Şəkər immun sisteminin əsas zəiflədicisi olduğuna görə, şəkər immun stimullaşdırıcı (artırıcı) qida rasionuna daxıil edilməməlidir. Hətta 100 qram miqdarında şəkər immun sistemini 50%-dək zəiflətməkdədir. Amerika Klinik Qidalanma jurnalı hələ 1973-cü ildə şəkərdən istifadədən yarım saat sonra immun sistemini zəiflətmə effektinin yaranmasını və bu effektin beş saata qədər davam etməsini artıq məruzə etmişdi. Saxarozanın (ağ şəkər) istənilən qidalandırıcı maddələrdən məhrumdur.
Yoqurt növlərinin əksəriyyətinin bir porsiyasında 5 çay qaşığı şəkər var. Mağazalarda məhsulların etiketini oxuduqda 1 çay qaşığı 4 qram şəkərə bərabə olduğunu unutmayın. Bunu bilərək, siz asanlıqla məhsulda neçə çay qaşığı şəkər olduğunu hesablaya bilərsiniz və bu daha düzgün məhsul seçiminizə təsir göstərəcək.
Məhsullarının üzərindəki yazıları diqqətlə oxuyun: saxaroza, qlükoza, şəkər siropu, maltoza, dekstroza, laktoza, bal, qızıl siropu, qarğıdalı siropu, bəhməz, hidrolizə edilmiş nişasta, fruktoza, qatılaşdırılmış meyvə şirəsi.
Ərzaq Komissiyasının hesabatına görə 46% test olunan uşaq ərzaqlarının tərkibində duzun miqdarı normadan artıqdır. Əslində uşaq qidasına duzun əlavə edilməsi yolverilməzdir, lakin azyaşlı uşaqların əksəriyyətinə hələ çox balaca olduqları halda böyüklər üçün nəzərdə tutulan yeməyi verirlər. Uşaqlar tərkibində çox duz olan qızardılmış kartof, dadlı qəlyanaltılar, sosis və kolbasa, veçina, donuz əti və ya hisə verilmiş qidalardan istifadə etməməlidirlər.
Artıq duz onların böyrəklərə yük verir və sağlam immun sistemi üçün çox önəmli olan maqnezium kimi elementləri bədənin duz ilə savaşdığı zaman tamam ilə itirilmiş olur. Həddindən artıq duzdan istifadə gələcəkdə ürək-damar xəstəliklərinə səbəb bilər. Uşağın immun sisemini və onun sağlamlığını qorumaq üçün məhsulların üzərindəki tərkib yazılarına diqqətinizi yönəltməlisiniz.
Hidrogenasiya prosesindən duru yağın kimyəvi quruluşuna təsir göstərərək onu maye halından bərk və ya yarım bərk hala-margarinə döndərmək üçün istifadə edilir. Bu proses yüksək temperatur və təziq altında həyata keçirildiyindən yağın strukturuna xələl gətirir və qida dəyərini məhv edir. Bu yağ növləri vacib yağ turşularının orqanizmdə metabolizminə mane olur.
Hidrogenasiyalaşdırılmış yağ yalnız marqarinin tərkibində deyil, həmçinin dükanlarda satılan qurabiyə (peçenya), biskvit məmulatları, krekerlər, piroq və digər qənnadı məmulatlarının tərkibində var.
Bir çox insan hesab edir ki, kaffein qəhvənin tərkibindəki mövcud olan arzuolunmaz maddələrdən biridir. Lakin bu maddə həmçinin qara və yaşıl çayda, qəhvədə, şokolad və şokolad içkiləri və Kola kimi qazlı içkilərinin tərkibində də var. Kaffein – güclü oyadıcıdır. O həm də, uşağın immun sistemi üçün vacib və lazımlı olan vacib maddələrin əldə edilməsinə mane olan güclü anti-qidalandırıcı maddədir. 1995-ci ildə aparılan Məktəbəqədər Uşaqlar üçün Pəhriz və Qidalanma sorğusuna görə dörd yaşına çatmamış uşaqların üçdə biri çay içir.
Əgər sizin yeniyetmə və hətta daha kiçik övladlarınız müəyyən formada kaffeinə istənilən formada aludə olubdursa, bəzi sadə dəyişikliklər etməyə çalışın. Qazlı kaffeinli içkiləri karbonatlı meyvə tərkibli içkilərə, çay və ya qəhvəni dekaffeinləşdirilmiş variantlarla əvəz etməyə çalışın və tədricən tamamən onları qidanızdan çıxarın. Adətən zərərli məhsulları alternativ sağlam maddələri əlavə etmək zərərlilərdən tamamən can qurtarmaq üçün daha asan və daha faydalıdır. Yeniyetmələr üçün müxtəlif növ meyvəli çaylar əldə etməyə çalışın. Qaynar qara qarağat çayı və zövqə görə əlavə edilmiş bal çox xoşdur. İsti yay günlərində 3 çay paketi qara qarağat götürün və yarım saat qaynar suda dəmliyib soyudun. Zövgə görə bal və xırdalanmış buz kubları əlavə edin.
Xüsusən körpə və uşaqlar üçün nəzərdə tutulmuş hazır içkilər və qida məhsullarına qida əlavələri daxil edilməməlidir. Lakin, məhz bu ərzaq və içkilər qadağan edilmiş qida əlavələri ilə doludur. Bu məhsullara aiddir: dadlı qəlyanaltılara, qazlı içkilər, çipslər, puddinqlər, kolbasalar, balıq çubuqları, dondurma və konfet aiddir. Aşağıdakı məhsulların istifadəsini azaltmaqla və ya tamamən dayandırmaqla qida əlavələrinin zərərindən yayına bilərsiniz:
- Kolbasa və sosis məmulatları.
- Hazır şirələr və meyvə içkiləri.
- Konservləşdirilmiş hazır məhsullardan çəkinin, çünki onların tərkibində saxlanma müddətini artırmaq üçün müxtəlif əlavələr mövcuddur.
- Yarımfabrikat məhsullar.
- Ərzaqları təbii halına daha yaxın formada yeyin. Məsələn, sobada bişmiş toyuq, toyuq naqqetlərindən qat-qat faydalıdır.
1 Comment
vusale nagiyeva
Məlumatlar cox faydalidir.hercend bilirik.amma etrafli ve izahli yazmisiz.in saaAllah emel edek…