Yenidoğulmuşların çəki itkisi
Yenidoğulmuşların həyatlarının ilk günlərində çəki itirmələri normal haldır. Adətən qidalanmanın düzgün və kifayət qədər olmaması ilə əlaqələndirilsə də bunun bir sıra digər səbəbləri mövcuddur:
- Maye itkisi: Yeni doğulmuş körpələr əlavə bədən mayesi ilə doğulur, bu maye həyatın ilk bir neçə günündə sidik, tərləmə və nəfəs vasitəsilə tədricən itir. Bu, ilkin çəki itkisinin əhəmiyyətli bir hissəsini təşkil edir.
- Metabolik dəyişikliklər: Doğuşdan sonra yeni doğulmuş körpələr döllük vasitəsilə qida almaqdan südü həzm etməyə keçir, bu da erkən çəki dəyişikliklərinə gətirib çıxara bilən metabolik tənzimləmələri əhatə edir.
Nəticə etibarilə körpənin çəki itirməsi aşağıdakı kimi olması mümkündür:
- 0-3 gün doğuşdan sonra: Yenidoğulanlar adətən bu dövrdə ən çox çəki itirir. 5% – 10% arası çəki itkisi isə normal sayılır.
- 3-7 gün: Çəki itkisi sabitləşməlidir və əksər yenidoğulanlar çəki qazanmağa başlayacaq. İlk həftənin sonunda onlar doğuş çəkisinə yaxın olmalıdır.
- 2 həftəyə: Əksər uşaqlar doğuş çəkilərini bərpa etməli və hətta sağlam sürətdə çəki qazandıqca bunu aşmalıdırlar.
Yenidoğulanın çəkisi və ümumi sağlamlığını ilk günlərdə diqqətlə izləmək vacibdir. Çəki itkisi 10%-dən çoxdursa və ya uşaq iki həftədən sonra çəki qazanmırsa, tibbi mütəxəssislə məsləhətləşmək çox önəmlidir.
Yenidoğulmuşların çəki itkisini izləmək və buna nəzarət etmək üçün Newt – Newborn Weight Loss Tool aləti tərtib edilmişdir.
Newt® pediatrik səhiyyə təminatçı və valideynlərə yenidoğulmuşun doğumdan sonrakı ilk ay boyunca çəkisinin böyük bir yenidoğulmuş nümunəsi ilə necə müqayisə olunduğunu görməyə imkan verən ilk vasitədir. 160,000-dən çox yenidoğulmuşun doğum çəkiləri üzərində tədqiqat nümunələri aparılmışdır. Bu vasitə nomoqramdan istifadə edərək doğumdan sonrakı ilk ayda istənilən vaxt körpənin çəkisinin tədqiqat əhalisi ilə müqayisədə faiz dərəcəsini göstərir. Nəticələri daha böyük çəki itkisi, zəif çəki qazanımı və ya əlaqəli fəsadların körpələrdə erkən müəyyən edilməsi üçün istifadə edilə bilər.
Alət Dr. Ian Paul, M.D., M.Sc., Penn State Hershey Uşaq Xəstəxanasında, Dr. Valerie Flaherman, MD, MPH, Kaliforniya Universiteti San-Fransisko, Pediatriya şöbəsində və Eric W. Schaefer, MS, Penn State Tibb Kollecində inkişaf etdirilib, həmçinin Kaiser Permanente Tədqiqat Bölməsi və digər tərəfdaşların töhfələri ilə hazırlanmışdır.
Yenidoğulmuşların ilkin çəki itirmələrinin düzgün vasitə ilə qiymətləndirilməsi körpənin qidalanmasına çox böyük təsir göstərməkdədir. Beləki, əksər hallarda normal standartlar çərçivəsində baş verən çəki itkisini ana südünün çatışmazlığı və ya körpənin yalnız əmizdirilməklə doymadığı kimi qiymətləndirilir. Bu isə zəminsiz olaraq, körpənin rasionuna süni qidanın əlavə edilməsi və hətta tamamən süni qidaya keçirilməsinə gətirib çıxartmaqdadır. Bu cür alətdən düzgün istifadə edən mütəxəssislər və valideynlər uzun müddət ana südü ilə qidalanmanı qorumağa nail ola bilərlər.
Müəllif: Səltənət Zülfüqarova