Bərk qidalara təzə keçmiş körpələr əzilmiş və ya sulu xörəklərdən çox, bərk yeməklərə üstünlük verirlər. Əlavə bərk qidalara başlamış uşağın, püre halına salınmış və ya yumşaldılmış qidalara ehtiyacı yoxdur. Siz ona bərk qidalar təklif etməli və özünün müstəqil şəkildə yeməsinə şərait yaratmağınız tövsiyyə olunur.
Qida nə qədər bərk olmalıdır? Əgər körpəniz qida yeyərkən çeçəmir və boğulmursa, deməli yeməyin bərkliyi normaldır. Körpənizi ilk bir neçə dəfə yeni qidanı daddıqda diqqətlə izləyin ki, onun çeçəmədən və ya boğulmadan qidanı udacağına əmin olasınız. Körpəniz barmaq qidalarını yeyəndə, daim ona nəzarət edin.
Barmaq qidası nələr ola bilər:
- Kub şəklində doğranmış yumşaq qidalar
- Rəndələnmiş və ya doğranmış alma, armud, kök
- Yetişmiş banan və ya avokado parçaları
- Doğranmış kivi
- Bişmiş kök/noxud/yaşıl lobya
- Kub şəklində doğranmış batat və ya ağ kartof
- Bulyonda və ya isti suda yumşaldılmış, doğranmış, bişmiş ət
- Kub şəklində doğranmış kiçik pendir parçaları
- Üstünə parmezan pendiri səpilmiş, rəngli və müxtəlif fiqurlu bişmiş makaron
- Kəpəkli undan bişirilmiş çörək parçaları
- Tost və ya kreker parçaları
- Körpənin özü ilə daşıya biləcəyi bərk vafli
- Dondurulmuş qaragilə, yaşıl noxud və ya qarğıdalı (diş çıxarma zamanı ağrıları yüngülləşdirir, lakin, boğulma təhlükəsi səbəbilə 1 yaşına qədər uşaqlara, tövsiyyə olunmur. Aşağıdakı xəbərdarlığı oxuyun.)
Xəbərdarlıq: boğulma təhlükəsi olan barmaq qidalarından (qoz-fındıq və quru meyvələr də daxil olmaqla) uzaq durun. Həmçinin, yüksək dərəcədə allergen qidalar 1 yaş altında körpələr üçün münasib deyil.
Müəllif: Kelly Bonyata
Mənbə: www.kellymom.com