Bağla

Dostineks və onun fəsadları

Bu məqaləmizdə analar arasında geniş yayılmış “Dostineks böhranı” haqda bir sıra ciddi məsələlərə toxunmaq istəyirik. Dəfələrlə müşahidə etmişik ki, analar bu dərmanı özbaşına qəbul edir və ətrafdakılara, ələlxüsus sosial platformalarda biri-birlərinə tövsiyə edirlər. Dostineks əmizdirən anada və körpədə, xüsusən də körpədə, süddən kəsmə ilə bağlı çox güclü travmatik xatirələr yarada bilir, çünki süd qəfil kəsilir, körpə bu yeniliyə hazır olmur və travma ala bilir. Körpənin süddən kəsilməyə hazır olub-olmadığını yoxlamadan, müşahidə aparmadan qəfil südsüz, fiziki və emosional alət olan “məmə”siz qoymaq heç uzaqgörən yanaşma deyil. Qeyd edim ki, dərman qəbul ediləndən 3 saat sonra təsir etməyə başlayır, təsiri isə 7- 14- 21, bəzi mənbələrə görə isə 28 günə qədər davam edə bilir.

İlk növbədə, Dostineks dərmanı haqqında məlumat vermək gərəkdir. Dərmanın əsas komponenti olan kaberqolin birbaşa dopaminə (dofaminə) təsir edir, daha doğrusu qısnayır. Dopamin isə beynimiz üçün çox önəmli olan həm neyromediatordur, həm də hormondur. Təsəvvür edin, kaberqolin komponentli dərmanlar Parkinson xəstəliyinin müalicəsində tətbiq edilir. Əks təsirləri siyahısında isə bir çox problemlər və narahatlıqlar qeyd olunub.

Bunlarıdır əsasən mədə-bağırsaq narahatlıqlarıdır ki, araşdırmalara əsasən, bu əks təsir qəbul edənlərin 53 faizində özünü göstərir. Əks təsirlər arasında psixiatrik fəsadlar da yer alır, hansı ki, qəbul edənlərin təxminən 51 faizində müşahidə olunur. Bundan əlavə, ürək-damar narahatlıqları yarana bilər ki, bu da dostineksi qəbul edənlərin 30 faizində müşahidə edilə bilir. Qaraciyər isə dostineksin təsirindən ən çox əziyyət çəkən orqanlardan biridir.

Dostineks haqqında verdiyim bütün bu qısa məlumatlardan sonra bir sıra suallar yaranır. Bələ bir dərmanı öz başına qəbul etmək olarmı? Zərurət və təcili süddən kəsmə ehtiyacı olmadığı təqdirdə bu dərmanın qəbulu düzgün addımdırmı? Süddən kəsmənin yumşaq, dərmansız, heç kimə travma verməyən, təbii yolları olduğu halda, belə bir dərmanın qəbulu düzgündürmü? Ananın və körpənin süddən kəsmək və kəsilmək məsələsində qəti qərarı olmadığı halda, dostineksin qəbulu nə dərəcədə məqsədəuyğundur?

Süddən kəsmə hallarında bu preparatı terapevt, endokrinoloq və ya nevroloq təyin etməlidir, çünki sadalanan mütəxəssislər ən azından preparatın yetirə biləcəyi fəsadları öncədən proqnozlaşdıra bilirlər. Bəzən hətta ginekoloqlarda düzgün dozanı təyin etmir: ya ifrat dərəcədə böyük doza və yaxud çox kiçik doza təyin edilir.

Dostineksin südverməni dayandırmaq məsələsi yarandığı çox nadir hallarda və çox təcili hallarda tətbiqini tövsiyə etmək daha məqasədəuyğundur. Məsələn, körpə itkisi yaşayan anaların, eləcə də sağlamlığında ciddi problem yaranmış, təcili əməliyyat olunacaq anaların südverməni dərhal dayandırması üçün bu, çox önəmli preparat ola bilər.

Digər hallarda əmizdirmə yumşaq, mərhələli şəkildə keçirilməlidir ki, nə anaya ziyan olsun, nə də körpəyə travma yetirilsin. Əgər süddən kəsməyə qərar vermisinizsə, bu haqda saytımızda məqalələrlə tanış olmağınızı sizə tövsiyə edirik. Saytımızın “Süddən kəsmə” bölməsində tamamilə bu mövzunu əhatə edən məqalələr və araşdırmalar yer alır. Bizimlə süddən kəsmə təcrübənizi paylaşmağı unutmayın: hansı üsullardan istifadə etmisiniz, hansı üsullar işə yarıyıb, hansılar isə sizdə ya körpənizdə fəsadlar yaradıb. Mütləq bizimlə paylaşmağı unutmayın.

Hazırladı:  Səltənət Zülfüqarova

Əmizdirmə məsləhətçisi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram