Bağla

Süddən təcili ayırma

Süddən nə zaman kəsməli?

Qəribə də olsa, sizdən körpənizi süddən nə vaxt ayıracağınız barədə özünüzün bu barədə düşündüyünüzdən daha çox soruşacaqlar. Lakin tələsməyin, səbrli olun və bir neçə qaydanı nəzərdə saxlayın:

1. Körpənizi süddən ayıracağınız müəyyən bir gün təyin etməyin.

2. Bilin ki, siz körpənizi süddən zamanı gəldikdə ayıracaqsınız.

3. Yadda saxlayın: körpəni süddən ayırmaq üçün müəyyən bir müddət yoxdur.

4. Bir çox ölkələrdə uşaqları 3 yaşa qədər də əmizdirirlər.

5. Antropoloqların apardığı araşdırmalara əsasən, insan balasının süddən ayrılma dövrü 2,5-7 yaş arasıdır.

6. Ana südünün istənilən miqdarda və istənilən davamlılıqda körpəyə verilməsi onun həyatı və inkişafı üçün yaxşı zəmin yaradır.

7. 6 ayına qədər körpə qidaya olan ehtiyacını yalnız südlə ödəyə bilər, 9 aylıq olanda isə ana südü olmadan qala bilər.

8. Əmizdirmədən ananın və körpənin aldığı emosional fayda hər yaşda daimidir.

9. Əgər siz emosional səbəblərdən körpənizi əmizdirməyə davam edirsinizsə, onda körpəni süddən istənilən vaxt ayıra bilərsizniz.

10. Əgər sizin və ya həyat yoldaşınızın konkret qidalara allergiyanız varsa, çalışın körpənizi 6-8 ay yalnız ana südü ilə qidalandırasınız.

11. Əgər körpənizi ana südü ilə cəmi bir neçə həftə qidalandırmısınızsa, siz yenə də yaxşı anasız. Heç əmizdirməməkdənsə, az əmizdirmək daha yaxşıdır.

Təcili vəziyyətlər:

  • ananın hospitalizə edilməsi
  • əmizdirmə ilə uyğun gəlməyən dərmanların qəbulu zərurəti
  • ailədə ananın getmək məcburiyyətində olması
  • körpə döşü dişləyir və ya zədələyir
  • digər gözlənilməz hadisələr

İlk baxışdan əmizdirməyə davam etmənin mümkün olmaması kimi görünən halların əksəriyyətində, südəmizdirməyə davam etmək və ya vəziyyəti yaxşılaşdırmaq olar:


1. əməliyyatı təxirə salmaq;
2. əmizdirmə ilə uyğun gələn dərman preparatlarını seçmək;
3. dayə tutmaq və körpəni özünüzlə bərabər səfərə aparmaq;
4. südü müntəzəm sağmaqla laktasiyanı saxlamaq və vəziyyət düzəldikdən sonra əmizdirməyə davam etmək.

Bəzən analar aşağıdakı səbəblərdən də körpəni təcili şəkildən süddən ayırırlar:

  • stress vəziyyətində olarkən: “Bəsdi, əlbəttə ki süd əmizdirmək yaxşıdır, amma yaman uzun çəkdi!”
  • hormonların səviyyəsinin dəyişməsi, məsələn, mentruasiyanın başlanması, kontraseptivlərin istifadəsi ilə bağlı.
  • digər insanlar tərəfindən tənqid edildiyinə görə.
  • körpənin daha yaxşı yatması, yeməsi və anasına daha az bağlı olması ümidilə.
  • fiziki və emosional olaraq əmizdirmədən yorulduqda.

Əvvəlcə yaxşı-yaxşı fikirləşmək, daha sonra məlumatlı bir qərar vermək və ona riayət eləmək lazımdır. Əgər alınırsa, elə edin ki süddən ayırma özünüzə və körpənizə mümkün qədər az zədə vursun.

Bu vəziyyətlər üçün bir neçə tövsiyyə:

  • südartırıcı məhsullar yeməyinçaylar içməyin.
  • kip, lakin dar olmayan büstqalter geyinin.
  • əmizdirmə barədə fikirlərin süd axınına səbəb olduğu vəziyyətlərdən qaçın.
  • döşünüzü sağmayın.
  • nanə, adaçayı aromatik yağları və həmçinin bu otların cövhərləri süd ifrazını azaldır. Kələm yarpaqlarından kompresslər də diskomfort hissini və süd ifrazını azaldır. Bu vasitələrdən istifadə edin.
  • əmizdirmə üzrə məsləhətçiyə, həkimə (mammoloqa və ya mama-ginekoloqa) müraciət edin və laktasiyanı onun nəzarəti altında başa çatdırın.
  • südü sağmağa aludə olmayın, südü yalnız diskomfort hiss etdikdə, yüngüllük hissi gələnə qədər sağın.
  • həkimdə ağrıkəsici vasitələr yazmasını xahiş edin. Siz əmizdirmədiyiniz vəziyyətlərdə, istənilən preparatlardan istifadə edə bilərsiniz.

Müəllif: Olqa Evtux
Mənbə: www.mama-city.ru

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram