Əmizdirərkən dərmanlardan istifadə
Əmizdirərkən dərmanlardan istifadənin elmi araşdırması ilə uzun müddət məşğul olan Philip O. Anderson farmakologiyanın kliniki professordur, həmçinin müəyyən müddət ərzində Amerika Birləşmiş Ştatlarının “Food and Drug Administration”-FDA kimi tanınan Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin daşıdığı rolu daşıyan bir administrasiya üçün müəyyən müddət ərzində dərman preparatlarının ana südü perspektivindən təlimatının yazılmağına kənardan cəlb olunmuş məsləhətçi olmuşdur. Farmakologiya sahəsində işləməsinə baxmayaraq onun fokus nöqtəsi ana südüdür, ümumiyyətlə dərmanların ana südünə təsirini öyrənmək və ictimaiyyətə təqdim etməkdir.
Müəllif araşdırmağa başlayır və məlum olur ki, anaların bir çox hissəsi əmizdirməni dərman qəbulu səbəbi ilə dayandırmalı olurlar. Mən öz təcrübəmdə də dəfələrlə şahidi olmuşam ki, analar əmizdirməni müvəqqəti və yaxud daimi olaraq sırf dərman qəbulu səbəbi ilə dayandırmalı olurlar. Müvəqqəti dayandıran analar arasında da, təəssüflər olsun ki, sonradan südü bərpa etmək və körpəni birbaşa döşdən əmizdirməkdə müəyyən qədər ciddi problemlər yaranır ki, bu da analardan səy, əzm tələb edir ki, çox vaxt da ana bununla bacarmır və körpəni tamamilə süni qidaya keçirməli olur. Alimin gətirdiyi rəqəmlərə əsasən, təxminən 66-72 faiz əmizdirən analar bir və ya bir neçə dərman qəbul edirlər, və bu analardan təxminən 10 faizi həmin dərmanların səbəbi ilə əmizdirməni dayandırmalı olur. Alim hamiləlikdə və yaxud əmizdirmə dövründə qəbul olunan dərmanların təsirinin prinsipini açıqlayır və məlum olur ki, hamiləlikdə ananın qəbul elədiyi dərman onun qanına və göbək ciyəsindən körpəyə keçirdisə, əmizdirərkən bu proses bir qədər fərqli olur. Belə ki, ananın qəbul etdiyi dərmanın körpəyə gedib çatmağına qədər bir neçə mərhələlər var, yəni ana dərmanı qəbul etdikdən sonra dərman keçir ananın qanına, qanından keçir südə, süd vasitəsi ilə keçir uşağın mədə-bağırsaq traktına və oradan sovrularaq körpənin qanına keçir. Hər mərhələdə dərmanın miqdarı azalır və təsəvvür edin ki, ananın qəbul etdiyi dərman körpəyə ana südü vasitəsi ilə gedib çatarkən artıq 40 dəfə azalmış olur.
Üstəlik alim qeyd edir ki, qəbul olunan dərmanın formasının da çox böyük əhəmiyyəti var, məsələn ağızdan, yəni oral qəbul olunan dərmanlar damara və yaxud əzələyə yeridilən dərmandan daha üstündür, çünki bu şəkildə içilən dərman inyeksiya vasitəsi ilə vurulan həmin preparatlara nisbətən bir çox keçidlər dəf edərək uşağa gedib çatır. Alim bildirir ki, məsələn, inqalyasiya yolu ilə qəbul olunan dərmanlar və yaxud ağızdan qəbul olunan dərmanlar, həmçinin dəriyə sürtülən dərmanlar daha az təhlükəlidir, yəni eyni dərman ola bilər onun krem şəkili dəriyə sürtülən, içilən variantı da ola bilər yəni dərmanlar arasında dəriyə çəkilən daha təhlükəsizdir və yaxud nəfəs yolu ilə bədənə daxil olan variantı, bu burun spreyləri də ola bilər və yaxud nəfəsə çəkilən dərmanlar da ola bilər, yəni eyni dərmanın fərqli buraxılış formalarının uşağa süd vasitəsi ilə təsiri fərqli ola bilir. Yenə də qeyd etdiyimiz kimi, dəriyə çəkilən və inhalyasiya olunan dərmanlar, inyeksiya vasitəsi ilə vurulan və yaxud oral qəbul olunan dərmanlara nisbətdə daha təhlükəsizdir, yəni bunu da müalicə vaxtı nəzərə almaq səmərəli nəticələr verə bilər.
Ümumiyyətlə laktasiya vaxtı dərman preparatlarının qəbuluna iki prizmadan baxılmalıdır: laktasiya üçün təhlükəli və təhlükəsiz hallar. Birincisi, dərman laktasiyaya birbaşa təsir edir, yəni bu dərmanın qəbulundan sonra ana daha az süd istehsal edir, amma bu halda uşağa heç bir ziyan dəymir. Digər tərəfdən isə həmin preparatın uşağa verə biləcəyi ziyan nəzərə alınmalıdır, üstəlik dərmanın tərkibindən əlavə bir necə amillər də var. Məsələn, körpənin birinci və ikinci aylarında eyni dərmanın anası tərəfindən qəbulu onda bir sıra fəsadlar yarada bilər ki, bu dərmanlarının körpənin iki ayını tamamlayandan sonra körpə tərəfindən tamamilə normal həzm oluna bilər, yəni burda qəbul olunan dərmanların nəinki tərkibi həmçinin körpəyə olan təsiri də vacibdir. Uşağın yaşı nə qədər azdırsa bir o qədər, həmən dərmanların qəbulunda müəyyən fəsadlar yarana bilər, amma uşaq böyüdükcə ana daha az bu məsələ ilə əlaqəli narahat ola bilər. Bütün bunlardan əlavə ana dərman qəbul edərkən həmçinin müalicənin müddətini, müalicə müddətində tətbiq olunan həmən dərmanın dozasını və körpənin həmin ərəfədə qəbul etdiyi südün miqdarını mütləq şəkildə nəzərə almalıdır. Dərman qəbuluna bir sıra aspektlərdən baxmaq daha düzgündür. Qəbul olunan dərman preparatlarının südə keçməyinin qarşısını qismən almaq və minimuma çatdırmaq üçün:
Ana mümkün oldquda, müalicəsini bir qədər gecikdirə bilər.
Ana əmizdirməni dayandırmadan, körpə böyüdükcə artıq bu müalicəni ala bilər.
Ana və tibbi personal südə az keçən və yaxud südə keçməyən dərmanlardan istifadəsini tətbiq edə bilər.
Ana həkimə mütləq şəkildə bildirməlidir ki, əmizdirən anadır və laktasiyası onun və körpəsi üçün çox önəmlidir.
Hazırladı: Səltənət Zülfüqarova
Əmizdirmə məsləhətçisi