstəkləyə bilərlər.
Döşlərdən südü sağmaq eyni potensial faydaları verə bilirmi?
Ana südü ilə qidalandırma və döş xərçəngi ilə bağlı aparılan tədqiqatların əksəriyyəti ana südü ilə qidalandırma və süd vermə arasında fərq qoymur. Lakin, süd vermə bədənə ana südü ilə qidalandırma ilə oxşar təsir göstərir və bu da döş xərçəngi riskində rol oynaya bilər.
PLOS One (Public Library of Science) jurnalında dərc olunmuş 2020-ci il sistematik icmalına görə, tədqiqatlar göstərir ki, mexaniki döş sağma üsulları (əl və ya südsağan aparatla) oksitosin və prolaktinin (birbaşa ana südü ilə qidalandırmada iştirak edən eyni hormonların) ifrazına səbəb olur. Bu iki hormonun döş xərçəngi riskini azaltmağa səbəb olduğu düşünüldüyündən, sağmanın ana südü ilə qidalandırma ilə eyni xəstəlikdən qorunma təmin edə biləcəyi mümkündür.
Döş xərçəngi riski baxımından ana südü ilə qidalandırma və süd vermə arasındakı fərqləri anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.
Ana südü verə bilmirsinizsə, nələri bilməlisiniz?
Ana südü ilə süd vermə ilə döş xərçəngi riski arasında güclü əlaqə olsa da, bu, fərdi riskinizə təsir edən bir çox amillərdən yalnız biridir. Qadınlar müxtəlif səbəblərdən ana südü ilə qidalandırmırlar və ya təlimatlarda tövsiyə edildiyi qədər ana südü ilə qidalandırmırlar. Bəzi qadınlar və körpələr fiziki olaraq döşü birbaşa əmizdirə bilmirlər.
Ana südü ilə əmizdirməməyinizdən asılı olmayaraq, döş xərçəngi riskini azaltmağın bir çox yolu var. Buraya sağlam çəki saxlamaq, daha az qırmızı ət yemək, pəhrizinizə daha çox meyvə-tərəvəz və tambuğdalı məhsulları daxil etmək, spirtli içkilərdən çəkinmək və idman etmək daxildir. Ailə tarixçənizi bilmək və müntəzəm müayinələrdən keçmək də döş xərçəngini ən erkən və müalicə olan bilən mərhələlərində aşkarlamağa səbəb ola bilər.
Onilliklər ərzində aparılan tədqiqatlar göstərir ki, ana südü ilə qidalandırma döş xərçəngi riskini azalda bilər. Bəlkə də laktasiya dövründə baş verən hormonal və toxuma dəyişiklikləri bunun başlıca səbəbindəndir. Ana südü ilə qidalandıran qadınlar xəstəliyə qarşı əlavə qorunma əldə edə bilsələr də, bu, hər hansı bir fərdin döş xərçəngi riskini təsir edən bir çox amillərdən yalnız biridir.
Müəllif: Joni Sweet
İxtisarla istifadə olunmuş mənbə: Breastfeeding and Breast Cancer Risk | Breast Cancer Research Foundation