Nədənsə analar körpələrini əmizdirməyə başlamazdan öncə onun ağlama həddinə çatmağını gözləyirlər. “Ağlamayana məmə yoxdur” anlayışının tərk edilməsi zamanıdır. Körpə adətən aclığını bir neçə mərhələdə biruzə verə bilər. Ən erkən mərhələlərdə artıq körpəni döşə qoymaq gərəkdir. Bu haqda daha detallı təlimatı Vergie Hughes öz resursunda valideynlərə çatdırır:
Körpələr əmizdirilməyə hazır olduqlarını müxtəlif əlamətlərlə bildirirlər. Körpənizin hərəkətlərinə fikir versəniz əmizdirmə prosesi hər ikiniz üçün asan və uğurlu olar, həm də bu prosesdən ikiniz də razı qalarsınız. Körpənizin ac olduğunu anlamaq üçün heç də ağlamağını gözləməyin. Ağlamaq körpənin ac olduğunu bildirmək üçün əl atdığı ən sonuncu vasitədir. Körpənin ac olduğunu göstərən əsas əlamətlər aşağıdakılardır:
- Oyanıqlıq
- Yumşaq səslər çıxarmaq
- Ağız gəzdirmək (dodaqları yalamaq, dili bayıra çıxarmaq)
- Döşə sarı can atmaq (başını döşə tərəf çevirmək və ağzını açmaq)
- Əlini ağzına aparmaq
- Yavaş-yavaş ağlamaq və getdikcə daha da güclənmək
Çalışın körpənizin verdiyi xəbərdarlıqlara əvvəlcədən fikir verəsiniz. Uşağınızı ağlamağa qoymayın, onu əmizdirməyə başlayın.
Aclığın son həddi olaraq ağlayan körpəni döşə qoymaq və əmizdirmək qat-qat çətindir. Bu hətta döşdən imtinalara belə səbəb ola bilər. Rahat, gərgin və gəmgin olmayan körpəni ilk aclıq əlamətlərində döşə qoymaq müvəffəqiyyətli əmizdirmənin açarlarından biridir.
“Südverən ana əmizdirmək üçün döşün dolmasını gözləməlidirmi?
Ananın orqanizmində süd fasiləsiz olaraq əmələ gəlir. Döş dağ çayına çəkilmiş bir borunun ucunda kranta bənzəyir. Açanda su gəlir, bağlayanda dayanır. Digər tərəfdən onu quyuya da bənzətmək olar, döşdən süd nə qədər çox çıxarsa, bir o qədər orqanizm yenisinin gəlməsi üçün daha çox çalışar; döş nə qədər dolu olsa, südün əmələ gəlməsi prosesi bir o qədər yavaş gedər. Əgər ana süd verməzdən əvvəl həmişə döşün “dolmasını” gözləyərsə, orqanizm bunu fasilə siqnalı kimi qəbul edə və laktasiyanı-südün istehsalını azalda və hətta dayandıra bilər.” Səltənət Zülfüqarova⠀
Tərcümə edən: Həmidə Ağahüseynova
1 Comment
zeyneb
salam, cox gozel melumatdir.
usagi kop narahat edir ve ona gore sual vermek isterdim
6 ayliqdir ve Сurecol kop eliyhine derman verirem.
usaq yaxsi olur, amma vermesem yene pislesir. ama icliyin oxudum yaxsidir,
Curecol-un tərkibinə daxil olan simetikon qaz qovuqcuqlarının səthi gərilməsini aşağı salaraq parcalayır və nəticədə meteorizmi azaldır. Qazların bir hissəsi bağırsaq divarı tərəfindən udulur və peristaltika hesabına orqanizmdən xaric olunur.
basqa ne ede bilerem
zehmet olmasa cavablandirarsiniz
sagolun