Abunə olBizi izlə

Zahılıq

Uşaq nədir, qucaq nədir?

Gənc valideynlər tez-tez “Körpəni qucağa öyrəşdirməyək” və ya “Körpəni qucaqda gəzdirmək gərəkdirmi?” sualları ilə üz-üzə dururlar. Bu sualları cavablandırmaq üçün körpənin ilkin ehtiyaclarına köklənək. Gəlin doğuşa start xətti kimi baxaq. Körpənin bətnxarici dünyada özünü hiss etməsi haqda kanadalı həmkarım Bryna Sampey maraqlı bir analogiya gətirir:…

Ardını oxu

Gözəllik-qulluq prosedurları və əmizdirən ana

Əmizdirən anaya əsassız yerə qoyulan qida qadağalarının üstünə gözəllik və qulluq prosedurlarının çox böyük əksəriyyətinə də qadağalar qoyulur. Məsələ burasındadır ki, qoyulan qadağaların əsasını araşdırmadan hər ehtimala qarşı etməmək tövsiyə edilir. Bu proseduru edən mütəxəssislər, ustalar əslində əmin olmadıqları təqdirdə, sığortalanmaq üçün hamilə, zahı və…

Ardını oxu

Əmizdirmə gigiyenası

İlk növbədə təmizliyin 3 səviyyəsinə nəzər yetirək! Çünki, yazı əsnasında biz onların hər birinə toxuncaq və onlardan istifadəni tövsiyə edəcəyik! 1. Təmizlik və ya təmizləmək dedikdə, adətən məişətdə və şəxsi gigiyenada xoşagəlməz qoxu və çirkdən qurtulmaq nəzərdə tutulur. Sabun və digər yuyucu vasitələrlə özümüzün və ətrafımızın…

Ardını oxu

Zahılıq və sosial məsafənin vacibliyi

Hamiləlik 9 ay, zahılıq isə təxminən 6 həftə çəkir. Bunlar arasında sərhəd kimi doğuş prosesini hesab etmək olar. Yəni hamiləlikdən zahılığa keçid kifayət qədər qısa bir zaman tələb edir. Hamiləlikdən analığa bu keçidin qısa zamanda baş verməsi, deyərdim ki, məsələnin elə ən qəliz hissəsidir. Çünki,…

Ardını oxu

“Yuvalama” nədir və ana südünə necə təsir edir?

Məlumdur ki, zahılıq hər bir qadının həyatının çətinlik dövrüdür. 9 ay bətnində yeni insan yetişdirən bədənin yenidən bərpası üçün çox önəmli olan bir dövrdür. Kiminsə üçün daha çox fiziki ağrılı və narahat, kiminsə üçün emosioların qasırğasının tüğyan etdiyi, digərinin isə bunların hər ikisini yaşadığı bir…

Ardını oxu

Körpə aclığını necə bildirir?

Əslində danışmaq qabiliyyəti olmasa da körpələr emosiyaları ilə bizə istədiklərini çox gözəl çatdıra bilirlər. Araşdırmalar göstərir ki, insanın tab gətirə bilmədiyi səslərdən ən başlıcası körpənin ağlamaq səsidir. 😭⠀⠀Sözsüz ki, bu körpənin məhv olmaması üçün ən güclü silahlarından biridir. Əks halda ağlamaq səsi xoş olsaydı insanların…

Ardını oxu

Əmizdirərkən hamilə qalmaq mümkündürmü?

Fərziyyə olaraq, qadınla kişi arasında baş verən istənilən cinsi əlaqədən sonra hamilə qalmaq mümkündür. Əksər ədəbiyyatlarda və məlumat mənbələrində ana südü ilə əmizdirmənin arzuolunmaz hamiləlikdən etibarlı qorunma vasitəsi kimi qələmə verilir. Əmizdirmə səbəbilə hamiləlikdən qorunmaya tibbdə laktasiya amenoreyası metodu (LAM) da deyilir. Digər tərəfdən əmizdirərək…

Ardını oxu

Əmizdirərkən epilyasiya

Razılaşın ki, lazer epilyasiyası bütün qadınlar üçün əlçatan olandan xanımların həyatına az qala paltaryuyan maşının ixtirasından sonrakı qədər rahatlıq gəldi. ⠀ Amma nədənsə, hansısa səbəblərlə əmizdirən anaları həyatın bu cür rahat tərzindən uzaqlaşdırmaq istəyən qüvvələr var: ”Onu yemə, bunu yemə, belə yatma, elə oturma, uşağı…

Ardını oxu

Süd qurudumu?

Sizcə, sidik kisəsi ilə döşün oxşarlığı nədir?⠀Məncə də heç nə! Amma əksər qadınlar bu fərqli orqanların fəaliyyət prinsipini nədənsə eyni görürür.⠀Əgər sidik kisəsinin dolu olmağı orda sidiyin mövcudluğundan xəbər verirsə, döşlərin boşluğu orda südün olmamasından xəbər vermir. Və ya sidik kisəsi dolduqca onu boşaltmaq lazımdırsa,…

Ardını oxu

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.