Bağla

Südvermə Dövründə Təhlükəsiz Qorunma Üsulları

Doğuşdan Sonra Qorunmaq Niyə Vacibdir?

Doğuş istər təbii yolla, istərsə də qeysəriyyə əməliyyatı ilə baş versin, qadın orqanizminin tam bərpası üçün zamana ehtiyac olur. Qeysəriyyədən sonra uşaqlığın və əməliyyat tikişlərinin tam sağalması, bədənin əvvəlki gücünü bərpa etməsi üçün ən azı iki il gözləmək tövsiyə edilir. Normal doğuşdan sonra da orqanizmin ehtiyatlarının yenilənməsi, hormonal balansın sabitləşməsi və ümumi sağlamlığın bərpası üçün təxminən iki illik fasilə optimal sayılır.

Lakin doğuşdan sonra xüsusilə, südvermə dövründə, bir çox qadın “mən süd verdiyim üçün, ya da hələ aybaşı olmadığım üçün hamilə qalmaram” deyə düşünür. Bu isə çox yayılmış bir yanlış düşüncədir. Südvermə zamanı prolaktin hormonu yüksək olur və bir qədər ovulyasiyanı əngəlləyə bilər, lakin tam qoruma təmin etmir. Hətta doğu.dan cəmi bir ay sonra belə bəzi qadınlarda ovulyasiya baş verə bilər və belə halda hətta menstruasiya başlamadan hamilə qalmaq mümkündür. “Əmizdirərkən hamilə qalmaq mümkündürmü?” məqaləmizdə ətraflı oxuyun.

Abortun Fəsadları

Doğuşdan qısa müddət sonra, xüsusilə körpəsini süd ilə bəsləyən qadınlarda baş verən istənməyən hamiləliklər çox zaman vakuum aspirasiya üsulu ilə sonlandırılır. Halbuki bu tədbir əsla bir qorunma metodu deyil. Həm fiziki, həm də psixoloji baxımdan anada ciddi fəsadlar doğura bilər. Hər bir abort prosedurunda uşaqlıq daxilində zədələnmə və travma riski yaranır ki, bu da sonradan endometrial yapışmalar, infeksiya, qanaxma və sonsuzluq ilə nəticələnə bilər. Bundan əlavə, tez-tez aparılan abort (vakuum ve kürtaj) prosedurları gələcəkdə adenomioz riskini artırır. Psixoloji baxımdan isə qadında peşmanlıq, gərginlik və emosional çöküntü yarada bilər. Bu hal süd istehsalına və ana ilə körpə arasındakı emosional bağa da mənfi təsir göstərə bilir.

Südvermə Dövründə Təhlükəsiz Qorunma Üsulları

Doğuşdan sonra hamilə qalma riski davam etdiyi üçün süd verən qadınların özlərinə uyğun və təhlükəsiz qorunma üsulu seçməsi çox vacibdir.
• Spiral : Qeysəriyyə və ya normal doğuşdan təxminən 6 həftə sonra yerləşdirilə bilər. Uzunmüddətli və etibarlı bir metoddur.
• Dərialtı implant: Tərkibində yalnız progesteron hormonu olan bu üsul süd istehsalına təsir etmir və yüksək qoruma təmin edir.
• Tək progesteronlu həblər: Estrogen tərkibli həblər süd verən qadınlara uyğun deyil, lakin yalnız progesteronlu preparatlardan istifadə oluna bilər.
Kondom: Hormonal və ya invaziv üsul istəməyənlər üçün sadə, əlçatan və etibarlı qorunma vasitəsidir.

Doğuşdan sonra qadının orqanizminin bərpası və sağlamlığının qorunması üçün zaman, düzgün planlama və qorunma yöntəmləri haqqında məlumatlı olmaq vacibdir. Südvermə təkbaşına hamiləlikdən qorunma üsulu deyil. Hər bir qadın bədəninə, həyat tərzinə və gələcək planlarına uyğun üsulu seçməli və bunu həkimi ilə məsləhətləşərək etməlidir.

Unutmayın, doğuşdan sonra bədəninizin yenidən güclənməsi, hormonal balansın bərpası və özünüzə qayğı göstərməyiniz həm sizin, həm də körpənizin sağlam gələcəyi üçün ən vacib addımdır.

Müəllif: Zivər Eldarova

Ginekoloq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram