Böyük Britaniyanın Milli Səhiyyə Xidməti hamiləlikdə siqaret çəkmək kimi zərərli vərdişin tərgitməyin aşağıdakı üstünlüklərini sadalayır.

  • Hamiləlik dövrü daha az səhər ürəkbulanmalarınız olacaq.
  • Hamiləlik dövrü sağlamlığınızla daha az problemləriniz olacaq.
  • Daha sağlam körpə və hamiləliyiniz olacaq.
  • Ölü körpə doğmaq şansınızı azalacaq.
  • Doğuşunuz daha rahat keçəcək.
  • Doğulduqdan sonra körpənizdə yaranan hər hansı çətinlik və problem daha rahat aradan qaldırılacaq.
  • Körpənizin vaxtından öncə doğulmaq şansı daha azdır.
  • Körpəniz normal çəkidə doğulacaq beləki,siqaret çəkən anaların körpələri normal körpələrdən 200 qramm daha yüngül anadan olurlar. Bu isə onların müxtəlif infeksiyalara həssalığını artırır.
  • Körpəniz gələcəkdə nəfəs yolları xəstəliklərindən daha az əziyyət çəkəcəklər.
  • Siqaretin zərərli xassələri ana südü vasitəsilə körpənizin bədənini zəhərləməyəcəkdir.

Həmçinin əgər hamiləlik və ya əmizdirdiyiniz dövrdə siqareti tərk etmək istəyirsinizsə sizi hamiləlik reseurlarında geniş yayılmış siqareti tərk etməyin yolları ilə tanış edirik:

Sizə siqareti tərgitməyə yardım edə biləcək yaxın insanlarınıza, dost və qohumlarınıza, psixoloq və ya mütəxəssisə kömək üçün müraciət edin. 

Siqaretlə vidalaşacağınız günün tarixini təyin edin. Həmin gün üçün fikrinizi siqaretdən yayındıra biləcək fəaliyyət planı qurun: gəzinti, üzgüçülük, massaj, bazaqlıq. Mütləq siqaret çəkilən yerlərdən uzaq durun. Siqaretsiz keçən ilk gün onu tərk etməyə sizdə cəsarətin olduğunu sizə sübüt edəcəkdir.

Siqareti tərk etməyi qərara aldığınız gündən öncə hazırlıq görün, planınızı bir daha nəzərdən keçirin, siqaretlərin hamısını tullayın.

Unutmayın ki, sizdə siqaretdən aralanma nəticəsində əsəbi, qıcıqlanmış, narahat, səksəkəli, təlaşlı kimi simptomlar yaranacaqdır. Daha pis vəziyyət bir neçə gündən sonra özünü göstərəcəkdir, lakin özünüzə xatırladın ki, bunun körpənizə olan xeyiri və faydası ömrünün sonuna qədər olacaqdır.

Hamilələr üçün icazə verilən nikotin əvəzləyici vasitələrlə maraqlanın.

Tez-tez və az-az yeməklə nikotinə olan meylinizi meyvə və tum kimi qəlyanaltılarla əvəz edin. Sizə uyğun idmanla məşğul olmaq daha bir yardımçı olacaqdır.

Ən əsas məqamlardan biri olaraq, siz tütün məmulatlarını tərgitdikdə körpənizi Qəfil Köprə Ölüm Sindromundan qoruya bilərsiniz.

Qəfil Körpə Ölüm Sindromun səbəbləri elmə hələ də dəqiq məlum deyil, şübhəli faktorlar mövcuddur ki, onların qarşısını almaqla körpənizi bu təhlükədən qoruya bilərsiniz. Valideynlər körpə qəfil ölüm halının qarşısını almaq və azaltmaq üçün öncədən bir sıra tədbirləri görə bilərlər:

  • Körpəniz olan otaqda heç kimə siqaret çəkməyə izn verməyin.
  • Körpənizi yatağına kürəyi üstə qoyun. Qarnı və böyrü üstə qoymayın.
  • Körpəniz yatarkən həmişə onun başını və üzünü açıq saxlayın, heç bir şeylə örtməyin. Bağı olan papaqlardan ümumiyyətlə istifadə etməyin.
  • Körpəniz istilənməməsi üçün onu çox geyindirməyin. 
  • Heç vaxt körpənizlə divan və ya kresloda yatmayın.
  • Ilk 6 ayı körpənizi özünüzlə eyni otaqda yatırdın.
  • Siqaret, alkoqol, uyuşdurucu maddələr və ya yuxugətirici dərman qəbul edən insanla körpənin yatması yolverilməzdir.
  • Körpənizi ana südü ilə əmizdirin.
  • Körpə 12 ay olmamışdan öncə yastıq və qalın yorğandan istifadə etməyin. Xüsusən körpələr üçün nəzərdə tutulan dəlikli yorğanlardan istifadə edin.
  • Körpə yatan otağın temperaturunu 19-21 dərəcə arasında saxlayın.

Unutmayın körpəniz dünyaya gələndən sonra siqaret vərdişiniz ona “Qəfil Körpə Ölüm Sindromundan” həlak olmağa səbəb ola bilər. Körpələr balaca olduqlarından daha tez-tez nəfəs alırlar və nəticədə körpə bədəninə sizdən qat-qat artıq nikotin daxil olur. Əgər siz siqaret çəkirsinizsə, sizin körpəniz də çəkir.

Yuxarıda sadalananlar ananın əmizdirmə dövrünə də şamil olunur. Əmizdirmə dövründə müxtəlif tütün vasitələrinin qəbulu haqda ətraflı məlumat üçün “Siqaret, veyp, tiryək, qəlyan və ana südü” məqaləmizlə tanış olun.

Hazırladı: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.