Qida hazırlanma gigiyenası
Körpənizə bərk qidalar verərkən onu mədə pozuntusu
və xəstəliklərdən qoruyun
Körpənizi bərk qidalarla tanış etməmişdən öncə onlar üçün yemək hazırlayarkən və bişirərkən bir neçə qızıl qayadalara riayət etməlisiniz. Unutmayın ki, körpənin sağlam bəslənməsində əsas amil qida gigiyenası qaydalarına daima əməl etməkdir.
Uşaq qidasını təhlükəsiz şəraitdə hazırlayın
Körpənizini yedizdirən zaman gigiyenaya riayət etmək çox mühüm məsələdir. Belə ki, yemək hazırlamamışdan öncə əllərinizi yuyun və yemək hazırlayacağınız masanı təmiz silin.
Əgər blenderin təmiz olduğundan əmin olmaq istəyirsinizsə, onun içinə bir az isti su (qaynar olmaz) və bir damla yuyucu vasitə əlavə edin və bir neçə dəqiqə işlədin. Sonra isə axar isti suyun altında yuyun.
Bişirmək üçün istifadə etdiyiniz mətbəx avadanlaqlıqlarının təmiz olduğuna əmin olun, meyvə və tərəvəzləri doğramamışdan öncə bıçaqları və kəsmə taxtasını yuyun. Soyuducunuzda da gigiyena qaydalarına yaxşı riayət edin – çiy əti yaxşı paketlənmiş və ya bağlanmış şəkildə digər çiy formada yediniz meyvə, çörək, salat və s. kimi qidalardan uzaqda saxlayın. Yaxşı nəticə üçün hər zaman qida gigiyenası prinsiplərini unutmadan davranın.
Boşqabları və qaşıqları təmiz saxlayın
Körpənizi döşdən kəsməyə başladığınız ilk zamanlarda onun qidasında süddən istifadə edirsinizsə, siz boşqabları və qaşıqları sterilizə etməlisiniz.
Əgər siz sterilizatordan istifadə etmirsinizsə və ya plastik qabların buxarda qabaracağından ehtiyat edirsinizsə, o zaman qabları yaxşı-yaxşı yuyandan sonra onların üzərindən qaynar su axıdın.
Əgər siz tərkibində nə ana südü, nə də süni qidalar hazırlamısınızsa, onda qabların sterilizə olunmasına ehtiyac yoxdur, lakin siz həmin qabları çox isti suda hərtərəfli yumalısınız.
Əgər siz qabyuyan maşından istifadə edirsinizsə, qabları istifadə edəndən sonra maşına yerləşdirin, belə ki, onlar maşında çox yüksək temperaturda həqiqətən çox təmiz yuyulacaqdır. Burada qabların qida gigiyenası baxımından ən yüksək standartlara uyğun olmasına diqqət yetirin.
Yeməyi ehtiyatla verin
Körpənin yeməyi çox isti olana qədər qızdırılmalıdır və sonra uşağa uyğun olan temperatura qədər soyudulmalıdır. Həmişə yeməyin temperaturunu yoxlayın – siz yeməyi körpənizə verməmişdən öncə yeməkdən bir az götürüb əlinizin üzərinə qoymaqla onun temperatunu yoxlaya bilərsiniz.
Əgər siz yeməyi mikrodalğalı sobada isidirsinizsə, isitmə zamanı pürenin hərtərəfli qızdığına əmin olun.
Pürelənmiş qida kifayət qədər soyuqdusa, onu körpənizə tez bir zamanda yedizdirməyə çalışın, belə ki, isti yeməkdə, xüsusilə, isti günlərdə bakteriyalar tez inkişaf edə bilər. Püreni otaq temperaturunda uzun müddət saxlamayın. Bundan əlavə, pürenin hazırlanmasından saxlanmasına qədər bütün mərhələlərdə qida gigiyenası nəzərə alınmalıdır.
Artıq qalan qidanın saxlanılması
Siz körpənizin qabında qalmış yeməyi təkrar istifadə edə bilməzsiniz. Belə ki, körpəniz qaşıqdan yeyir və siz həmin qaşığı qabdakı yeməyə salırsınız, bu da qida ilə körpənizin ağız suyunun qarışmasına səbəb olur və bu səbəbdən hətta miqdarı çox olsa belə, körpənizin qabında qalmış yeməyi saxlaya bilməzsiniz.
Buna görə körpənizi yedizdirərkən onun boşqabına yeməyi çox miqdarda qoymayın – bir porsiya ayırın, qalan hissəsini ayrıca bir qabda soyuducuda saxlayın və bununla da siz körpəniz acdıqca həmin qabdan lazımi miqdarda götürüb ona verə bilərsiniz.
Dondurulmuş yeməyi bir dəfədən artıq isitməyin. Hətta soyuducuda saxlanasanız belə, bunu etmək düzgün deyil.
Hər dəfə artıq qalmış yeməyi ayrı-ayrı qablarda soyuducuda 24 saat ərzində saxlaya bilərsiniz. Bir daha qeyd edirik ki, soyuducudan çıxardılmış yeməyi yalnız bir dəfə isidə bilərsiniz – isidəndən sonra artıq qalmış yemək atılmalıdır və həmin yeməyi nə təkrar isidə bilərsiniz, nə də soyuducuda saxlaya bilərsiniz. Ona görə bir yemək ərzində lazım olan miqdarı götürüb qızdırın – körpənizin yeyə biləcəyindən artıq miqdarda isitməyin və ya donunu açmayın.
Əgər siz püreni saxlamaq üçün paketlərdə hazırlamısınızsa, onlar soyuyan kimi buz dolabına qoyun. Əgər buz kubikləri qabından istifadə edirsinizsə, yemək donandan sonra donmuş yemək kubiklərini qabdan çıxarın və üzərində tarıxi qeyd etməklə buz dolabı paketlərində saxlayın. Nəticədə, artıq qalan yeməklərin saxlanılması zamanı da qida gigiyenası böyük rol oynayır.
Hazır qida bankalarından istifadə
Əgər hazır qida bankalarından istifadə etmək istəyirsinizsə, ilk növbədə bilməlisiniz ki, siz bir dəfəyə bir bankanı bütünlükdə körpənizə yedizdirə bilməzsiniz. Ona görə təmiz boşqaba yeməkdən bir az qoyun. Bu zaman yeməyi rahatlıqla isidə bilərsiniz və saxlamaq istədiyiniz yeməyin içinə isə uşağınızın qaşığını vurmamış olacaqsınız. Artıq qalan yeməyi bağlanmış konteyner qabda soyuducuya qoyun. Siz bu qidanı soyuducuda 24 saat ərzində saxlaya bilərsiniz. Hər zaman körpə üçün hazırlanan bu bankaların istifadə prosesində qida gigiyenası unudulmamalıdır.
Redaksiyadan: Meyvə və tərəvəzlərin yuyulması:
Meyvələrin və tərəvəzlərin sağlam qida rasionunun əsas hissəsi olduğu uşaqdan-böyüyə hamıya məlumdur. Lakin həmçinin məlumdur ki, meyvə və tərəvəzləri müxtəlif növ ziyanvericilərdən qorumaq üçün növbənöv kimyəvi maddələrdən istifadə olunur. Pestisid və herbisid kimi tanınan bu kimyəvi maddələrin həmçinin insan orqanizminə olan zərərli xassələri məlumdur. Ailəmizin rasionunu ziyanlı kimyəvi maddələrdən təmizləmək üçün sadə üsul mövcuddur. Sirkənin istənilən növləri meyvə və tərəvəzləri kimyəvi maddələrdən təmizləmək qabiliyyətinə malikdir. Yeri gəlmişkən qeyd edək ki, sirkə özü-özlüyündə çox gözəl pestisid kimi istifadə oluna bilər. Dr. Gayle Povies Allemanın araşdırmasına görə 10% sirkə və 90 % su olan məhlulda meyvə və tərəvəzlərin istağa qoyulması bütün növ pestisid və bakteriyaları məhv etməyə qadirdir. Bundan əlavə olaraq, meyvə və tərəvəzləri soda ilə yaxşıca sürtələyib sonra eyni məhlul ilə yaxalamaq da olar. Bu üsulun yeganə çatışmazlığı ondadır ki, bu məhlulda yalnız qabığı olan meyvələr və tərəvəzləri-alma, armud, avokado, kivi, portağal, üzüm, mandarın, badımcan, balqabaq, çuğundur, pomidor, xiyar və s. yumaq olar ki, ərzaqların dadına və görünüşünə təsiri olmasın. Giləmeyvələri bu məhlulda yumaq məsləhət görülmür. Həmçinin meyvə və tərəvəzləri daha yaxşı yumaq üçün xüsusi nəzərdə tutulmuş fırçalardan və ya abraziv süngürlərdən istifadə etmək olar ki, səthdə olan bütün torpaq qalıqlarını yuyub aparmaq olar.
Müəllif: Emma Docherty
Mənbə: thinkbaby.co.uk
Tərcümə edən: Mirzəyeva Ülviyyə. Qida gigiyenası mövzusu bu sahədə də mühüm yer tutur.