Bağla

“Ləng Valideynlik” əmizdirməyə dəstək kimi

Alimlərin araşdırmalarına görə insanın gözlənti hissi nə qədər azdırsa, onun xoşbəxtliyi bir o qədər çoxdur.  Eləcə də, son illər ləng valideynlik anlayışı haqqında məlumatlar daha çox diqqət çəkir.

Əslində valideynliyin ilk günündən etibarən bu misal müvəffəqiyyətli və şüurlu ləng valideynlik üçün düstura çevrilməlidir. Adətən ilk körpələrini səbrsizliklə gözləyən ata və ana xoş əhvallarına baxmayaraq, körpə dünyaya gələndən sonra müəyyən anda pərişan olurlar. Yeni ata əvvəlki kimi xanımından dolğun diqqət və qayğı görmür, yeni ana isə baş verənlərin tamamilə başqa cür olduğunun şahidi olur. Nədənsə analar  körpə doğulandan sonra əvvəlki kimi işlərində və məişətdə “dağı-dağ” üstünə qoyacaqlarını, həyat yoldaşlarının onlara daima yardım edəcəklərini, ideal şəkildə evlərinin, özlərinin, yoldaşı ilə münasibətlərin fiziki və emosional səhmanda olacağını xəyal edərək  yenicə doğulan körpənin normal həyati tələbatlarını sual altına alırlar.

Fikir versəniz əmizdirmə də öz-özlüyündə çox ləng bir prosesdir. Körpə döşə qoyulur, ləng-ləng döşdən ana südünü əmməyə başlayır, əmizdirmələr uzun-uzun baş verir. əslində, bu ləng valideynlik yanaşmasının bir hissəsidir. Anaya ilk həftələr elə gəlir ki, o gün ərzində əmizdirməkdən başqa heç bir işin sahibi olmayıbdır.

Ananın beynində “bu uşaq, nə qədər döş əmir?” “axı niyə bu uşaq, filankəsin uşağı kimi öz yatağında yatmır?“, “axı niyə o uzun müddət hətta dayanmadan qucaqda olmaq istəyir?”, “mən nə vaxta qədər gecələri yatmayacam?”, “mənim heç normal insan kimi ayaqyoluna getməyə imkanım yoxdur”, “bu uşaq mənə yemək yeməyə belə imkan vermir”, “evim köçür, bu uşağın əlindən heç nəyi çatdıra bilmirəm” kimi suallar və qınaqlar ona valideynlikdən həzz almağa imkan vermir. İlk növbədə unutmamalıyıq ki, bütün analar fərqli olduğu kimi bütün uşaqlar da fərqlidir və bu fərdiliyi nəzərə alaraq heç vaxt öz uşağınızı başqasının uşağı ilə müqayisə edib, özünüzü və uşağınızı mənəvi sıxıntılara salmayın. Körpənizi, uşağınızı, yeniyetmənizi anlamağa, onun qabiliyyət və qüsurlarını qəbul etməyə çalışın. Bunu ləng valideynlik üçün təşviq etmək olar.

40-42 həftə ərzində nəfəsi və qanı ilə “qidalanan”, ürək-ürəyə döyünən iki bədən artıq ayrılıqda yaşamağa başlasa da, körpənin bədən təmasına ehtiyacı eyni ilə ananın südünə olan ehtiyacı qədərdir. Qucaq körpənin həyati dərəcədə vacib ehtiyaclarındandır. Unutmayaq ki, körpə həmişə körpə olaraq qalmayacaqdır. Valideynlərin əksəriyyəti böyümüş uşaqlarının körpəliyi, körpələrini bol-bol qucaqda gəzdirməkləri üçün dəhşətli dərəcədə darıxırlar. Belədirsə, hazırkı vaxtda şüurlu şəkildə ləng valideynlik tətbiq edərək, daha çox körpəyə diqqətimizi yönəldib valideynliyin əsil dadını çıxara bilərik.

Yeni valideynlərə, xüsusən analara xoşbəxt valideyn olmaq üçün bir neçə ipucu ləng valideynlik fəlsəfəsini dəstəkləyə bilər.

Naşükür olmayın. Mütləq şükr etmək üçün bir səbəb tapılacaqdır. Şükür edərkən, hətta dəstək görmədiyiniz yoldaşınıza təşəkkür edin. Bu onu daha çox sizə yardım etməyə həvəsləndirəcəkdir.

Xəyalpərəst olmayın. Ətrafdakılardan- həyat yoldaşı, ana, qaynana, ata, qayınata, nənə, baba, bacı, qardaş, baldız, qayın, bibi, xala və xüsusən körpənizdən gözləntilərinizi azaldın. Belə az gözlənti, ləng valideynlik yanaşmasına uyğundur.

Yardım istəyin. Yaxınlarınızdan, qohum, dost-tanışdan gələn köməkdən imtina etməyin. Əgər kömək təklif edən yoxdursa, onu istəməkdən çəkinməyin. Yeni anaların hamısının yardıma ehtiyacı var, bu heç də sizin fərsiz olmağınız demək deyil. Bütün bu tövsiyələr ləng valideynlikə rahat keçid üçün önəmlidir.

Qüvvənizin həddini bilin. Hər kəs özünün qüvvə və qabiliyyət potensialını, üstəlik körpəsinin tələbatlarını təyin edib, qəbul etməyi bacarmalıdır. İşlərinizə uyğun qüvvənizi və məhdud vaxtınızı sərf etmək əvəzinə, qüvvənizə görə işlərinizi tənzimləyin. Asan bişən yeməklər bişirin, ilk olaraq yoldaşınızın iş paltarlarını ütüləyin, körpəniz qucağınızda ikən bəzi tək əl ilə həll oluna biləcək işləri görməyi öyrənin və s. Ləng valideynlik burada rahatlıq gətirə bilər.

Prioritetlər müəyyən edin. “Qaçanı qovarlar” prinsipi üzrə məsuliyyətlərinizi paylaşdırın. Vacib olanları və yalnız sizin edə biləcəklərinizi ilk növbədə edin. Qalan işlər ya öz vaxtını gözləyər, ya da yardım edəcək “əlləri”. Beləliklə, ləng valideynlik modelini real gündəlikdə tətbiq etmək mümkündür.

Müəllif:  Səltənət Zülfüqarova

2 Şərhlər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram