Azərbaycan mətbəxində turş meyvələrdən xüsusən alça və zoğaldan hazırlanan lavaşlar əsrlərlə qida mədəniyyətimizin ayrılmaz bir hissəsi olmuşdur. Lakin digər mətbəxlərdə də bu cür meyvə lavaşları mövcuddur. Lakin onları təkcə turş deyil həmçinin istənilən bişməsi mümkün olan meyvələrdən-banan, mango, moruq, çiyələk, alma, gavalı, qarağat, böyürtkən, şaftalı, kivi, armud, hətta qarpızdan hazırlayırlar.

dsc_0110

Lavaşları həmçinin müxtəlif meyvələrin qarışığından da hazırlamaq mümkündür. Meyvə lavaşları böyüklər və balacalar üçün azkalorili, yüngül və ləzzətli çərəz-hesab olunur. Hətta uşaqların meyvəyə nisbətdə onun lavaşı alternativini daha həvəslə yeməsi müşahidə edilir. Sözsüz ki, evdə heç bir qatqısı olmayan meyvə lavaşları üstünlük təşkil edir. Meyvə lavaşı uzun müddət keyfiyyətini itirmir və bu meyvələri hətta mövsümdən kənar vaxt yeməyə imkan verir.

Fruit-Leather-Recipes-Spicy-Strawberry-Fruit-Rollup

 

Bəzi lavaşlar sutkalıq vitamin C tələbatının 10%-ini ödəyir, çünki ya bu lavaşlar müvafiq vitaminin zəngin olduğu meyvələrdən hazırlanır, ya da digər meyvələrin hər stəkan püresinə 1 xörək qaşığı limon suyu əlavə edilir.

Meyvə lavaşını həm klassik üsul ilə- günün altında qurutmaqla, ya sobada aşağı temperaturda 50-90 dərəcədə, və ya meyvələri və tərəvəzləri qurutmaq üçün nəzərdə tutulan xüsusi avadanlıqda-dehidratorda qurudaraq hazır etmək mümkündür.

Fruit-Leather-Recipes-Apple-Fruit-Leather

Hazırladı: vib.az

Şəkillər: pioneersettler.com və rachelhowdenblog.wordpress.com

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.