Bağla

Əmizdirməyə hazırlıq

Ana olmağa hazırlaşan qadınlar körpələrini layiqli səviyyədə qarşılamaq üçün əllərindən gələni etməyə calışırlar. İmkanları daxilində keyfiyyətli geyim və avadanlıqları körpələrindən əsirgəmirlər. Əmizdirməyə hazırlıq prosesi də əsas addımlardan biridir. Düşünün, hər hansı bir məişət cihazı alarkən onun haqqında müxtəlif  mənbələrdən məlumat əldə etməyə çalışırıq ki, həmin cihaza xələl gətirmədən onunla adekvat şəkildə davrana bilək. Bu müqayisə bayağı  səslənsə  də, analığa hazırlıqlı olmağın mühümlüyünü  vurğulamaq üçün qeyd etdim. Dünyaya gələn dəyərli və əziz körpədən-insan həyatından qiymətli nə ola bilər?

Nədənsə çox həvəslə körpəsini gözləyən xanımların nəzərindən yayınan digər bir məsələ də əmizdirməyə hazırlıq və əmizdirmə haqqında bilgilərin əldə edilməsidir. Demək olar ki, dünyada bütün qadınlar əmizdirməni qeyri-ciddi qəbul edərək ona ümumiyyətlə hazırlaşmırlar. Unutmayın ki, əmizdirmə  anadangəlmə bir bacarıq deyil. Əmizdirmənin düzgün və ağrısız aparılması üçün siz körpəni döşə düzgün qoymağı, körpə isə onu düzgün götürməyi öyrənməlidir. Bütün əmizdirmə mütəxəssisləri qeyd edirlər ki, qadınların əksəriyyətinin əmizdirməni dayandırmasının və  süni qidaya keçməsinin ən başlıca səbəbi ağrılı və problemli əmizdirmə prosesidir ki, bu da cahillikdən irəli gəlir. Bu səbəbdən əmizdirməyə hazırlığı hamiləlikdə başlayın:

Maariflənin! Ana südü və əmizdirməyə aid məlumatları öncədən əldə edin, oxuyun, qeydlər edin, müvəffəqiyyətli əmizdirmə təcrübəsi olan analarla ünsiyyət qurun, ana südü haqqında lazımi biliyi olan uşaq həkimi və əmizdirmə məsləhətçisi tapın, doğuşdan dərhal sonra əmizdirməyi planlaşdırın. Əlavə olaraq, əmizdirməyə hazırlıq üzrə kurslara yazılmaq da faydalı ola bilər.

Süni qidaya YOX  deyin! Özünüzə inanın və müsbət fikirləşin. Hər ehtimala qarşı süni qida məhsulları və ləvazimatları almağı planlaşdırırsınızsa və ya artıq almısınızsa (!) demək artıq mənfi ümidlərə qapılmısınız. Unutmayın ki, dünyada yaşayan qadınların yalnız və yalnız 2%-i süd istehsal etmək qabiliyyətindən məhrumdurlar.

Döşlərinizi və gilələrinizi  yoxlayın! Qəti şəkildə gilələrinizi codlaşdırmayın (!) əksinə onları hamiləikdən etibarən nəmləndirin, sabunla təmasını azaldın. Əgər körpə düzgün əmərsə nəmlənmiş gilələr  çatlamaya məruz qalmaz. Gilələrinizi yoxlamaqla onların yastı  və ya çevrilmiş (batıq) olmadığına əmin olun. Əks təqdirdə, əmizdirmə problemlərinin  meydana gəlməməsi üçün gilələrinizi əmizdirməyə hazırlıq üsullarını həkiminiz və ya əmizdirmə məsləhətçisi ilə müzakirə edə bilərsiniz.

Öncədən əmizdirmə haqda nələri bilməli?

Laktasiya məsələləri ilə bağlı bir çox müasir kitablarda ana olmağa hazırlaşan  xanımlar əmizdirmə haqqında aşağıdakılardan mütləq şəkildə doğuşdan öncə agah olmasını bildirir. Bu məlumatlar gələcək anaya potensial əmizdirmə problemlərindən yayınmağa və rastlaşa biləcəyi məsələlərə düzgün çözüm seçməyə imkan verə bilər.  “Mother Food” kitabının müəllifi Hillary Jacobsondan aşağıdakılarla paylaşır. Əmizdirməyə hazırlıq tövsiyələrini nəzərə alsanız yaxşı olar.

Ifrat və ağrılı şişkinlik. Doğuşdan bir neçə gün sonra  ağuz südü yetkin südlə əvəzə olunmağa başladığı zaman döşlərin ifrat şəkildə dolmaması üçün körpəni tez-tez əmizdirin və döşlərinizi rahat oluncaya qədər boşaltmağa çalışın.

Kələm yarpaqları. Sərinləşdirilmiş və əldə yumuşaldılmış kələm yarpağını döşə  20 dəqiqəlik qoyulması şişkinliyin azalmasına səbəb ola bilər.  Bu prosedur bir neçə dəfə təkrar oluna bilər.

Büstqalter. Əmin olun ki, geyindiyiniz büstqalter boşdur və sizi sıxmır. Əks təqdirdə dar alt geyim kanalların tutulmasına, mastit və hətta südün  azalmasına gətirib çıxara bilər.

Maye. Əmizdirmənin ilk həftələri kifayət  qədər maye qəbul etməyə çalışın. Bununla siz kanalların tutulmasının qarşısını ala bilərsiniz.

Çatlamış gilələr. Adətən belə bir fəsad körpənin giləni düzgün götürməməsi və ya körpəyə döşün düzgün təklif olunmaması ilə meydana gəlir. Əmizdirməni düzgün həyata keçirmək üçün əmizdirmə məsləhətçisinə müraciət edin. Çatlamış gilələrə bir qədər ağuz südü damcılladın, qurudun və üzərindən nəmləndirici sürtün. Əmizdirməyə hazırlıq zamanı bu tip detalı öyrənmək vacibdir.

Döş infeksiyası. İmmun sisteminizi dincəlmək, mütəmadi sağlam qida qəbul etməklə möhkəmləndirin. İsti duş qəbul edin, döşlərinizi massaj edib boşaldın, tez-tez əmizdirin və həkimin yazdığı müalicə kursunu başa çatdırın.

Süd yarası. Bu növ göbələk infeksiyası qida rasionunuzda külli miqadarda şəkər, ağ un məmulatlarının və ya anti-biotik preparatların qəbulu ilə əlaqədar ola bilər. Doğuşdan əvvəl və sonra kefir, qatığın qəbulunu artırın. Həmçinin qreypfrut tumlarının çövhərini qəbul etmək  də uğurlu profilaktik və müalicəvi nəticə verə  bilər. Süd yarasını müalicə etmək üçün həkiminizə müraciət edin.

Müəllif: Səltənət Zülfüqarova

2 Şərhlər

  1. Təşəkkürlər, faydalı məlumatları bizimlə paylaşdığınız və maariflənməyimizdə yardımçı olduğunuz üçün!
    Bir sual – Lanolinin körpəyə ziyanı olmaz ki? Yəni onu çəkəndən sonra uşaq süd əməndə mənfi bir təsiri olmaz ki? İşlərinizdə uğurlar! ALLAH yardımçınız olsun!

  2. cox sagolun .Amma gileleri hamilelin dovrunde emizdirmeye nece hazirlamaq haqqinda melumat alsam shad olaram. Men 1ci usaqimda bu problemle uzlesmisem . zeif oldugundan usaq yaxsi eme bilmirdi .Amma indi 7 ayliq hamileyem bu problemle uzlesmek isdemirem.Evvelceden teshekkurler

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram