Körpənizə dükandan şüşə qabda və ya quru şəkildə uşaq yeməyi aldığınız zaman istehsalçıların sizi aldatmasının qarşısını almaq üçün bir sıra faydalı məsləhətlərə riayət edin.

Dənli əsaslı tərkibində buğda olan ərzaqları hətta qutunun və ya şüşənin üzərində “dörd aylı körpəyə uyğundur” yazısı olsa belə almayın. Beləki, tərkibində qlüten olan məhsullar 6 ayınadək körpələrdə bir sıra mədə xəstəliklərinə səbəb ola bilər. Bəzi səhiyyə orqanlarının bu haqda təlimatı olsa da, uşaq qida istehsalçıları bu prinsiplərə riayət etməkdən boyun qaçırırlar.

Şəkərin miqdarını öyrənmək üçün etiketi yoxlayın. Bəzi şəkərlə şirinləşdirilmiş körpə qidaları tamamilə qəbuledilməzdir. Şəkər uşağın immun sistemini boğur. Tərkibində az miqdarda şəkər olan ərzaqlara aldanmayın. Hazır ərzaqların üzərində “şəkər azaldılmışdır” yazısına da aldanmayın.

Bəzi tanınmış uşaq qida brendləri iddia edir ki, suxarilərin tərkibində şəkər az olmasını qeyd etməklərinə baxmayaraq, bunların tərkibində də 21% şəkər mövcuddur və bu miqdar ponçikin tərkibindəki şəkərin miqdarından da çoxdur (19%). Əgər siz körpənizi diş çıxaran müddətdə dişlərini qaşımaq üçün bərk ərzaqlar vermək istəyirsinizsə, o zaman körpənizə, soyulmuş alma dilim ya böyük parça kök verin ( qida verərkən körpəyə nəzarət edin, boğulmaq ehtimalına imkan verməyin).

Gizli maddələrə diqqət verin. İnqrediyentlər siyahısında ilk gələn maddələr faiz nisbətində də ərzaqın əsas komponentidir.
Ən səmərəli qida evdə sizin tərəfinizdən üzvi və təzə ərzaqlardan hazırlanan qidadır.

 

Mənbə: Lucy Burney “Boost your childs immune system” kitabı
Tərcümə edən: Aytən Məmmədova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.