Əmizdirmədə problem yaşayan və ya uğursuz əmizdirmə təcrübəsi olan qadınlar müəmmalı səbəblərdən həmişə özlərini günahkar bilirlər. Çox ehtimal ki, bu özünü günahlandırmaq vərdişi cəmiyyətdə adətən qadınların üzərinə qoyulan ifrat təzyiqdən irəli gəlir. Lakin əmizdirmədə çətinlikərin baş verməsinin bəzən ümumiyyətlə ana ilə heç bir əlaqəsi olmur.

Əmizdirməni qıfıla uyğun gələn açar kimi də qiymətləndirmək olar. Əksər hallarda “açar ilə qıfıl” uyğun olur və bu zaman nə körpə, nə də ana əmizdirmədə çətinlik yaşamır. Lakin elə hallar olur ki, ya əmizdirmədə iştirak edən tərəflərdən birində-körpədə və bəzən hətta hər ikisində- körpə və anada müəyyən problemlər mövcud olur. Elə bu vaxt əmizdirmədə cüzi və ya ciddi problemlər sezilməyə başlayır və əmizdirmə həm ana, həm də körpə üçün işgəncəyə çevrilir:

Bu hallarda əmizdirməni səhmana salmaq üçün nəinki əmizdirmə məsləhətçisi həmçinin problemlərə müvafiq mütəxəssislər də prosesə cəlb olunmalıdır.

Körpədə müşahidə olunan aşağıdakı hallar əmizdirməyə ciddi xələl gətirə bilir:

Doğuşun keçməsi– məsələ orasındadır ki, doğuşa nə qədər az müdaxilə olunarsa, doğuş nə qədər təbii keçərsə, həm ana, həm də körpə üçün bir o qədər az stres və doğuşsonrası narahatlıqlar üz verər. Doğuşa edilən müdaxilələr bəzən körpələrdə adi gözlə sezilməyən mikrotravmalara gətirib çıxara bilər. Qeysəriyyə ilə doğulan körpələr isə daha çox riskdədirlər.

Körpənin anatomik özəlliyi– körpə döşü əmərkən onun ağız və çənə aparatı mütləq nəzərə alınmalıdır. Əgər körpənin ağzında dilaltı və ya üst dodaqaltı (bəzən bunların hər ikisində) qədəh qısalığı varsa, bu mütləq şəkildə əmizdirməyə öz təsirini verəcəkdir.

Əgər körpənin çənəsində narahatlığı varsa, körpə ağzını geniş aça və uzun müddət açıq saxlaya bilməyəcək ki, nəticədə ya əmməkdən imtina edəcək ya da özünə rahat olan tərzdə əməcəkdir ki, bu da anadan çatlamış, qanayan gilələrlə nəticələnəcəkdir. Körpənin üst və ya alt çənəsinin anadan gəlmə kiçik olması da əmmədə problemlər yarada bilir.

Körpənin fiziki səhhəti– körpə döşü əmərkən onun nəinki, boyun, ağız və çənə aparatı hətta bütün bədəni prosesdə iştirak edir. Məsələn, körpənin döş əmməyində təxminən 10 anadan gəlmə reflekslər cəm olunur. Körpə döşü düzgün götürməsi və əmməsi üçün bütün bədənini balanslaşdırmalıdır.

Bəzən körpənin boyun nahiyyəsindəki narahatlığı da əmizdirmədə problem yaradır. Çünki, əmmədə iştirak edən əsas nahiyyələrdən biri də boyun və ona məxsus olan əzələlərdir. Körpənin boyun nahiyyəsində olan narahatlığı hər iki tərəfli və ya birtərəfli də ola bilər. Bəzən məhz bir tərəfli narahatlıq səbəbdir ki, körpələr rahat olan tərəfdə əmizdirilməyə üstünlük verir, digər tərəfdə isə kürlük edirlər.

Bişmiş krevet ilə körpənin nə əlaqəsi?

Unutmayaq ki, körpə ana bətnində bişmiş krevet formasında olur. Doğulduqdan sonra körpənin bişmiş krevet formasında tamamilə dikələnə qədər bədəni açılmalıdır.

Cooked Peeled Tail On King Prawn 31/40 1kg - Pallas Foods

Körpənin əmizdirilməsində müəyyən narahatlıqlar və ya problemlər varsa, mütləq şəkildə bu məsələ müvafiq sahələrin mütəxəssisləri ilə həll edilməlidir. Əmizdirmək həmişə asanlıqla ərsəyə gələn bir hadisə deyil. Bəzən əmizdirməni yoluna qoymaq üçün zaman, səbr, əzm və ruh yüksəkliyi tələb olunur. Müvəffəqiyyətli əmizdirmə, ana südü körpə sağlamlığı yolunda çəkilən bütün səylərə və xərclərə layiqdir!

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.