Siz öz körpənizlə birlikdə südəmmə cütlüyüsünüz və yalnız hər ikiniz bu prosesin təşəbbüskarı ola bilərsiz.
Bilin ki, körpənin davamlı olaraq süd əmməsinin onu valideynlərdən daha asılı etdiyinin və ya ona digər bir şəkildə zərər yetirdiyinin heç bir sübutu yoxdur, ana və körpə arasındakı münasibətlərin yaxşı olması şərtilə, süd əmizdirmənin davamlılığı və süd əmizdirmə faktının özü körpənin psixoloji inkişafında böyük rol oynamır.
Lakin əmizdirmə prosesinin uzanmasında ana və körpənin üzləşə biləcəyi ciddi problem, cəmiyyətimiz üçün səciyyəvi olan – qohumlar, qonşular, həkimlər, psixoloqlar, pedaqoqlar və sadəcə kənar şəxslərin fəal narazıçılığı ola bilər.
Belə hallarda nə etmək olar?
▪ Körpəni təklikdə əmizdirmək.
▪Körpə ilə söhbət edib özünüzü tamamilə normal hiss etdiyinizə inandırmaq (əgər narazıçılıq körpəyə yönəlibdirsə).
▪ Körpəni bu qədər uzun müddət südlə əmizdirəcəyinizi əvvəlcədən bilmədiyinizi etiraf etmək və səbəbləri izah etmək, niyyətinizin dəyişməsinə təsir etmiş faktları irəli sürmək
▪ Sadəcə məsələni zarafata salıb, xoşagəlməz söhbəti bağlamaq.
Körpəni süddən ayırmağın düzgün üsulu var: onu süddən tədricən, dostcasına və xoş niyyətlə ayırmaq lazımdır. Südəmizdirmənin başa çatması – tamamilə təbii prosesdir və normada bir neçə həftədən, bir neçə aya kimi davam edir.
Süddən tədricən ayırmanın üstünlükləri:
1. Ana döşlərin dolmasından daha az narahatılıq keçirir.
2. Ana emosional narahatçılıq (hormon səvyyəsinin qəfil dəyişməsi səbəbindən baş vermiş depressiya) keçirmir və ya çox yüngül formada keçirir.
3. Körpənin dəyişən şəraitə uyğunlaşmağa zamanı olur, o tədricən südəmmənin yerini ətraf mühitlə qarşılıqlı əlaqələrin digər üsulları ilə əvəzləməyi öyrənir.
4. Ananın davranışlarını əvvəlcədən bilmək, körpədə baş verənlərin doğru olduğuna əminlik yaradır.
Təşəbbüs:
Körpənin süd əmməyə ən az maraqlı olduğu vaxtları müəyyən edin. Məsələn, fəal oyanıqlıq zamanı, səhər və ya axşam. Bir qayda olaraq, körpənin süd istəmə tələbi oyun, qucaqlama, parkda gəzinti, sevimli kitabın oxunması və ya adi yemək təklif etməklə əvəzlənə bilər.Bir çox analar üçün bu vəziyyətdə “nə təklif, nə də etiraz eləmə” prinsipi işləyir. Yəni körpəyə bütün prosesi idarə etməyə icazə veririk. İnandırıcı səslənməsə də, hətta ən fəal südəmərlər də, tədricən digər maraqlı məşğuliyyətlər, qida və təsəlli vasitəsi tapırlar. Bu halda, əmizdirmənin bitməsi dövrü elə rahat keçir ki, heç bunu süddən ayırma da adlandırmaq olmaz: bir gün siz sadəcə görəcəksiniz ki, körpənizi bir neçə gün əvvəl əmizdirmirsiniz. Adətən körpələr bir neçə dəfə də süd əmmək istəyirlər, lakin o vaxt döşdə süd qalmayacaq və bu iş möhtəşəm şəkildə başa çatacaqdır. Beləliklə, siz daha südəmmə cütlüyü deyilsiz, lakin bir-birinizi sevməyə davam edirsiz.
Həmçinin nəzərə alın ki:
1. süddən ayırma prosesində ana da sağlam olmalı və özünü emosional cəhətdən yaxşı hiss eləməlidir.
2. əmizdirmələrin sayını azaltdıqda döş ağrılı şəkildə dolğunlaşmır.
3. süddən ayırma zamanı ayın fazaları da prosesin rahat şəkildə başa çatmasına təsir edə bilər
4. süddən ayırma üçün ən münasib fəsil – payızın sonları, qış və yazın əvvəlidir. Lakin əgər süddən ayırma zamanı ana və uşaq heç yerə köçmürlərsə, körpəni süddən istənilən zaman ayırmaq olar.
Nəyi diqqətə almalısınız?
Əgər təşəbbüskar körpədirsə, bunu adətən “döşdən imtina” adlandırırıq. 1, 2 və hətta 3 yaşda “imtina” sözü və faktın özü, 8 ayına qədər körpənin döşdən imtina etməsindən daha az mənfi emosiyaya səbəb olur (və əksinə, rahatlıqla nəfəs alırsız). Bəzən elə olur ki, siz “əmizdirməkdən yorulursuz”, körpə isə döşdən imtina etməyə hazır olmadığını göstərir. Bu vəziyyətdə müxtəlif cür hərəkət etmək olar:
a) Körpənin süddən hələ də faydalandığını anlayaraq süd əmizdirməyə davam edirsiz, daha səbrli olmağa çalışırsız.
b) Təşəbbüs göstərib süddən ayırma prosesinə başlayırsınız (“süddənayırma” terminini biz, süd əmizdirmənin bitməsi təşəbbüsü ana tərəfindən göstərildikdə istifadə edirik).
Əgər qəfildən körpəniz daha süd əmməməyə qərar verirsə və o 1 yaşdan kiçikdirsə, o zaman ehtiyatlı olmalısınız. Çünki səbəbin nə olduğunu üzə çıxarmaq çətin olur: bu müstəqil imtina, xəstəlik, yoxsa sadəcə kaprizdir? Bir çox analar bu problemsiz süddən ayırma imkanından istifadə etməyə can atırlar. Lakin belə məlum ola bilər ki, körpə süddən ayrılmağa hələ tam hazır deyil. Zədələyici amilləri aradan qaldırın, körpənizi yarıyuxulu vəziyyətdə və yuxudan dərhal sonra əmizdirin, fincanda sağılmış süd təklif edin. Əgər sutka ərzində süd əmizdirməni yeniləyə bilmədinizsə, süd əmizdirməyə davam etməyə mane olan diaqnozu aradan qaldırmaq və ya təsdiqləmək üçün pediatra və/və ya əmizdirmə üzrə məsləhətçiyə müraciət edin. Əksər hallarda, süddən bu cür imtina 4 gündən artıq davam etmir və siz əvvəlki münasibətlərinizi davam edə bilərsiniz. Amma bu müddət ərzində südünüzün müntəzəm olaraq sağın ki, o ifraz və istehsal olunmağa davam etsin.
Təşəbbüs:
Əgər körpə süd əmməkdən imtina eməyə “hazır” deyilsə, ana təşəbbüsü öz üzərinə götürə bilər. İmkan daxilində bu prosesə, körpənin həyatında digər dəyişikliklər baş verəndə başlamayın.
Süddən ayırmanı aşağıdakı hallarda sonraya saxlasanız daha yaxşı olar:
a. əgər körpənin dişləri çıxırsa
b. əgər o soyuqlayıbsa
c. əgər təzəlikcə işə çıxmısınızsa
d. əgər yeni dayə tutmusuzsa
e. təzəcə köçmüsünüzsə
f. bağdan, səyahətdən qayıtmısınızsa
g. körpə bağçaya və ya körpələr evinə getməyə başlayıbdırsa
Adətən “özünüayırma”-ya aşağıdakılar səbəb ola bilər:
▪ körpənin dişləri çıxır
▪ yuxarı tənəffüs yollarının düşmüş infeksiya səbəbilə udqunduqda ağrı hiss edir
▪ qulağı ağrıyır
▪ çənəsini tərpətdikdə ağrı hiss edir
▪ burnu ilə nəfəs ala bilmir
▪ boğazı ağrıyır
▪ ağzında bakterial, göbələk infeksiyaları var
▪ yüksək həyəcan və stress vəziyyətindədir
▪ ananın istifadə etdiyi ətir və ya dezodorantların kəskin qoxusu
Müəllif: Olqa Evtux
Tərcümə: Xumar Ərşadlı
Mənbə: www.mama-city.ru