Meyvələrin və tərəvəzlərin sağlam qida rasionunun əsas hissəsi olduğu uşaqdan-böyüyə hamıya məlumdur. Lakin həmçinin məlumdur ki, meyvə və tərəvəzləri müxtəlif növ ziyanvericilərdən qorumaq üçün növbənöv kimyəvi maddələrdən istifadə olunur. Pestisid və herbisid kimi tanınan bu kimyəvi maddələrin həmçinin insan orqanizminə olan zərərli xassələri məlumdur.
Ailəmizin rasionunu ziyanlı kimyəvi maddələrdən təmizləmək üçün sadə üsul mövcuddur. Sirkənin istənilən növləri meyvə və tərəvəzləri kimyəvi maddələrdən təmizləmək qabiliyyətinə malikdir. Yeri gəlmişkən qeyd edək ki, sirkə özü-özlüyündə çox gözəl pestisid kimi istifadə oluna bilər.
Dr. Gayle Povies Allemanın araşdırmasına görə 10% sirkə və 90 % su olan məhlulda meyvə və tərəvəzlərin istağa qoyulması bütün növ pestisid və bakteriyaları məhv etməyə qadirdir.
Bundan əlavə olaraq, meyvə və tərəvəzləri soda ilə yaxşıca sürtələyib sonra eyni məhlul ilə yaxalamaq da olar.
Bu üsulun yeganə çatışmazlığı ondadır ki, bu məhlulda yalnız qabığı olan meyvələr və tərəvəzləri-alma, armud, avokado, kivi, portağal, üzüm, mandarın, badımcan, balqabaq, çuğundur, pomidor, xiyar və s. yumaq olar ki, ərzaqların dadına və görünüşünə təsiri olmasın. Giləmeyvələri bu məhlulda yumaq məsləhət görülmür.
Həmçinin meyvə və tərəvəzləri daha yaxşı yumaq üçün xüsusi nəzərdə tutulmuş fırçalardan və ya abraziv süngürlərdən istifadə etmək olar ki, səthdə olan bütün torpaq qalıqlarını yuyub aparmaq olar.
Müəllif: Səltənət Zülfüqarova